07 Mart 2026 09:00
174
CƏMİYYƏT
A- A+
Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi


Azərbaycan qadını sevgi, güc, səbir, mərhəmət, şəfqət nümunəsi və vətəninin bağrından doğan bir çiçəkdir. Azərbaycan anası gücün və zərifliyin birləşdiyi bir dəyər, həyatın hər çətinliyinə, hər sınağına sinə gərən, bütün zamanlarda qəlbindəki yumşaqlığı və sevgini qoruyan müqəddəs varlıqdır. O, ailəsinin qəhrəmanıdır, vətəninin övladıdır, dünyaya gələcək nəsillər üçün ümid işığıdır.

Bu xüsusiyyətlərin ən parlaq nümunəsini kənddə yaşayan qadınların zəhmət dolu həyatında görmək mümkündür. Kənd qadını səhər tezdən oyanan ilk adamdır. Dan üzü söküləndə, günəşin ilk işığında yavaşca ayağa qalxar və bütün bir kəndin həyatını canlandırar. Torpağın sükutunu pozar, çiçəklərin başını qaldırar, heyvanlara yem, toyuq-cücəyə dən verər. Hər gün eyni sükutda, amma hər zaman yeni bir başlanğıcda həyatını davam etdirər.

Kənd qadını torpağın əmanətini öz içində daşıyan qoruyucudur. Hər  daşın altına baxar, hər ağacın gövdəsindəki izləri hiss edər, quşların cəh-cəhini, yağışın, küləyin nəğməsini dinləyər. Yorulub əldən düşsə belə heç vaxt geri çəkilməz. Mənəvi gücü, sevgisi və torpağa bağlılığı onu həyatın bütün çətinliklərinə sinə gərən bir qadın halına gətirər. Sahib olduğu güc, əslində, onun içindəki sonsuz sevgidən gəlir - ailəsinə, el-obasına, dünyasına duyduğu sevgidən. Bəzən sərt, bəzən yumşaq, bəzən də kövrək və duyğusal olar, amma hər zaman həyat doludur kənd qadıını. 

Çəmən qoxulu, zəhmət ətirli  qabarlı əlləri torpağın bərəkətini və qüdrətini  eyni anda hiss edər. Çünki onun hər toxunuşunda, hər nəfəsində  həyat ritmi var. Ailəsinə, kəndin hər insanına, ağacına, daşına duyduğu sevgi onun ən böyük gücüdür. Həyatın ən ağır anlarında belə kənd qadını çəkdiyi əziyyətləri unudar. Çünki  hər  günün sonunda gələcək ümidini görər. Gündəlik işlərin içində özünü bəzən kəşf edər, bəzən də itirər.  Hər çətinlikdən sonra güclü bir qadın kimi yenidən doğar. Onun gücü həyət-bacanı səliqəyə salmaq,  bağ-bağatı becərmək, əkin-biçini yerinə yetirmək deyil. O, gücü səbrindən, dözümündən,  inamından və iradəsindən alır. 

Kənd qadını torpaqla nəfəs alır, zəhmətlə yaşayır, ailəsinə, övladlarına canı-qanı ilə bağlı olur. Çünki o, hər zaman savaşan bir döyüşçüdür. Bu savaşı həyatda qalmaq, ailəsini qorumaq, özünü  itirməmək, arzularını  həyata keçirmək üçündür. Kəndli qadını  bu savaşda qalib edən mənəvi gücü, sabaha inamı, səbri,  zəhməti, fədakarlığı və hər çətinliyə sinə gərməyidir.  Hərdən  bu qələbənin  fonunda  tənhalıq hissinə də qapıla bilir. Lakin bunu kimsəyə bildirmir, həmin "yük"ü öz çiyinlərində təkbaşına daşıyır, ürəyinin ən dərin guşəsində gizlədir. 

Bəzən gecələr ulduzlara baxar və düşünər: "Bu həyat  arzuladığım qədər gözəl oldumu? Mən özümü tapdımmı?" Səhər isə gecəki düşüncələrin üstündən bir xətt çəkərək yeni bir ümidlə oyanar, həyatın çətinliklərinə sinə gərər və öz yoluna davam edər.  Çünki bu zəhmətkeş qadın  mübarizə aparmaqdan yorulmaz, ruhu nə qədər sərt olarsa-olsun, yenə də ümidlə doludur.

Ancaq kənd yalnız zəhmətkeş qadınlardan ibarət deyil. Burada öz biliyi və düşüncəsi ilə önə çıxan, fərqli bir parıltı ilə seçilən, ağlı və bilgisi ilə həm ailəsinə, həm də cəmiyyətə işıq saçan ziyalı qadınlar da var. Kənddəki ziyalı qadının içindəki işıq cəmiyyətə faydalı olmağı, öyrənməyi və öyrətməyi arzulayan bir qəlbin təzahürüdür. Kəndin ziyalı qadını  həm torpağa toxunur, həm də kitab səhifələrini çevirərək, elmin gücünü, müdrikliyin işığını özündə birləşdirir. Kənddə o, hər kəsə müdrik bir ana, həkim, müəllim, bələdçi və bir yolgöstərəndir. Sadə görüntünün  içindəki mənəvi zənginlik hər kəlməsindəki ağıllı düşüncələrindən qidalanır. Sözü torpağı əkib-biçən əlləri qədər güclüdür. Kəndin unudulmuş ənənələrinə bağlı olmasına baxmayaraq, müasir dünyanın tələblərini qəbul edən ziyalı qadın təhsilin və bilginin gücünü dərk etdiyi üçün daim öyrənir. Kəndə gətirdiyi yeniliklərlə yalnız öz həyatını deyil, həm də ətrafındakıların taleyini dəyişdirə bilir. Fəlsəfəsi sadəlikdəki dərinlikdən və kəndin sakitliyindəki müasirliyi tapmaqdan ibarətdir. Hər addımında bir dəyişiklik yaradır. Kəndin təbiətini qoruyaraq, müasir düşüncə ilə gələcəyin yollarını aydınlatmağa çalışır. Həyatında hər şey - həm keçmişin dərsləri, həm də gələcəyin ümidləri bir məna daşıyır. Onun gözlərində torpağın və müasir dünyanın harmoniyasını tapmaq mümkündür. Kəndin sükutunda böyüdükcə, dünyanı daha geniş görür və  el-obanın qəhrəmanı olmaqla yanaşı, gələcəyə  ümid və inam aparan bir körpü qurur. Ziyalı kənd qadını ənənələrlə müasirliyin, zəhmətlə ideyaların, torpaqla elmin vəhdətidir. O, hər addımında  özünün və ətrafındakıların yaxşı günlərinə doğru irəliləyir. 

Torpağın bağrından çıxan sadə, zəhmətkeş, çöldə-bayırda çalışan qadın da,  müəllim, həkim, sahibkar olan ziyalı  xanım da sabahın qurucusudur. Hər bir kənd qadını həyatı ilə dərs, zəhməti ilə bir əhvalat, sevgisi ilə nağıldır. Kənd qadını həyatın özüdür, bu torpağın ruhunu, bu dünyanın sadə, amma qüdrətli qanunlarını öz varlığında təcəssüm etdirən bir həyat hekayəsidir. Kənddə yaşayan qadın bəzən nəğmə kimi həzin, lirik və  kədərli olsa da, hər zaman öz ritmini qoruyan melodiyadır. Onun varlığı kəndin varlığıdır, nəfəsi  torpağın nəfəsidir. Kənd qadını,  əslində, təbiətin ən sadiq və ən gözəl təsviri, kəndin ən maraqlı nağılıdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!