10 Dekabr 2025 14:59
206
Mədəniyyət
A- A+
Panel sessiya: Mədəniyyət və Hüquq  

Panel sessiya: Mədəniyyət və Hüquq  


Dekabrın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumu çərçivəsində "Mədəniyyət və Hüquq" adlı panel keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun moderatoru Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova olub.

Paneldə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Hüseynli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu və Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitələrinin üzvü Erkin Qədirli, Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, kulturoloq, tarix elmləri doktoru, professor, Azərbaycan Diplomatik Akademiyasının Hüquq fakültəsinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov, hüquqşünas, tədqiqatçı Emil Məcidov çıxış ediblər.

Çıxışlarda panel iştirakçıları mədəniyyətin hüquq və dövlət sistemi kontekstindəki rolunu müxtəlif aspektlərdən qiymətləndiriblər. Onlar vurğulayıblar ki, mədəniyyət yalnız bir incəsənət və ya irs sahəsi kimi deyil, həm də hüquq sisteminin və dövlət idarəçiliyinin formalaşmasında, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. Panel iştirakçıları, həmçinin Azərbaycan mədəniyyətinin qorunması, onun milli dəyərlər çərçivəsində saxlanması və qlobal çağırışlar fonunda beynəlxalq arenada tanıdılması məsələlərinə diqqət çəkiblər.

Hüquq və mədəniyyətin qarşılıqlı təsiri mövzusu geniş müzakirə olunub. Mədəniyyətin hüquqi normativlər və dövlət siyasəti ilə inteqrasiyası, mədəni irsin qorunması üçün hüquqi mexanizmlərin tətbiqi, eləcə də hüquqi çərçivədə mədəniyyət sahəsində strateji qərarların verilməsi məsələləri çıxışlarda əsas yer tutub.

Panel iştirakçıları mədəniyyətin diplomatiya və strateji əməkdaşlıq sahəsindəki əhəmiyyətini vurğulayıblar. Onlar qeyd ediblər ki, mədəniyyət yumşaq güc rolunu oynayaraq ölkənin beynəlxalq imicini formalaşdırır, iki və çoxtərəfli əməkdaşlıq çərçivəsində Azərbaycanın tanıdılmasına xidmət edir və qlobal miqyasda ölkəmizin nüfuzunu artırır. Bu baxımdan mədəniyyət yalnız milli dəyərlərin qorunması üçün deyil, həm də xarici siyasət və beynəlxalq əlaqələrin gücləndirilməsi üçün strateji resurs kimi dəyərləndirilib.

Ümumilikdə çıxışlarda mədəniyyətin hüquq, dövlət idarəçiliyi, diplomatiya və beynəlxalq əməkdaşlıqla qarşılıqlı əlaqəsi, onun milli və qlobal səviyyədə qorunması və təbliği məsələləri geniş və əhatəli şəkildə müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ABŞ şirkəti ilə süni intellekt və nəqliyyat infrastrukturuna investisiyanı müzakirə edib  

11:21
11 Dekabr

Növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat tarixi ictimaiyyətə tezliklə açıqlanacaq  

10:37
11 Dekabr

Prezident İlham Əliyev: Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur  

10:19
11 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

10:08
11 Dekabr

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya  

10:07
11 Dekabr

Tramp: Zelenski Ukraynadakı müharibə ilə bağlı realist olmalıdır  

10:06
11 Dekabr

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib  

09:57
11 Dekabr

Ermənistanda "kilsə hakimiyyəti"nin "dövlət içində dövlət" dövrü sona çatır

09:45
11 Dekabr

Ölkəmizdə qış turizminin coğrafiyası böyüyür 

09:40
11 Dekabr

Qazaxda Yusif Səmədoğlunun ədəbi irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

09:35
11 Dekabr

Azərbaycan və İraq arasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub  

09:32
11 Dekabr

Bakı Yaradıcı Həftəsi - ortaq dəyərlər, yeni ideyalar, güclənən əməkdaşlıq

09:30
11 Dekabr

Səsimiz AYNA-ya çatmır

09:25
11 Dekabr

Köhnə liftlər sökülüb, yenisi isə quraşdırılmır

09:20
11 Dekabr

Çay da ehsandır

09:17
11 Dekabr

Qağayıların rəqsi

09:15
11 Dekabr

Problem həll olunacaq

09:13
11 Dekabr

Həm sürücülər rahatdırlar, həm də piyadalar 

09:10
11 Dekabr

Belə ola həmişə

09:05
11 Dekabr

Azərbaycan ilə Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib  

09:04
11 Dekabr

Havalar işin sürətləndirilməsini tələb edir

09:00
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!