23 Oktyabr 2021 00:43
1478
CƏMİYYƏT
A- A+
Ən qədim paltar köynəkdir, yoxsa don?

Ən qədim paltar köynəkdir, yoxsa don?

 

 

Yaşamın əsas komponentlərindən olan geyim insanı soyuq və istidən, ətrafdakı zərərli təsirlərdən qorumaq üçün vacibdir və onu gündəlik həyatın ayrılmaz parçası edir.  Bu da maraqlıdır ki, min illər əvvəl istifadə olunan hər hansı paltarın günümüzə qədər gəlib çıxması necə olub. Bu marağı artıran isə dünyanın ən qədim geyimi - “tarxan”dır.

İlkin vaxtlarda heyvan dərisindən və ya müxtəlif üsulla ərsəyə gətirilən örtükləri ibtidai insanlar geyim kimi istifadə ediblər. Parçadan hazırlanmış, günümüzdəki paltar anlayışını ifadə edən “tarxan” geyimi 1913-cü ildə Misirdə Tarxan adlanan ərazidəki antik məzarlıqdan tapılıb. Aşkar edildikdən sonra Londonda yerləşən Petrie Misir Arxeologiya Muzeyinə göndərilib. Burada paltara xüsusi diqqət göstərilməyərək rəflərdən birinə yerləşdirilib. Lakin illər sonra muzeyin yenidən bərpasında qeyri-adiliyi ilə şübhə yaradaraq təkrar araşdırılmasına səbəb olub. Bununla da məlum olub ki, geyim ən qədim parçadan hazırlanıb. Fəqət həmin vaxt libasın dəqiq tarixi qeydə alına bilməyib. 2016-cı ildə Oksford Universitetinin tədqiqatından sonra paltarın 5-5.5 min il əvvələ, yəni eradan əvvəl 3-cü minilliyə aid olduğu təxmin edilib.

“Tarxan” öndən baxarkən V hərfinə bənzər yaxalıqlı kətan paltardır. Onu araşdıran alimlər güman edirlər ki, bu geyim köynək yox, don olub. Aşağı hissələri uzun illər ərzində məhv olduğundan köynəyə bənzər formada qalıb. Digər bir önəmli məqam isə hazırlanan qadın libasının kiməsə özəl olaraq tikildiyidir. Çünki paltarın meydana gəldiyi tarixdə dəqiq bədən ölçüləri anlayışı olmadığından geyimlər hər kəsə yararlı olması üçün olduqca gen hazırlanırdı. Bu köynək isə bir qadının vücud ölçülərinə uyğun formada hazırlanmış dərzi məhsuludur.

 

               

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!