11 Dekabr 2025 09:30
838
Mədəniyyət
A- A+
Bakı Yaradıcı Həftəsi - ortaq dəyərlər, yeni ideyalar, güclənən əməkdaşlıq

Bakı Yaradıcı Həftəsi - ortaq dəyərlər, yeni ideyalar, güclənən əməkdaşlıq


Azərbaycan özünəməxsus, qədim və zəngin mədəniyyəti ilə dünyada tanınır. Bu, qiymətli irsin təbliği isə dövlətimizin və xalqımızın ən mühüm milli-mənəvi vəzifələrindən biri sayılır. 

Ölkəmizin bir neçə minillik tarixə malik olan maddi və mənəvi mədəniyyəti yalnız regional deyil, qlobal miqyasda diqqət çəkir. Qobustan qaya təsvirlərindən tutmuş muğam sənətinə, xalçaçılıq ənənələrindən aşıq yaradıcılığına qədər çoxşaxəli irs həm xalqımızın kimliyini formalaşdırır, həm də dünya sivilizasiyasına böyük töhfələr verir. Məhz buna görə də milli dəyərlərin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə həyata keçirilən layihələr, beynəlxalq tədbirlər, sərgilər və mədəniyyət proqramları Azərbaycanın zəngin irsinin dünyaya tanıdılmasına xidmət edir və ölkəmizin mədəni diplomatiyasını daha da gücləndirir.

Bu mənada, İslam Əməkdaşlıq Təşkilatının "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" ölkəmizin paytaxtında keçirilməsi növbəti uğurlu addım kimi dəyərləndirilməlidir. 

Mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyan Mədəniyyət Festivalı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən 2019-cu ildən bəri  müxtəlif üzv ölkələrdə təşkil olunur. Azərbaycan bu beynəlxalq tədbirə ilk dəfə evsahibliyi edir. "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" dekabrın 5-dən keçirilir. Tədbir dekabrın 11-dək davam edəcək.

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə düzənlənən festival respublikamızın beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirir.

Festivalın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsinin bütün islam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacağını qeyd edib: "40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək".

İƏT-in baş katibinin müavini və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit Prezident İlham Əliyevin islam həmrəyliyinin möhkəmləndirilməsi yolunda göstərdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, məhz bu möhkəm iradə və strateji yanaşma islam dünyasında əməkdaşlığımızın yeni mərhələyə keçməsinə ciddi töhfə verir: "Bu festival bizi mühüm platformada bir araya gətirərək birliyin, dialoqun və mədəni yaxınlaşmanın real təcəssümünə çevirir. İƏT-in katibliyi və bütün iştirakçı heyətin mədəni əlaqələrimizin dərinləşməsinə verdiyi dəstək qarşılıqlı dialoqun daha da güclənməsinə mühüm təsir göstərir. Bu kimi tədbirlər təkcə yaradıcılıq və mədəniyyət nümayişi deyil, həm də təşkilatımızı strateji baxımdan gücləndirən, ortaq dəyərlərimizi möhkəmləndirən vahid mədəni platforma yaradır. Belə bir platformanın formalaşması, təbii ki, gələcək fəaliyyətimizin daha sıx koordinasiyasına, qarşılıqlı anlayış və əməkdaşlığa xidmət edir".

Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi  çıxışında diqqətə çatdırıb: "Bu tədbir bir daha nümayiş etdirir ki, ortaq tariximiz, mədəni köklərimiz və dini birliyimiz bizləri təkcə simvolik deyil, real tərəfdaşlıq ruhu ilə birləşdirir". Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində atdığı addımların, habelə regional və qlobal miqyasda mədəni əməkdaşlığa verdiyi töhfənin təqdirəlayiq olduğunu vurğulayan nazir qeyd edib ki, biz bu səmərəli fəaliyyətin davamlı olacağına və islam dünyasının mədəni identikliyinin daha da güclənməsinə xidmət ediləcəyinə inanır".

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan isə festivalın açılış mərasimində çıxışında vurğulayıb ki, İƏT Mədəniyyət Festivalı yalnız sənət təzahürü deyil, həm də xalqlarımız arasında mənəvi bağ, qarşılıqlı anlaşma və birgə tarixi yaddaşın gücləndirilməsi üçün mühüm vasitə olduğunu bir daha göstərir: "Azərbaycanın mədəni diplomatiya sahəsində nümayiş etdirdiyi liderlik isə regional həmrəyliyin formalaşmasına verdiyi töhfələr həm Türkiyə, həm də bütün islam dünyası tərəfindən yüksək dəyərləndirilir".

İƏT Mədəniyyət Festivalı proqramı zəngin və rəngarəngdir. Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin görüşü, "Mədəni və yaradıcı sənayelər forumu" (MYFORUM), "Creative Village": mədəni və yaradıcı sənayelər sərgisi" (MYEXPO), "Baku Cinema Breeze - 2025" beynəlxalq kino proqramı, "Şərq moda nümayişi" - İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılıb.

Festivalın davam etdiyi günlərdə təşkil olunan tədbirlərdə müzakirəyə çıxarılan və fikir mübadilələri aparılan mövzuların əhəmiyyəti, aktuallığı beynəlxalq əməkdaşlığın möhkəmlənməsində yeni imkanlar açır. Belə ki, dekabrın 8-də "İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı" (CulTech) mövzusunda panel sessiya bir sıra maraqlı çıxışlarla yadda qalıb. Həmin gün "Yaradıcı və mədəni sənayelərdə məşğulluq imkanları" adlı növbəti panel müzakirəsi zəngin yaradıcılıq ideyalarının necə uğurlu və dayanıqlı peşə fəaliyyətinə çevrilə biləcəyinə həsr olunub. Dekabrın 9-da oyun sənayesi üzrə beynəlxalq panel - "G-HUB: İƏT Ölkələrində Oyun Texnologiyalarının İnkişafının Yüksəlişi və Əməkdaşlıq İmkanları" təşkil olunub. Oyun sektorunun İƏT məkanında sürətlə artan potensialını dəyərləndirmək, regional bazarlar arasında əməkdaşlıq imkanlarını genişləndirmək və oyun istehsalının qlobal səviyyədə mövqeyini gücləndirmək panelin əsas məqsədi olub.

İƏT Mədəniyyət Festivalında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, islam dəyərlərinin - tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdəndir. Həmçinin iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulub.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

01:54
13 Yanvar

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı

01:53
13 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək

01:51
13 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:50
13 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan boyaların (illik tələbat üzrə) satın alınması məqsədilə açıq tender elan edir

01:50
13 Yanvar

"Bank Respublika" ASC tərəfindən lombard müştəriləri arasında keçirilən "Qızıl Seçim" lotereyasının birinci tirajının qaliblərinin SİYAHISI

01:49
13 Yanvar

BİLDİRİŞ

01:47
13 Yanvar

Qrenlandiya NATO çərçivəsində müdafiə təhlükəsizliyini təmin etmək üçün səylərini artırır  

23:37
12 Yanvar

Türkiyənin hakim partiyası: Ankara qonşu İranda xaosun əleyhinədir  

23:28
12 Yanvar

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb  

22:14
12 Yanvar

ABŞ 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib  

21:47
12 Yanvar

Türkiyəli ekspert: “Bir millət, iki dövlət” konsepsiyası iqtisadi strategiyalarla birləşərək regional əməkdaşlıq üçün vacib model yaradıb  

21:13
12 Yanvar

Ekspert: Azərbaycanla Ermənistan arasında sülh Çinlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradır  

19:46
12 Yanvar

Türk ekspert: Azərbaycan beynəlxalq münasibətlər sisteminin əvəzolunmaz aktorudur  

19:16
12 Yanvar

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək  

18:57
12 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:17
12 Yanvar

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!