29 İyul 2026 19:28
207
İQTİSADİYYAT
A- A+
Azərbaycan Moldovada keçirilən beynəlxalq seminarda təmsil olunub

Azərbaycan Moldovada keçirilən beynəlxalq seminarda təmsil olunub


Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi yanında fəaliyyət göstərən Üzüm və Şərab üzrə Milli Ofisin təşkilatçılığı ilə Kişineu şəhərində “Üzüm tingçiliyində adaptasiya üçün texnoloji həllər - şərab sektorunun dayanıqlılığı və iqlim dəyişikliklərinə davamlılığı üçün strateji amil” mövzusunda beynəlxalq seminar keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov və İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Aynurə Quliyeva təmsil edib.

Seminar Moldova, Azərbaycan, Serbiya, Ukrayna və digər ölkələrdən dövlət qurumlarının nümayəndələrini, alimləri, beynəlxalq ekspertləri, üzüm tingi istehsalçılarını, tingçilik təsərrüfatlarını və şərabçılıq sektoru nümayəndələrini bir araya gətirib. Tədbirdə üzüm tingçiliyinin inkişafı, sertifikatlı əkin materialının istehsalı, iqlim dəyişikliklərinə adaptasiya və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Seminarda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ölkəmizdə üzümçülük və tingçilik sahəsində həyata keçirilən elmi-tədqiqat işlərini əks etdirən təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycanın zəngin üzüm genofondu, yerli üzüm sortlarının ampeloqrafik və molekulyar identifikasiyası, iqlim dəyişikliklərinə adaptasiya istiqamətində aparılan tədqiqatlar, müasir tingçilik sistemlərinin inkişafı, sertifikatlı əkin materialı istehsalı, beynəlxalq əməkdaşlıq layihələri və innovativ yanaşmalar barədə ətraflı məlumat verilib.

Azərbaycanın bu sahədə əldə etdiyi elmi nəticələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Müzakirələr zamanı molekulyar-bioloji tədqiqatlar, ampeloqrafik və genetik analizlər, sertifikatlı ting istehsalı, beynəlxalq elmi layihələr, birgə elmi məqalələrin hazırlanması və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Seminar beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması və Azərbaycanın üzümçülük və şərabçılıq sahəsində əldə etdiyi elmi nailiyyətlərinin beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub 

20:37
29 İyul

Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub 

20:30
29 İyul

UEFA FIFA ilə bağlı yeni bəyanat yayıb  

20:23
29 İyul

Dövlət Proqramının qalibi: Məqsədim xaricdə qazanacağım bilik və təcrübəni Azərbaycanda tətbiq etməkdir  

20:14
29 İyul

Dünya ikincisi olan güləşçi: Mənim gələcəyim qabaqdadır, ruhdan düşmək olmaz

20:07
29 İyul

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

20:00
29 İyul

Efiopiyanın Baş naziri: Azərbaycan son illərdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb

19:55
29 İyul

Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib

19:50
29 İyul

Gender məsələləri üzrə məsul şəxslər üçün rəqəmsal bacarıqların artırılmasına dair təlim keçirilib

19:42
29 İyul

Azərbaycan Moldovada keçirilən beynəlxalq seminarda təmsil olunub

19:28
29 İyul

Gürcüstanın Baş prokuroru: Əməkdaşlıq və beynəlxalq hüquqi yardım sahəsində çox uğurlu nəticələrimiz var

19:21
29 İyul

Mütəxəssis: Müntəzəm kitab oxuyan uşaqların dərsdə daha uğurlu olduqları müşahidə edilir

19:14
29 İyul

UNODC: İnsan alverinin qurbanları arasında qadınlar və qızlar daha çoxdur

19:07
29 İyul

Fransa bu ilin birinci yarımilində məlumat sızmalarından ən çox zərər görən Avropa ölkəsi olub

19:00
29 İyul

Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçib

18:55
29 İyul

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir

18:50
29 İyul

Akademik: Vətəndaşların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi vacibdir

18:42
29 İyul

"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubuna keçib

18:35
29 İyul

Zimbabvedə təqribən 210 milyon il əvvələ aid yeni dinozavr növünün qalıqları tapılıb

18:28
29 İyul

Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar

18:21
29 İyul

Türkiyə İranla sərhəddə çəkilən divarı tamamlayır

18:14
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!