07 Mart 2026 08:20
190
SİYASƏT
A- A+
Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir


Ölkəmiz hər zaman bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına səy göstərir. Azərbaycan uzun illər ikili standartlarla, haqsızlıqlarla, ədalətsizliklə üzləşəndə də, açılmaz düyünə çevrilmiş problemlərinin həllində öz mövqeyini qoruyub saxlayıb. Müstəqilliyinə nail olduğu vaxtdan Azərbaycan dövləti beynəlxalq hüququn prinsiplərindən heç zaman kənara çıxmayıb. 

Mehribanlıq, qarşılıqlı maraq üzərində qurulan qonşuluq münasibəti Azərbaycan xalqının qədimdən bu günədək ruhunda daşıdığı, yaşatdığı ən yüksək keyfiyyətlərdəndir. Xalqımız heç zaman qonşusunun pisliyini istəməyib, onun ocağının sönməsini arzulamayıb. Azərbaycan dövləti də beynəlxalq münasibətlərdə bu prinsipi əsas götürüb. Mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq dövlətimiz üçün hər zaman prioritet məsələlərdən olub. 

Bu mənada qonşu İran İslam Respublikası ilə münasibətlərdə də Azərbaycanın mövqeyi dəyişməz qalıb. ABŞ və İsrailin İrana birgə hərbi müdaxiləsindən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Əraqçiyə zəng etməsi, ölkəmizin ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Prezident İlham Əliyevin mövqeyini xatırlatması, İran səfirinin mətbuat konfransı keçirərək ölkəsinin mövqeyini ifadə etməsinə şərait yaradılması, həmin ölkənin ali rəhbərinin vəfatı zamanı dövlətimizin başçısının ilk olaraq başsağlığı verməsi, ardınca səfirliyi ziyarət etməsi və İrana humanitar yardım planlaşdırılması bunun təsdiqidir.

Bu münasibətin əvəzində martın 5-i günorta vaxtı Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumlarının həyata keçirilməsi, nəticədə hava limanının binasına zərər dəyməsi və bir neçə mülki şəxsin xəsarət alması nəinki ölkəmiz tərəfindən kəskin hiddətlə qarşılanıb, eyni zamanda müxtəlif ölkələrin və beynəlxalq təşkilatların dövlət və hökumət başçılarının etirazına səbəb olub. 

Bu hadisəni pisləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranı mehriban qonşuluğa çağırıb. Ankarada sənətkarlar və sahibkarlarla keçirilən iftar məclisində qardaş ölkənin Prezidenti Azərbaycan dövlətinin başçısı ilə telefon danışığından bəhs edib: "Qardaşım İlham Əliyevlə söhbətimdə Naxçıvan Muxtar Respublikasına edilən hücumdan təəssüfləndiyimi bildirdim və onu pislədim". Rəcəb Tayyib Ərdoğan martın 4-də Türkiyənin cənub sərhədi yaxınlığında İran raketinin vurulmasını da vurğulayıb: "Biz İran tərəfinin diqqətini Türkiyə ilə dostluğun əhəmiyyətinə çəkdik və mehriban qonşuluq münasibətlərinə xələl gətirəcək səhvlərə yol verməməyə çağırdıq".

Fransa hökuməti də İranın Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumunu ən sərt şəkildə pisləyib. Fransa Xarici İşlər Nazirliyinin portalında dərc olunan bəyanatda Naxçıvan Beynəlxalq Hava Limanının İran dronlarının hücumuna məruz qaldığı, hadisə nəticəsində dörd nəfərin yaralandığı xatırlanıb. Fransanın bu hadisə ilə bağlı Azərbaycanla tam həmrəy olduğu bildirilib. Vurğulanıb ki, Naxçıvan Beynəlxalq Hava Limanına qarşı həyata keçirilmiş dron hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Hücumu əsassız və qəbuledilməz addım kimi qiymətləndirən Fransa hökuməti regionda sabitliyin qorunmasının və beynəlxalq hüquqa hörmətin vacibliyini bir daha diqqətə çatdırıb.

İki İran dronunun Naxçıvana zərbə endirməsinin tamamilə qəbuledilməz olduğunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün "X" sosial media hesabında bildirib: "Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir".

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Daimi Katibliyi ölkəmizə qarşı son hücumlarla bağlı yaydığı bəyanatda isə Azərbaycanın üzləşdiyi hadisə ilə əlaqədar dərin narahatlığını diqqətə çatdırıb, Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə olunub. Bəyanatda Azərbaycanın mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində regional əməkdaşlığın gücləndirilməsinə töhfə verən ölkələrdən biri olduğu və bu istiqamətdə BMMT çərçivəsində mühüm rol oynadığı vurğulanıb. Təşkilat baş verən hadisələrdən zərərçəkən insanlara səmimi dəstəyini verərək bildirilib ki, bütün hallarda mülki əhalinin və həyati əhəmiyyətli xidmətlərin qorunması əsas prioritet olaraq qalmalı, heç bir mülki şəxs qeyri-sabitlik və zorakılığın qurbanına çevrilməməlidir.

İranın Türkiyə və Azərbaycanı hədəfə almaq cəhdini kəskin şəkildə qınayan ölkələrdən biri də Səudiyyə Ərəbistanı Krallığıdır. Səudiyyə Ərəbistanı XİN bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul olunmuş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb. Nazirlik bəyanatında hər iki ölkəyə qarşı edilən bu qorxaq cəhdlərin heç bir halda əsaslandırılası mümkün olmayan düşmənçilik mövqeyi kimi dəyərləndirib. Qeyd olunub ki, İranın region ölkələrinə qarşı bu cür davranışları gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir. Krallıq hökuməti və xalqının Türkiyə və Azərbaycanla tam həmrəy olduğu bəyanatda bir daha diqqətə çatdırılıb.

İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb. İsrail tərəfi İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumlarının qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla baş tutan telefon danışığında ölkəsinin Azərbaycana, Türkiyəyə və ərəb ölkələrinə hücumları qəbuledilməz hesab etdiyini, bu halların qınanılmalı olduğunu diqqətə çatdırıb. Bədr Əbdülati həmçinin zorakılıq dalğasının davam etməsinin və münaqişənin daha da genişlənməsinin regional və beynəlxalq sülh və sabitliyi təhdid edə biləcək fəlakətli və təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İran pilotsuz uçuş aparatlarının Naxçıvan Muxtar Respublikasının mülki obyektlərini hədəfə alan və mülki şəxslərin yaralanması ilə nəticələnən hücumlarını, hava limanının vurulmasını qəti şəkildə pisləyən dövlətlər arasında Qətər, Birləşmiş Ərəb Əmirliyi, Litva, Moldova , Küveyt, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Pakistan, Albaniya, Monteneqro, İspaniya, İordaniya, İtaliya, Avstriya və başqaları da var. Həmin dövlətlərin rəsmiləri İranın Azərbaycana qarşı həyata keçirdiyi bu cinayətin beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb, Azərbaycanla həmrəy olduqlarını bildiriblər.

Qeyd etdiyimiz kimi, Azərbaycanın qonşuları və beynəlxalq tərəfdaşları ilə qurduğu mehriban və qarşılıqlı hörmətə əsaslanan siyasətini, ölkəmizin sülhə və əmin-amanlığa sadiqliyini bir daha təsdiqləyir. Bu yanaşma həm də onu göstərir ki, hər hansı təxribat və zorakılıq aktları Azərbaycan xalqının birliyi və dövlətimizin gücü qarşısında heç bir nəticə verə bilməz.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!