29 İyul 2026 19:55
185
SİYASƏT
A- A+
Efiopiyanın Baş naziri: Azərbaycan son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb

Efiopiyanın Baş naziri: Azərbaycan son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb


Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Baş naziri Abiy Əhməd Əli ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Efiopiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Baş nazir Abiy Əhməd Əli Azərbaycanın son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazandığını qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılandığını bildirib. O, Prezident İlham Əliyevlə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, həmin görüşlərdə aparılan səmərəli müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verdiyini, əldə olunmuş razılaşmaların əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaratdığını vurğulayıb.

Baş nazir Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.

O, ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyərək, xüsusən neft-qaz sənayesi sahəsində layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətlərdə mövcud potensialdan səmərəli istifadə olunması hər iki ölkənin maraqlarına xidmət edir.

Milli Məclisin sədri bu səfərin Azərbaycan ilə Efiopiya arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli imkanlar açdığını qeyd edib. O, respublikamızın inkişaf yolu haqqında danışıb, Ulu Öndər Heydər Əliyevin ölkəmizin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişaf strategiyasının formalaşdırılması istiqamətində müstəsna xidmətlərini qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq mövqeyinin və nüfuzunun davamlı olaraq möhkəmləndiyini vurğulayıb.

S.Qafarova Azərbaycan ilə Efiopiya arasında dövlət başçıları səviyyəsində formalaşmış səmimi münasibətlərin və yüksəksəviyyəli qarşılıqlı təmasların ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Milli Məclisin sədri Baş nazirə, həmçinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində Azərbaycanın öz imkanları hesabına həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri barədə məlumat verib.

Söhbət zamanı mövcud parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb, müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub 

20:37
29 İyul

Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub 

20:30
29 İyul

UEFA FIFA ilə bağlı yeni bəyanat yayıb  

20:23
29 İyul

Dövlət Proqramının qalibi: Məqsədim xaricdə qazanacağım bilik və təcrübəni Azərbaycanda tətbiq etməkdir  

20:14
29 İyul

Dünya ikincisi olan güləşçi: Mənim gələcəyim qabaqdadır, ruhdan düşmək olmaz

20:07
29 İyul

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

20:00
29 İyul

Efiopiyanın Baş naziri: Azərbaycan son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb

19:55
29 İyul

Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib

19:50
29 İyul

Gender məsələləri üzrə məsul şəxslər üçün rəqəmsal bacarıqların artırılmasına dair təlim keçirilib

19:42
29 İyul

Azərbaycan Moldovada keçirilən beynəlxalq seminarda təmsil olunub

19:28
29 İyul

Gürcüstanın Baş prokuroru: Əməkdaşlıq və beynəlxalq hüquqi yardım sahəsində çox uğurlu nəticələrimiz var

19:21
29 İyul

Mütəxəssis: Müntəzəm kitab oxuyan uşaqların dərsdə daha uğurlu olduqları müşahidə edilir

19:14
29 İyul

UNODC: İnsan alverinin qurbanları arasında qadınlar və qızlar daha çoxdur

19:07
29 İyul

Fransa bu ilin birinci yarımilində məlumat sızmalarından ən çox zərər görən Avropa ölkəsi olub

19:00
29 İyul

Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçib

18:55
29 İyul

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir

18:50
29 İyul

Akademik: Vətəndaşların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi vacibdir

18:42
29 İyul

"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubuna keçib

18:35
29 İyul

Zimbabvedə təqribən 210 milyon il əvvələ aid yeni dinozavr növünün qalıqları tapılıb

18:28
29 İyul

Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar

18:21
29 İyul

Türkiyə İranla sərhəddə çəkilən divarı tamamlayır

18:14
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!