29 İyul 2026 15:07
224
SİYASƏT
A- A+
Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib

Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib


Son illərdə Orta Dəhliz yeni tranzit sazişləri, dəmir yolu əlaqələrinin genişlənməsi, Azərbaycanın bu marşrutdakı aparıcı rolu sayəsində qlobal ticarət və logistika sisteminin əsas dayaqlarından birinə çevrilib. Artıq bu dəhliz yalnız nəqliyyat və tranzit xətti deyil, Mərkəzi Asiya ilə Avropanı birləşdirən etibarlı geoiqtisadi platforma kimi çıxış edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə artan gərginlik, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) təşəbbüsü, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi fonunda Orta Dəhlizin rolu daha ön plana çıxıb.

Bu fikriləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.

O xatırladıb ki, Azərbaycan hazırda həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli və çoxtərəfli formatlarda Türk dövlətləri arasında nəqliyyat, logistika və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm işlər görür. Qazaxıstan və digər Türk dövlətləri ilə birgə Yol xəritələrinin hazırlanması, Xəzər dənizində bərə donanmasının artırılması, həmçinin Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi kimi mühüm layihələr müzakirə olunur və mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda, Orta Dəhlizin təhlükəsizliyinin təmin edilməsi və marşrutun xarici təhdidlərdən qorunması əsas prioritetlərdən biridir. Son illərdə iştirakçı ölkələr tərəfindən bu istiqamətdə bir sıra mühüm layihələr reallaşdırılıb.

“Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz Çin ilə Avropanı Mərkəzi Asiya və Azərbaycan vasitəsilə birləşdirən təhlükəsiz və sürətli ticarət yoludur. Dünyada, xüsusilə regionumuzda baş verən geosiyasi proseslər və böhranlar fonunda bu marşrutun əhəmiyyəti daha da artıb, Azərbaycan isə həmin şəbəkənin əsas logistika qovşaqlarından biri kimi çıxış edir. Ölkəmizdə rəqəmsallaşma, nəqliyyat infrastrukturunun genişləndirilməsi və yeni nəqliyyat əlaqələrinin yaradılması istiqamətlərində mühüm addımlar atılıb. Şimal marşrutu ilə müqayisədə Orta Dəhliz siyasi və coğrafi risklər baxımından daha etibarlı hesab olunur. Çindən Bakıya konteyner qatarlarının çatdırılması müddətinin 11-13 günə enməsi dəhlizin səmərəliliyinin əsas göstəricilərindən biridir. Bu, dəniz yolu ilə müqayisədə yükdaşımalarda vaxta təxminən üç dəfə qənaət etməyə imkan verir. Qlobal təchizat zəncirlərinin şaxələndirilməsi baxımından Avropa İttifaqı və beynəlxalq maliyyə qurumları da bu dəhlizi strateji prioritet kimi qiymətləndirirlər”, - deyə deputat əlavə edib.

Prezident İlham Əliyevin strateji baxışı nəticəsində Azərbaycanın Orta Dəhlizdəki rolunun daha da möhkəmləndiyini bildirən M.İbrahimqızı qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsinin ən böyük yükdaşıma mərkəzinə çevrilməkdədir. Bununla yanaşı, Azərbaycanın dəmir yolu şəbəkəsi müasir standartlara uyğun yenidən qurulub, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi başa çatdırılıb və yüklərin fasiləsiz daşınması üçün geniş imkanlar yaradılıb. Mərkəzi Asiya ilə Avropanı birləşdirən dəmir yolu, dəniz və avtomobil nəqliyyatı imkanlarının inkişafı nəticəsində Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib.

“Orta Dəhlizin inkişafında rəqəmsal inteqrasiya da mühüm rol oynayır. Vahid rəqəmsal mühitin yaradılması, "bir pəncərə" prinsipinin tətbiqi və Xəzər üzərindən e-TIR elektron tranzit prosedurlarının genişləndirilməsi yükdaşımaların operativliyini və şəffaflığını artırır. Azərbaycanın bu marşruta mühüm töhfələrindən biri də nəqliyyat xətlərinin şaxələndirilməsidir. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolunun tikintisi, həmçinin Naxçıvan istiqamətində yeni kommunikasiya xətlərinin yaradılması istiqamətində işlər davam etdirilir. Bütün bunlar göstərir ki, Orta Dəhliz təkcə nəqliyyat və tranzit marşrutu deyil, həm də regional əməkdaşlığı, iqtisadi inteqrasiyanı, sabitliyi və davamlı inkişafı təşviq edən mühüm platformadır”, - deyə o fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidmətinin rəisi Goranboyda vətəndaşların müraciətlərini dinləyib

17:00
29 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

16:55
29 İyul

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında növbəti görüş keçirilib

16:54
29 İyul

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ  

16:50
29 İyul

Ağdamda yanğın genişlənib 

16:42
29 İyul

Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib

16:35
29 İyul

AMEA ilə ICESCO-nun Bakı ofisi arasında anlaşma memorandumu hazırlanacaq

16:28
29 İyul

Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

16:23
29 İyul

Konqoda “Ebola” virusundan ölənlərin sayı 1487-yə çatıb

16:21
29 İyul

Dünya bazarında neft qiymətlərinin artım tendensiyası davam edir

16:14
29 İyul

Kiprdəki bufer zonasında BMT Baş katibinin sədrliyi ilə üçtərəfli görüş keçirilib

16:07
29 İyul

Deputat: Orta Dəhliz qlobal ticarətin təhlükəsiz inkişafına xidmət edən strateji platformadır

16:00
29 İyul

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

15:55
29 İyul

Azərbaycan ficital-idman üzrə Astanada keçirilən beynəlxalq sammitdə təmsil olunur

15:49
29 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:42
29 İyul

Fransada azyaşlılara qarşı törədilən zorakılıq cinayətləri ilə bağlı həbs olunanların sayı artıb

15:35
29 İyul

Türk ekspert: Orta Dəhliz regional turizmin inkişafına yeni imkanlar yaradır

15:28
29 İyul

Altı ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 18 faizdən çox artıb

15:21
29 İyul

Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək

15:14
29 İyul

Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib

15:07
29 İyul

Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək

15:00
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!