29 İyul 2026 15:14
225
CƏMİYYƏT
A- A+
Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək

Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək


Süni intellektin tətbiqi hazırda həm dövlət qurumlarını, həm də özəl sektoru düşündürən əsas məsələlərdən biridir. Çünki bu texnologiya fəaliyyətin optimallaşdırılması, səmərəliliyin artırılması və iş proseslərinin sürətləndirilməsi baxımından böyük imkanlar yaradır. Bununla yanaşı, dövlət qurumlarında süni intellektin tətbiqi ilə bağlı düzgün təhlillər aparılmalı və hansı sahələrdə istifadəsinin məqsədəuyğun olduğu müəyyən edilməlidir. Çünki biz geniş fərdi məlumat bazası ilə işləyirik və bu məlumatların təhlükəsizliyi, emalı və qorunması xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29-da keçirilən brifinqdə səsləndirib.

"Hesab edirəm ki, süni intellektin Dövlət Miqrasiya Xidmətində qısa müddətdə tətbiq oluna biləcəyi əsas sahələrdən biri onlayn bələdçi və çağrı xidmətləridir. Məsələn, vətəndaş və ya əcnəbi elektron resurs üzərindən miqrasiya ilə bağlı sorğu göndərdikdə, həmin sorğuya əməkdaş deyil, süni intellekt vasitəsilə operativ və aydın şəkildə cavab təqdim oluna bilər.

Daha geniş perspektivdə isə süni intellektin miqrasiya məlumatlarının emalı, böyük həcmli məlumatların təhlili, miqrasiya proseslərinin proqnozlaşdırılması, risklərin qiymətləndirilməsi və planlaşdırma istiqamətlərində tətbiqini nəzərdən keçiririk. Bizim ixtiyarımızda böyük həcmdə məlumat bazası var və süni intellekt bu məlumatların təhlili nəticəsində mövcud tendensiyaları müəyyən etməyə, gələcək riskləri əvvəlcədən qiymətləndirməyə və qərarların qəbuluna dəstək verməyə kömək edə bilər.

Bu gün üçün əsas prioritet hesab etdiyimiz istiqamətlər məhz bunlardır. Eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu sahəyə cavabdeh olan digər qurumlarla da sıx əməkdaşlıq edirik.

Nəzərə almaq lazımdır ki, bu texnologiyanın tətbiqi ciddi resurslar tələb edir. Buraya müvafiq texniki infrastrukturun yaradılması, avadanlıqların təmin edilməsi, bu sahədə çalışan mütəxəssislərin hazırlığı, eləcə də süni intellektin hansı istiqamətlərdə təhlükəsiz və məqsədəuyğun şəkildə tətbiq ediləcəyinin müəyyənləşdirilməsi daxildir.

Bununla belə, hesab edirəm ki, süni intellektin tətbiqi həm əcnəbilər, həm də xidmətlərimizdən istifadə edən bütün şəxslər üçün əhəmiyyətli rahatlıq yaradacaq. Artıq bu gün insanlar süni intellekt alətlərindən istifadə etməklə bir çox suallarına qısa müddətdə cavab tapa bilirlər. Mən özüm də fəaliyyət sahəmizlə bağlı müxtəlif suallar verir və görürəm ki, təqdim olunan məlumatlar kifayət qədər əsaslıdır, etibarlı mənbələrə istinad edir.

İnanıram ki, bu gün 27 elektron xidmətimizin uğurla fəaliyyət göstərməsindən və istifadəçi sayının davamlı artmasından məmnunluqla danışdığımız kimi, yaxın gələcəkdə süni intellekt alətlərinin də fəaliyyətimizdə geniş tətbiqi eyni dərəcədə təbii və uğurlu bir prosesə çevriləcək", - deyə V. Hüseynov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidmətinin rəisi Goranboyda vətəndaşların müraciətlərini dinləyib

17:00
29 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

16:55
29 İyul

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında növbəti görüş keçirilib

16:54
29 İyul

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ  

16:50
29 İyul

Ağdamda yanğın genişlənib 

16:42
29 İyul

Azərbaycan Qazaxıstanla tərəfdaşlığın prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib

16:35
29 İyul

AMEA ilə ICESCO-nun Bakı ofisi arasında anlaşma memorandumu hazırlanacaq

16:28
29 İyul

Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

16:23
29 İyul

Konqoda “Ebola” virusundan ölənlərin sayı 1487-yə çatıb

16:21
29 İyul

Dünya bazarında neft qiymətlərinin artım tendensiyası davam edir

16:14
29 İyul

Kiprdəki bufer zonasında BMT Baş katibinin sədrliyi ilə üçtərəfli görüş keçirilib

16:07
29 İyul

Deputat: Orta Dəhliz qlobal ticarətin təhlükəsiz inkişafına xidmət edən strateji platformadır

16:00
29 İyul

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

15:55
29 İyul

Azərbaycan ficital-idman üzrə Astanada keçirilən beynəlxalq sammitdə təmsil olunur

15:49
29 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:42
29 İyul

Fransada azyaşlılara qarşı törədilən zorakılıq cinayətləri ilə bağlı həbs olunanların sayı artıb

15:35
29 İyul

Türk ekspert: Orta Dəhliz regional turizmin inkişafına yeni imkanlar yaradır

15:28
29 İyul

Altı ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 18 faizdən çox artıb

15:21
29 İyul

Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək

15:14
29 İyul

Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib

15:07
29 İyul

Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək

15:00
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!