10 Dekabr 2025 12:47
260
Mədəniyyət
A- A+
Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumun açılışı olub

Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumun açılışı olub


Dekabrın 10-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, 10 dekabr Azərbaycanda Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu Forumun belə bir gündə keçirilməsi, həmçinin müəyyən mənada simvolik xarakter daşıyır.

"Mədəniyyət və hüquq arasında mövcud olan konesptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır. Geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır. Pozitiv mənada isə hüquq individual azadlıqları, davranışları və ictimai münasibətləri formalaşdırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur", - deyə Adil Kərimli qeyd edib.

Nazir diqqətə çatdırıb ki, məqsədlərin uğurla həyata keçirilməsi üçün mövcud qanunvericilik bazasının təkminləşdirilməsi və yeni qanunvericilik aktlarının qəbul edilməsi, yeni idarəetmə forma və strukturlar, müasir sosial – iqtisadi yanaşmalar və ahəngdar fəaliyyətin təmin edilməsi zəruridir.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında mədəniyyət və hüquq sahəsindəki qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb. O, forumun Beynəlxalq İnsan Hüquqları Günündə keçirilməsini simvolik bir mesaj kimi dəyərləndirib, insan hüquqlarının qorunması və mədəni dəyərlərin saxlanmasının bir-birini dəstəkləyən prinsiplər olduğunu bildirib.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışında tarixdən gələn mədəni dəyərlərin qorunmasının və hüquqi əsaslarla inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, mədəniyyətin yalnız sənət və estetik dəyərlərlə məhdudlaşmadığını, eyni zamanda, cəmiyyətin hüquqi mədəniyyətinin formalaşmasında da rol oynadığını bildirib. Akademik Rafael Hüseynov, həmçinin multikultural dəyərlərin və milli kimliyin qorunmasının gələcək nəsillər üçün strateji əhəmiyyətini qeyd edib.

Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov forumun müasir cəmiyyətin inkişafı və hüquqi-mədəni tarazlığın qorunması baxımından əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb. O bildirib ki, belə tədbirlər hüquq və mədəniyyət sahəsində fikir mübadiləsi aparmaq və təcrübə paylaşmaq üçün əlverişli imkan yaradır.

Forum işini panel sessiyalarla davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ABŞ şirkəti ilə süni intellekt və nəqliyyat infrastrukturuna investisiyanı müzakirə edib  

11:21
11 Dekabr

Növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat tarixi ictimaiyyətə tezliklə açıqlanacaq  

10:37
11 Dekabr

Prezident İlham Əliyev: Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur  

10:19
11 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

10:08
11 Dekabr

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya  

10:07
11 Dekabr

Tramp: Zelenski Ukraynadakı müharibə ilə bağlı realist olmalıdır  

10:06
11 Dekabr

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib  

09:57
11 Dekabr

Ermənistanda "kilsə hakimiyyəti"nin "dövlət içində dövlət" dövrü sona çatır

09:45
11 Dekabr

Ölkəmizdə qış turizminin coğrafiyası böyüyür 

09:40
11 Dekabr

Qazaxda Yusif Səmədoğlunun ədəbi irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

09:35
11 Dekabr

Azərbaycan və İraq arasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub  

09:32
11 Dekabr

Bakı Yaradıcı Həftəsi - ortaq dəyərlər, yeni ideyalar, güclənən əməkdaşlıq

09:30
11 Dekabr

Səsimiz AYNA-ya çatmır

09:25
11 Dekabr

Köhnə liftlər sökülüb, yenisi isə quraşdırılmır

09:20
11 Dekabr

Çay da ehsandır

09:17
11 Dekabr

Qağayıların rəqsi

09:15
11 Dekabr

Problem həll olunacaq

09:13
11 Dekabr

Həm sürücülər rahatdırlar, həm də piyadalar 

09:10
11 Dekabr

Belə ola həmişə

09:05
11 Dekabr

Azərbaycan ilə Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib  

09:04
11 Dekabr

Havalar işin sürətləndirilməsini tələb edir

09:00
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!