10 Dekabr 2025 08:20
662
SİYASƏT
A- A+
İlham Əliyev diplomatiyasının daha bir uğuru

İlham Əliyev diplomatiyasının daha bir uğuru


Slovakiya Azərbaycanı dost və strateji tərəfdaş hesab edir


Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ilə ölkələrimiz arasında əlaqələrin yeni səhifəsi açıldı. Prezidentimiz orada "Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik" sözləri ilə salamlandı. Elə yeri gəlmişkən onu da qeyd edək ki, bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin o ölkəyə ilk rəsmi səfəri idi. Doğrudur, dövlətimizin başçısı 20 il əvvəl Slovakiyaya səfər etmişdi, lakin o, rəsmi səfər deyildi.

İndiyədək hər iki ölkənin hökumət üzvlərinin çoxsaylı qarşılıqlı səfərləri də baş tutub. Keçən il Bakının evsahibliyi etdiyi COP29-da Slovakiya yüksək səviyyədə təmsil olunub. Böyük Zəfərimizin 5 illiyinə həsr olunmuş parada həmin ölkənin müdafiə naziri də qatılıb və bundan çox məmnun qalıb. Dövlətimizin başçısının Slovakiyaya hökumət üzvlərindən ibarət geniştərkibli nümayəndə heyəti ilə gəlməsi də qarşı tərəfdə məmnunluq hissi ilə qəbul edilib. Çünki bu, əlaqələrimizin, sadəcə, dostluqdan ibarət olduğunu deyil, onların böyük inkişaf potensialı olduğunu göstərir.

"Bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var. Biz bu gün də qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var". Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatında səsləndirdiyi bu fikirləri isə bütövlükdə dövlətimizin başçısının dost ölkəyə səfərinin preambulası hesab etmək olar. Çünki elə bu bir neçə cümlədə də ölkəmizə verilən dəyər, Prezidentimizə hörmət və ehtiram öz məzmununu tapıb. 

 Xatırladaq ki, keçən il ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, iki ölkə arasında əlaqələri yüksək səviyyəyə qaldıran bir sənəddir. Hazırda Azərbaycanla Slovakiya arasında enerji, nəqliyyat, müdafiə sənayesi sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. Slovakiya şirkətlərinin işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmasında iştirakı təqdirəlayiq bir məsələdir. Slovakiya həmçinin Avropa İttifaqı ilə əlaqələrimizin inkişafını dəstəkləyən bir ölkədir.

Prezident İlham Əliyev Bratislavada mətbuata bəyanatında Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannaməni xatırladaraq demişdir: "O sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük... Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur".

Qaz ixracından söz düşmüşkən onu da qeyd edək ki, Slovakiya tərəfi üçün bu, vacib bir məsələdir və Prezident Peter Pelleqrini bunu belə dilə gətirdi: " Bu, bizim üçün indiki anda çox vacib mövzudur, çünki enerji təchizatına gəldikdə, Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb. Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər. Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Onlar bu qərarı 27 üzv adından qəbul ediblər. Müddət çox qısadır. Şirkətlərimizin rəhbərləri də buradadır. Çox şadam ki, Siz SOCAR-ın prezidentini də nümayəndə heyətinə daxil etmisiniz. Çox konkret söhbət apara bilərik. Azərbaycan enerji təchizatının şaxələndirilməsində rol oynaya bilər, çünki cənab Prezident, hazırda biz boru kəmərinin sonundayıq. Əslində, Qərbi Avropa istiqamətində biz hər zaman əvvəldə olmuşuq. İndi isə boru kəmərinin sonundayıq. Təsəvvür edə bilərsiniz bu, nəyin bahasına başa gəlir".

Məlumdur ki, bu gün Azərbaycan Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayır. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə imkan verir ki, ölkəmiz "Şərq-Qərb" nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyulmaqla imkanlarımız genişləndiriləcək. 

Prezident İlham Əliyev bildirib ki, Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq: "Bunun çox böyük potensialı vardır. Eyni zamanda bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 qiqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 qiqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik".

Slovakiya Prezidenti də əməkdaşlığın perspektivləri barədə nikbinliklə və inamla danışıb: "Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək. Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni artıq inkişaf etdiririk... Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik. Birgə müəssisələr, birgə şirkətlər, texnologiya ötürülməsi, yəni biz bu sahədə daha da sıx çalışmaq əzmindəyik və əlbəttə ki, digər sahələr də ola bilər. Bildiyiniz kimi, slovak şirkəti Qarabağ bölgəsində "ağıllı kənd" inşa edir. Eyni zamanda bizim ixrac-idxal bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır".

Deyilənlərə Macarıstanın "Wizz Air" şirkətinin ölkələrimiz arasında uçuşlarını artırdığını, Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşlar açıla biləcəyini əlavə etsək, gözlərimiz qarşısında Azərbaycan-Slovakiya əməkdaşlığının geniş üfüqləri daha aydın görünər. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

01:54
13 Yanvar

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı

01:53
13 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək

01:51
13 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:50
13 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan boyaların (illik tələbat üzrə) satın alınması məqsədilə açıq tender elan edir

01:50
13 Yanvar

"Bank Respublika" ASC tərəfindən lombard müştəriləri arasında keçirilən "Qızıl Seçim" lotereyasının birinci tirajının qaliblərinin SİYAHISI

01:49
13 Yanvar

BİLDİRİŞ

01:47
13 Yanvar

Qrenlandiya NATO çərçivəsində müdafiə təhlükəsizliyini təmin etmək üçün səylərini artırır  

23:37
12 Yanvar

Türkiyənin hakim partiyası: Ankara qonşu İranda xaosun əleyhinədir  

23:28
12 Yanvar

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb  

22:14
12 Yanvar

ABŞ 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib  

21:47
12 Yanvar

Türkiyəli ekspert: “Bir millət, iki dövlət” konsepsiyası iqtisadi strategiyalarla birləşərək regional əməkdaşlıq üçün vacib model yaradıb  

21:13
12 Yanvar

Ekspert: Azərbaycanla Ermənistan arasında sülh Çinlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradır  

19:46
12 Yanvar

Türk ekspert: Azərbaycan beynəlxalq münasibətlər sisteminin əvəzolunmaz aktorudur  

19:16
12 Yanvar

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək  

18:57
12 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:17
12 Yanvar

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!