Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, həm də Ermənistanın törətdiyi vandallıq əməllərini, kütləvi talançı simasını da üzə çıxartdı. İşğaldan sonra toplanmış əsaslı fakt və materiallar, foto-videosübutlar, eləcə də bir sıra xarici ölkələrin nümayəndələrinin canlı şahidi olduğu real vəziyyətlər Ermənistanın 30 il ərzində misli görünməmiş vandalizm aktı törətdiyini bütün təfərrüatları ilə təsdiqləmiş oldu.
Erməni barbarları işğal dövründə Azərbaycanın yaşayış məntəqələri və inzibati obyektlərini, sosial-iqtisadi infrastrukturları, kommunikasiyaları, tarixi, dini, mədəni abidələrimizi vəhşicəsinə darmadağın edib. Eləcə də, həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurub, “yaşıl soyqırım” törədib. Bu, ağlasığmaz dağıdıcı istismar nəticəsində Azərbaycan dövlətinə dəyən zərərin məbləği 100 milyardlarla dollarla ölçülür. Ermənistan işğal dövründə təbii sərvətlərin qanunsuz istismarına xarici şirkətləri də cəlb edib ki, onların sırasında ABŞ, Kanada, Fransa və digər ölkələrin şirkətləri daha çox bu qanunsuz fəaliyyətlərdə yer alıb.
Ermənistanın hərbi təcavüzünə son qoyulduqdan və torpaqlarımız erməni tapdağından azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu ərazilərdə dərhal sürətli bərpa və quruculuq işlərinə başlanıldı, 4 ilə yaxındır ki, bu missiya fasiləsiz davam etdirilir. Cənab Prezident, eyni zamanda Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq hüquqazidd əməllərə görə cəzasız qalmayacağını bildirərək işğal dövründə vurulmuş zərərin dəyərinin dəqiq hesablanması üçün aidiyyatı qurumlara tapşırıqlar verib, dövlət başçısının müvafiq sərəncamına əsasən, Dövlət Komissiyası yaradılıb. Komissiya bu istiqamətdə zəruri hüquqi hərəkətləri araşdırmaqdadır. Həmçinin, bu məsələ ilə əlaqədar beynəlxalq hüquq şirkətləri də cəlb edilib. Habelə, iqtisadi cinayətlərdə Ermənistanla birgə iştirak etmiş dövlətlərə məxsus şirkətlər və müxtəlif şəxslər haqqında da hüquqi prosedurlar davam etdirilməkdədir.
Bununla yanaşı, qeyd edilməlidir ki, ölkəmizin ərazisində separatçı rejmi yaratmış və rəhbərlik etmiş, ağır müharibə cinayətləri və dinc əhaliyə qarşı kütləvi qətllər törətmiş, cinayətkarlar tutularaq Bakıya gətirilib, onların törətdikləri hər bir cinayətə görə qanun qarşısında cavab verməsi və layiq olduqları cəzaları alması üçün istintaq prosesi keçirilir.
Ermənistanın Azərbaycana qarşı törətdiyi bu amansız vəhşiliklər beynəlxalq qanun və konvensiyaların tələblərini kobud şəkildə pozulması deməkdir. Belə ki, “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının, Avropa Konvensiyasının, UNESCO-nun 1972-ci il Konvensiyasının müddəaları, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt, Avropa Mədəniyyət Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası və digər beynəlxalq sənədlərin tələbləri pozulub ki, bu da təcavüzkar ölkə haqqında beynəlxalq hüquqi məsuliyyət yaradır. BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnamənin 31-ci maddəsinə əsasən, beynəlxalq hüquqazidd əməllərə yol verən dövlətin beynəlxalq məsuliyyəti təsbit edilib ki, bu da vurulmuş zərərin ödəmə formalarını müəyyən edir. Belə ki, vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında mümkün hesab edilir. Həmçinin, BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı “Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar” adlı qətnamədə də zərərlə bağlı məsələlər təsdiq olunub.
Bu mexanizmlər beynəlxalq hüquqda vandallıq, soyqırım və dağıdıcılıq hərəkətlərinə görə, işğalçı ölkələrə qarşı təzminatın hesablanması və ödənilməsi ilə təcrübələrin icrasını tam təmin etməyə imkan verir və belə təcrübələrin sayı kifayət qədərdir. Məsələn, İkinci Dünya müharibəsindən sonra Almaniya zərər vurduğu ölkələrə təzminat ödəyib, təkcə Polşanın 1,3 trilyon avro dəyərində zərərə görə təzminat tələbi rəsmiləşdirilib. Eləcə də 1990-cı illərin əvvəlində baş vermiş Körfəz müharibəsindən sonra beynəlxalq instansiyaların qərarları əsasında İraqın Küveytə vurduğu ziyanın ödənilməsi təmin edilib.
Bütün bu hüquqi istinad və əsaslı çərçivə Azərbaycana beynəlxalq hüququn tələblərindən irəli gələn prosedurları həyata keçirmək üçün dərin hüquqi əsaslar yaradır. Azərbaycan Qarabağ və ətraf rayonlardakı talanlara görə Ermənistandan 3 istiqamətdə təzminat tələb edə bilər - dövlət, kollektiv və fərdi. Bu xüsusda qeyd edək ki, Azərbaycan Beynəlxalq Enerji Xartiyası Müqaviləsinə əsasən, Qarabağın və Şərqi-Zəngəzurun zəngin mineral resurslarını, hidroenerji ehtiyatlarını qanunsuz istismar etdiyinə görə, bu əsasda 2023-cü il fevralın 27-də işğalçı ölkəyə qarşı dövlətlərarası arbitraj prosesi başladıb. Arbitraj prosesi qəsbkarın təzminat ödəməsini gerçəkləşdirmək yönündə ilk addımlardan biridir.
Azərbaycan dövləti yuxarıda qeyd etdiyimiz təcrübəyə söykənərək Ermənistanın vandalizm aktlarına qarşı fiziki və maddi təzminatı ərazi, torpaq kompensasiya ilə əvəzləşdirmək hüququna malikdir. Dünyada reparasiya və digər təzminat növlərinə dair kifayət qədər hüquqi çərçivə və istinadlar mövcuddur. Məsələn, 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsinin tələblərinə görə, 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat təyin olunub. İkinci Dünya müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. 1945-ci ildə Yalta Konfransında qəbul edilmiş qərara əsasən, Almaniya SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün ödəyib. Fransa kömür yataqlarından istifadə etmək niyyəti ilə 1947-1956-cı illərdə Saar protektoratına nəzarəti üzərinə götürüb, Hollandiya 1949-cu ildə təxminən 69 kvadrat kilometr alman ərazisini özünə birləşdirib. Belə faktların sayı kifayət qədər çoxdur.
Beləliklə, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan maddi təzminat yerinə torpaq tələb etmək hüququnu gerçəkləşdirmək hüququna da malikdir. Hazırda cənab Prezidentin əzmkar mövqeyi və ölkəmizin beynəlxalq miqyasda Ermənistanın törətdiyi ağır cinayətlərə görə təzminatın ödənilməsi ilə bağlı davam etdirdiyi qətiyyətli tədbirlər rəsmi İrəvanın beynəlxalq hüquq qarşısında öz layiqli cəzasını alacağına dərin əminlik yaradır. Azərbaycan bu məsələdə öz mövqeyindən bir addım geri çəkilməyəcək və sonadək haqq davasını aparacaq. Heç kəsin şübhəsi olmasın ki, bu dağıdıcılıq əməllərinə görə, Ermənistan mütləq cavab verəcək. Azərbaycan tarixi Qələbə qazandığı kimi beynəlxalq hüquq müstəvisində də haqlı zəfərini təmin edəcək!
Müdafiə xərcləri 70 milyard dollaradək artırıldı - Bloomberg
Tramp məğlub olsa, həbs olunacam - Maskdan açıqlama
Rusiyada “Discord” qadağan edildi
Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNİB
Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
Yeni məhkəmə hakimləri and içiblər
Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNİB
Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır
Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçiləri Azərbaycana dəvət olunub
Papa Zelenskini qəbul edəcək
Fransanı şiddətli fəlakət gözləyir
Türk Hava Yollarının pilotu uçuz zamanı öldü
Viktor Orban: Avropa Komissiyası siyasi alət rolunu oynayır
Məşhur oyunçu futboldan ömürlük uzaqlaşdırıla bilər - İDDİA
Somalidə "Əş-Şəbab"ın 59 silahlısı zərərsizləşdirilib
Kloze Emrelidən razıdır
"Neftçi"nin yeni baş məşqçisi ilə bağlı SON XƏBƏR
Dünya ulduzu Bakıya gəlir -“Qarabağ” açıqladı
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!