Fransa əsrlərdir ki, müstəmləkəçilik siyasətindən əl çəkmir. Yüz illər öncə olduğu kimi, yenə də sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən neçə-neçə ölkədə ağalıq iddasındadır. Müstəmləkə altında saxladığı Yeni Kaledoniyada, Afrikada, Fransa Polineziyasında, Mayotda, Korsikada və başqa ölkələrdə xalqları öz müqəddəratlarını həll etməyə, azad ömür sürməyə qoymur.
Həmin ölkələrin yerli sakinlərinin artıq boyunduruq altında yaşamaq istəməmələri, öz haqlarını tələb etmələri, ölkələrinin müstəqilliyinə çalışmaları rəsmi Parisi təşvişə salır. Çünki bilirlər ki, Fransa hökumətinin zülmlərindən, işgəncələrindən cana doymuş xalqların gündən-günə güclənən və daha qətiyyətlə səslənən etirazları bu ölkənin müstəmləkəçilik siyasətinin sona çatmaqda olduğunu göstərir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ötən həftə ölkəmizdə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda səsləndirilən fikirlər buna bariz nümunə oldu.
Beynəlxalq konfransda çıxış edən "Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi" (NCMCP) assosiasiyasının prezidenti Mariya İzabella Saliqa bildirdi ki, Fransanın müstəmləkəçilik siyasəti nəticəsində xalqların milli-mənəvi dəyərləri və adət-ənənələri məhv olmaq ərəfəsindədir: "Bu siyasət xalqların tarixində ağır yaralara yol açıb". O vurğuladı ki, müstəmləkəçilik əzilən xalqların təkcə adət-ənənələrini deyil, eyni zamanda mədəniyyətlərini məhv edir: "Biz zorakılıqla Fransanın bir hissəsi olduq və bu alçaqlıqların, sərvət oğurlanmasının, dərman bitkiləri haqqında biliklərin məhv edilməsinin və müstəmləkəçiliyin maraqlarına xidmət edən çirklənmə və iqtisadi inkişaf yolu ilə manipulyasiyaların ağır yükünü hələ də daşıyırıq". Mariya İzabella Saliqa qeyd etdi ki, Fransa öz keçmiş müstəmləkələri üzərində tam nəzarət istəyindən heç vaxt əl çəkməyib, bu xalqları tabeliyində saxlamağa çalışır. NCMCP assosiasiyasının prezidenti bu gün Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar arasında siyasi şüurun canlanmasının müşahidə olunduğunu diqqətə çatdırdı. Öz müqəddəratını təyinetmə və iqtisadi müstəqillik uğrunda hərəkatların yarandığını və bir çox ərazilərin, o cümlədən Afrika ölkələrinin fransız zülmündən xilas olmağa çalışdığını söylədi.
Kanakların nümayəndəsi Adue Kristelle sözügedən tədbirdə bəyan etdi: "Məqsədimiz Kanakda olan siyasi məhbusların azadlığa çıxmasına nail olmaqdan ibarətdir". O, Fransanın kolonial siyasəti nəticəsində kanakların sayının 1980-ci ildən başlayaraq 40 faiz azaldığını dedi: "Siyasi mübarizədə iştirak edən 3500 nəfər həbs edilərək türmələrdə öldürülüb. Fransa hökuməti Kanak xalqının təhsilini, dilini, dinini hər addımda məhdudlaşdırır. Xalqımız təhdid və təzyiqlərə məruz qalır. Kanak xalqını qorxudub, onu müstəqillik yolundan döndərməyə çalışırlar. Lakin Kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək, müstəqillik yolundan dönməyəcək".
Korsikalı nümayəndə Fransua Benedett çıxışında nəzərə çatdırdı ki, Fransanın müstəmləkəçilik siyasəti nəticəsində Korsika xalqı yox olmaq ərəfəsindədir. Hərbi yolla ələ keçirilən Korsika adası tarixin bütün mərhələlərində Fransanın təzyiqinə məruz qalıb. Demokratiya və azadlıqdan danışaraq bu dəyərləri özünün prioritet siyasəti hesab edən rəsmi Paris korsikalılara qarşı hər zaman amansız davranıb. O bildirdi ki, korsikalılar Fransanın həyata keçirdiyi müstəmləkəçilik siyasəti ilə heç vaxt barışmayacaqlar.
"Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi" (NCMCP) assosiasiyasının katibi Yevgeniy Tetuanui bildirdi: "Biz Fransa diktaturasına "yox" deməli, axmaq, narsist davranışlarla mübarizə aparmalıyıq. Hər birimiz təhdidlə üz-üzəyik. Makronun siyasi mövqeyinə qarşı çıxmalıyıq. Bakı bizə imkan verir ki, səsimiz eşidilsin. Dənizaşırı ölkələr eyni gündə müstəqilliklərini elan edərək müstəmləkədən qurtula bilərlər. Biz hazırda ölümlə üz-üzəyik".
Kanak xalqının nümayəndəsi, keçmiş siyasi məhbus Jan Batis diqqətə çatdırdı ki, 2024-cü il mayın 13-də Fransa hökuməti kanakların haqlı tələblərinə qarşı polis zorakılığı ilə çıxdı: "Nümayişdə iştirak edən çoxsaylı insanlar qətlə yetirildi. Bu hadisələrdən sonra xalqın qəzəbi daha da artıb. Kanaklar müstəqillik uğrunda mübarizəsini davam etdirəcəklər. Biz gələcək nəsillərə də mübarizə aparmaları üçün tariximizi və bu gün haqsızlığa məruz qalmağımız barədə məlumatlar çatdıracağıq".
Beynəlxalq konfransın "Müstəqillik uğrunda mübarizədə milli kimlik" adlı panel iclasında çıxış edən Fransız Qvianasının Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatının (MDES) fəalı xanım Dominik Monte Fransanın Qvianada təhsil sistemini tamamilə müstəmləkə siyasətinə uyğun quraraq xalqın assimilyasiyasına nail olmağa çalışdığını, məktəblərdə dərslərin yalnız fransız dilində keçirildiyini, uşaqlara yalnız Fransa tarixi və mədəniyyətinin öyrədildiyini diqqətə çatdırdı. Bildirdi ki, Fransa müstəmləkə siyasəti yürütməklə Fransız Qvianasında yaşayan xalqın təkcə təbii sərvətlərini deyil, milli təhsilini, mənəvi dəyərlərini, adət-ənənələrini də məhvə məhkum edib. Fransız Qvianasının siyasi fəalı milli kimliyin unutdurulmasının son nəticədə xalqın tarix səhnəsindən silinməsinə gətirib çıxaracağını nəzərə çatdırdı. Artıq yerli xalqın öz hüquqları uğrunda mübarizəyə başladığını və Fransa hökuməti qarşısında konkret tələblərlə çıxış etdiyini, Fransız Qvianasında milli özünüdərk prosesinin sürətləndiyini, gələcəkdə müstəqillik uğrunda mübarizənin daha da güclənəcəyini bəyan etdi.
Göründüyü kimi, Fransa hökuməti bu gün dənizaşırı əraziləri idarə etmək, təbii sərvətlərini talamaq üçün bütün vasitələrdən istifadə edir. Amma bütün həmlələrinə müstəmləkəsi altında olan xalqlar qətiyyətlə, əzmlə cavab verir, rəsmi Parisin əsl simasını dünyaya göstərirlər.
Emmanuel Makron hökuməti baş verənlərdən ibrət dərsi almır, beynəlxalq hüquq çərçivəsini aşan, ədalətsiz, qərəzli qərarları ilə Fransanın dünyadakı siyasi mövqelərini zəiflətməkdə, nüfuzdan salmaqda davam edir.
Dünyaya demokratiya dərsi keçməyə cəhd edən Fransa indi tarixinin ən miskin dövrünü yaşayır. Prezident Emmanuel Makron öz yarıtmaz siyasəti ilə Fransanı dalana dirəyib. Ölkənin daxilində vəziyyətin ürəkaçan olmadığı, xaricində israrla uzun illərdir ki, yürüdülən müstəmləkəçilik siyasətinin çökdüyü bir vaxtda rəsmi Paris bəd əməllərindən, məkrli niyyətindən əl çəkmək əvəzinə yeni münaqişə ocaqları yaratmağa səy göstərir. Cənubi Qafqazda sülhün, sabitliyin möhkəmlənməkdə olduğunu gördükcə yenidən suyu bulandırmağın, aranı qarışdırmağın yollarını axtarır. Bəllidir ki, bu ölkə Ermənistana canı yandığı üçün silah-sursatla təmin etmir. Əksinə, rəsmi İrəvanı sülh sazişini imzalamaqdan çəkindirməklə, müharibəyə həvəsləndirməklə Ermənistanı çıxılmaz vəziyyətə yönəldir, məhvə sürükləyir. Çünki Emmanuel Makron hökumətini düşündürən Ermənistanın müqəddəratı deyil, Fransanın Cənubi Qafqazla bağlı olan istəkləri, maraqlarıdır.
Təəssüf ki, Nikol Paşinyan hökuməti bir çox məqamlarda rəsmi Fransanın məkrli oyunlarına aludə olur. Ancaq Cənubi Qafqazın lider dövləti, məramı, məqsədi yalnız sülh olan və bu yolda qətiyyətlə addımlayan Azərbaycan istər Fransanın, istərsə də Ermənistanın çirkin, mənfur siyasətini puça çıxarır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir
Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq
Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub
Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb
Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb
Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb
Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!