29 İyul 2026 08:10
580
SİYASƏT
A- A+
Azərbaycan və Özbəkistan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır

Azərbaycan və Özbəkistan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır


Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir. Tarixi, mədəni və mənəvi bağlara söykənən əlaqələr siyasi, iqtisadi və geostrateji əməkdaşlığın vacib nümunəsi kimi inkişaf edir. Dövlət başçılarının qarşılıqlı etimada əsaslanan intensiv təmasları, müntəzəm səfərləri və qəbul olunan mühüm qərarlar bu münasibətləri türk dünyasında dinamik inkişaf edən tərəfdaşlıqlardan birinə çevirib. 

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin doğum günü münasibətilə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə ünvanladığı təbrikdə də ölkələrimiz arasında formalaşmış yüksək siyasi etimad və strateji tərəfdaşlıq xüsusi qeyd olunub. Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. "Son illər qarşılıqlı dövlət səfərləri, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər və Ali Dövlətlərarası Şuranın fəaliyyəti münasibətlərin institusional əsaslarını daha da gücləndirib. Nəticədə, iki ölkə arasında əməkdaşlıq geniş sahələri əhatə edir. Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması isə əlaqələrin inkişafında tarixi mərhələ hesab olunur. Bu sənəd göstərir ki, Bakı və Daşkənd uzunmüddətli strateji maraqlarını uzlaşdıraraq regional və beynəlxalq məsələlərdə daha sıx koordinasiya etməyə hazırdır. Belə yanaşma Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın güclənməsinə də mühüm töhfə verir. Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər qardaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanır. Bizim əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək", - deyə Nigar Məmmədova əlavə edib.

Deputat qeyd edib ki, Özbəkistan Azərbaycanı özünə ən yaxın ölkələrdən biri hesab edir. Bu, Özbəkistanın dövlət başçısı Ş.Mirziyoyev tərəfindən də dəfələrlə bəyan edilib.  Ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı investisiyaların artırılması, birgə sənaye layihələrinin həyata keçirilməsi, Orta dəhliz və Trans-Xəzər nəqliyyat marşrutlarının inkişafı iki ölkənin iqtisadi maraqlarını daha da yaxınlaşdırır. 

N.Məmmədova vurğulayıb ki, Azərbaycanın logistika imkanları ilə Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi potensialının vəhdəti regionun yeni geoiqtisadi xəritəsində mühüm rol oynayır: "Yeri gəlmişkən, qardaş Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək də yüksəksəviyyəli münasibətlərin əyani ifadəsidir. Füzulidə məktəbin tikintisi, Xankəndidə fəaliyyət göstərən tikiş fabriki kimi birgə təşəbbüslər dostluğun konkret layihələrdə öz əksini tapdığını göstərir.  Azərbaycan-Özbəkistan münasibətləri həm də türk dünyasının birliyinin və həmrəyliyinin nümunələrindən biridir. Bakı ilə Daşkənd arasında artan təmaslar, yeni iqtisadi layihələr və siyasi koordinasiya bütövlükdə türk dünyasının inkişafına, regional sabitliyə və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Efiopiya Federasiya Palatasının sədri: Azərbaycan fəal parlament diplomatiyası həyata keçirir 

17:50
29 İyul

Professor: Azərbaycan həm regional, həm də daha geniş geosiyasi müstəvidə sabitlik amili kimi çıxış edir 

17:42
29 İyul

Altı ayda “AzerGold”un ixrac gəlirləri 26 faizdən çox artıb

17:35
29 İyul

İlin birinci yarısında Azərbaycanın qızıl ixracından gəliri 40 faizdən çox artıb

17:28
29 İyul

Altı ayda SOCAR-ın idarəsi 120 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

17:21
29 İyul

ABŞ Senatı Kleytonu Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiqlədi

17:14
29 İyul

Büşra Zeynep Özdemir: Azərbaycanın infrastruktur layihələri Orta Dəhlizin gələcəyini müəyyənləşdirir

17:07
29 İyul

Dövlət Xidmətinin rəisi Goranboyda vətəndaşların müraciətlərini dinləyib

17:00
29 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

16:55
29 İyul

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında növbəti görüş keçirilib

16:54
29 İyul

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ  

16:50
29 İyul

Ağdamda yanğın genişlənib 

16:42
29 İyul

Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib

16:35
29 İyul

AMEA ilə ICESCO-nun Bakı ofisi arasında anlaşma memorandumu hazırlanacaq

16:28
29 İyul

Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

16:23
29 İyul

Konqoda “Ebola” virusundan ölənlərin sayı 1487-yə çatıb

16:21
29 İyul

Dünya bazarında neft qiymətlərinin artım tendensiyası davam edir

16:14
29 İyul

Kiprdəki bufer zonasında BMT Baş katibinin sədrliyi ilə üçtərəfli görüş keçirilib

16:07
29 İyul

Deputat: Orta Dəhliz qlobal ticarətin təhlükəsiz inkişafına xidmət edən strateji platformadır

16:00
29 İyul

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

15:55
29 İyul

Azərbaycan ficital-idman üzrə Astanada keçirilən beynəlxalq sammitdə təmsil olunur

15:49
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!