13 Yanvar 2025 16:59
123
SİYASƏT
A- A+
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, həmçinin avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər, ilk növbədə, DİM-in saytında “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və yanvarın 31-i saat 18:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat;

2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat;

3. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə regional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.

İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahzadə Harri və Meqan Markl Kaliforniya meşə yanğınlarının qurbanlarına yardım ediblər  

22:56
13 Yanvar

Baş konsul: Yanğınlarda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə qaynar xəttimizə məlumat daxil olmayıb

22:33
13 Yanvar

Aİ Ukrayna və Moldovaya 148 milyon avroluq humanitar yardım ayırıb  

21:33
13 Yanvar

“Qarabağ” Juninyonun “Flamenqo” klubuna transferi ilə bağlı açıqlama yayıb

20:40
13 Yanvar

Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub  

20:37
13 Yanvar

2013-cü ildə Türkiyədə törədilən terror aktının təşkilatçılarından biri Suriyada saxlanılıb

20:19
13 Yanvar

Nazir: Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi investisiya qoyuluşlarını artırır  

20:03
13 Yanvar

Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır  

19:38
13 Yanvar

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

19:27
13 Yanvar

Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb

19:08
13 Yanvar

BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

18:43
13 Yanvar

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub 

18:23
13 Yanvar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş kollegiya iclası keçirilib

18:08
13 Yanvar

Türkiyə Prezidenti ailə dəyərlərini qorumağa çağırıb

17:45
13 Yanvar

Cəbrayılda daha 39 ailəyə evlərinin açarları təqdim olunub

17:36
13 Yanvar

Aleksandar Vuçiç: Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm

17:35
13 Yanvar

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

17:34
13 Yanvar

Nafiz Əhməd xəbərdarlıq edir: Dünya təhlükədədir

17:32
13 Yanvar

Çexiyada restoranda faciə baş verib  

17:29
13 Yanvar

BMT Suriyanı dəstəkləməyə hazırdır

17:27
13 Yanvar

Nazim Babayev ilin ilk medalını İspaniyada qazanıb

17:26
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!