12 Noyabr 2024 16:58
249
SİYASƏT
A- A+
Hulusi Kılıç: COP29 qürur mənbəyi və Türk dünyasının uğurudur

Hulusi Kılıç: COP29 qürur mənbəyi və Türk dünyasının uğurudur

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkili həqiqətən də tarixi hadisədir. Türk Dövlətləri Təşkilatı məkanında bəşəriyyət üçün belə bir əlamətdar tədbirin keçirilməsi bütün Türk dünyası üçün qürur mənbəyi və böyük uğurdur.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.

Onun sözlərinə görə, COP sessiyaları iştirakçıların sayına və dövlətlərin əhatə dairəsinə görə haqlı olaraq BMT-nin ən böyük tədbiri hesab olunur ki, bu da ətraf mühit mövzusunun dünya ictimaiyyəti üçün xüsusi aktuallığını göstərir. “Bakıda keçirilən müzakirələrdə 100-ə qədər dövlət və hökumət başçısı, minlərlə idarə rəisi, on minlərlə ekspert, fəal və alim iştirak edir. Əminəm ki, beynəlxalq tədbirlərin, o cümlədən Qoşulmama Hərəkatının iclaslarının təşkilində zəngin təcrübə Azərbaycana bu imtahandan uğurla çıxmağa imkan verəcək”, - deyən Kılıç COP29 Təşkilat Komitəsinin üzvlərinin yüksək peşəkarlığını vurğulayıb.

Keçmiş səfir ətraf mühitin mühafizəsini siyasətin prioriteti elan edən Azərbaycan dövlətinin mövqeyinə diqqət çəkib. O deyib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yaşıl texnologiyaların tətbiqini və respublikanın yaşıllıq ərazilərinin genişləndirilməsini vacib hesab edərək, ölkənin ekoloji siyasətini ön plana çıxarırlar”.

“İMZA” ictimai birliyinin nümayəndəsi Heydər Əliyev Fondunun bütün dünyada tanınan ekoloji təşəbbüs və layihələrini xüsusi qeyd edib.

Kılıç Azərbaycan hökumətinin COP29 çərçivəsində Uşaq, Gənclər və İqlim Fəaliyyəti haqqında Bəyannaməni imzalamaq qərarını da alqışlayıb. “Beləliklə, Azərbaycan iqlim siyasətində gənc nəslə xüsusi diqqət yetirməyi öhdəsinə götürüb. Mən uşaqlar və gənclər arasında ətraf mühitin mühafizəsi haqqında daha geniş anlayışın inkişafına töhfə verəcək bu çox mühüm addımı alqışlayıram”, - deyə keçmiş diplomat vurğulayıb.

Kılıç BMT-nin iqlim konfransının Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini gücləndirəcəyinə əminliyini ifadə edib və COP29 iştirakçılarına bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən ekoloji dəyişikliklər yolunda uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” Juninyonun “Flamenqo” klubuna transferi ilə bağlı açıqlama yayıb

20:40
13 Yanvar

Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub  

20:37
13 Yanvar

2013-cü ildə Türkiyədə törədilən terror aktının təşkilatçılarından biri Suriyada saxlanılıb

20:19
13 Yanvar

Nazir: Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi investisiya qoyuluşlarını artırır  

20:03
13 Yanvar

Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır  

19:38
13 Yanvar

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

19:27
13 Yanvar

Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb

19:08
13 Yanvar

BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

18:43
13 Yanvar

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub 

18:23
13 Yanvar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş kollegiya iclası keçirilib

18:08
13 Yanvar

Türkiyə Prezidenti ailə dəyərlərini qorumağa çağırıb

17:45
13 Yanvar

Cəbrayılda daha 39 ailəyə evlərinin açarları təqdim olunub

17:36
13 Yanvar

Aleksandar Vuçiç: Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm

17:35
13 Yanvar

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

17:34
13 Yanvar

Nafiz Əhməd xəbərdarlıq edir: Dünya təhlükədədir

17:32
13 Yanvar

Çexiyada restoranda faciə baş verib  

17:29
13 Yanvar

BMT Suriyanı dəstəkləməyə hazırdır

17:27
13 Yanvar

Nazim Babayev ilin ilk medalını İspaniyada qazanıb

17:26
13 Yanvar

Boksçularımız ilin ilk hazırlığına Göygöldə başlayıblar

17:25
13 Yanvar

Milli Olimpiya Komitəsində görüş keçirilib

17:24
13 Yanvar

İran Prezidenti Moskvaya səfər edəcək

17:22
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!