24 Noyabr 2024 08:10
106
İQTİSADİYYAT
A- A+
COP29 energetiklər üçün də səmərəli oldu

COP29 energetiklər üçün də səmərəli oldu


"Azərenerji" ASC qlobal iqlim konfransında beynəlxalq əlaqələrini daha da genişləndirdi


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini başa vurdu. Bakı Olimpiya Stadionunda 196 ölkənin nümayəndələri COP29 çərçivəsində dünyamızın yaşıllaşması yolunda həmrəy oldular. COP29-un "yaşıl zona"sında yaradılan yerli və xarici ölkə pavilyonlarındakı panel yığıncaqlarında müzakirə olunan məsələlər iqlim dəyişmələri, ətraf mühitin qorunması kimi mövzularla yaddaşlarda qaldı.

COP29 çərçivəsində "Azərenerji" və "Azərişıq" "yaşıl zona"da geniş pavilyonla təmsil olunurdu. Burada ziyarətçilərə maketlər və hazırlanan təqdimatlar üzərindən geniş məlumatlar verilməklə yanaşı,  tanıtım bukletləri və kataloqlar da paylanırdı. "Azərenerji" tərəfindən görülən dekarbonizasiya tədbirləri, "yaşıl enerji zonası" elan edilən Qarabağ və Şərqi Zəngəzurda 4 ildən az müddətdə ümumi gücü 270 meqavat olan 32 su-elektrik stansiyasının tikilməsi ilə bağlı verilən məlumatlar qonaqların geniş marağına səbəb olurdu.

Pavilyonda daha çox diqqət çəkən Qarabağ və Şərqi Zəngəzurun xəritəsi idi. Xəritənin  COP29-da nümayiş olunmasının səbəbini "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin  "Yaşıl enerji" kafedrasının  müdiri Aysel Həmidova belə söylədi: "Məlumdur ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji zonası" elan edib. Qarşıdakı illərdə bu ərazi tamamilə su, külək və günəş-elektrik stansiyalarından alınan enerji ilə təmin olunacaq. Bu gün ölkəmizdə bərpaolunan enerjinin potensialı 20 faizdən bir az çoxdur. 2030-cu ilə kimi bu potensialı 30 faizə çatdırmaq nəzərdə tutulur. Hazırda Qarabağ regionunda ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyasında "yaşıl enerji" istehsal edilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda "yaşıl enerji" layihələri iqlim dəyişmələrinə qarşı mübarizədə əhəmiyyətli rol oynayır".

Qeyd edək ki, ötən iki həftədə "Azərenerji" və "Azərişıq" ASC-lərin çoxlu sayda təqdimat mərasimləri keçirilib. Tədbirlərdə əsasən ekologiyaya müsbət töhfə verən texnologiyaların tətbiqi ilə innovativ yanaşmalar nümayiş olunub. Elektrik xətlərinin və yanacaqdoldurma məntəqələrinin monitorinqi, eləcə də günəş panellərinin yarımstansiyalar üzərində quraşdırılması prosesini "Azərişıq", istehsalla bağlı məsələləri isə "Azərenerji" təqdim edib. "Yaşıl zona"da beynəlxalq enerji şirkətlərinin rəhbərləri ilə bir neçə görüş keçirən "Azərenerji" tərəfindən 6 tədbir, 5 imzalanma mərasimi baş tutub. 

Tədbirin ikinci günü Səudiyyə Elektrik Şirkətinin başçısı  Xalid Əl Hamidi ilə "Azərenerji" ASC-nin rəhbəri Baba Rzayev arasında  imzalanan  anlaşma memorandumu COP29 çərçivəsində hazırlanmış mühüm hadisə idi. Bu sənəd əsasən bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası, elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsini əhatə edir. 

Elə həmin gün "Azərenerji" və  "GE Vernova" şirkəti arasında imzalanan müqavilə də bu qəbildən olan tədbirlər sırasındadır. Aysel Həmidova dedi ki, tədbirin əsas mövzusu "GE Vernova" şirkəti tərəfindən "Azərenerji" ASC-nin  Şirvan şəhərində yerləşən "Cənub" Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100 faiz hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi idi. 

Söhbət zamanı Aysel Həmidova "yaşıl zona"da baş tutan daha bir tədbir haqqında fikirlərini bölüşdü: "Azərenerji"nin rəhbəri Baba Rzayevlə Çinin "Dongfang Electric Corporation" (DEC) şirkətinin rəhbərliyi araşında görüş olub. DEC Beynəlxalq Korporasiyasının vitse-prezidenti Li Jianhua, şirkətin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti Wang Ai və şirkətin Mingeçevirdə tikilən 1280 MVt-lıq yeni elektrik stansiyası üzrə layihə meneceri Li Qinin iştirakı ilə keçirilən görüşdə bu gün reallaşdırılan layihələr və əməkdaşlığın gələcək perspektivləri, "yaşıl enerji"yə keçid və enerji effektivliyi mövzusunda müzakirələr aparılıb. Bir gün sonra  "Schneider Electric" şirkətinin beynəlxalq əməliyyatlar üzrə icraçı vitse-prezidenti Maniş Pant, şirkətin Türkiyə və Mərkəzi Asiya üzrə prezidenti İsmayıl Yamangilin  "Azərenerji" ASC-nin pavilyonunu ziyarət edərək Baba Rzayevlə görüşünü də qeyd etməsəm olmaz. Görüşdə mövcud əlaqələr və perspektiv layihələr ətrafında müzakirələr aparılıb. Sonda  "Schneider Electric" və "Azərenerji" ASC arasında bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası, enerji monitorinqi, planlaşdırma və digər sahələri əhatə edən anlaşma memorandumu imzalanıb". 

Ekoloji problemlərin planetdə yaratdığı təhlükələrin qarşısının alınması yolları, eləcə də "yaşıl enerji" ilə bağlı mövzular  dünya dövlətlərini narahat edən məsələlər olduğu üçün COP29-un fəaliyyət gündəliyində daha qabarıq yer almışdı. Bu baxımdan Azərbaycanın  energetika sektorunu COP29-da təmsil edən "Azərenerji" iki həftə ərzində işini "dolu-dolu" başa vurdu, xüsusilə də beynəlxalq əlaqələrini genişləndirmək fürsətini qaçırmadı. İtaliyanın "Ansaldo Energia" şirkəti ilə imzalanan sənəd daha böyük əhəmiyyət kəsb etdiyi üçün bu faktı qeyd etməyi də lazım bilirik. "Azərenerji" ilə "Ansaldo Energia" arasında dekarbonizasiya, kadr hazırlığı, karbontutma, "yaşıl hidrogen", kiçik modul reaktorları və başqa istiqamətləri əhatə edən anlaşma memorandumu bərpaolunan enerji keçidinə mühüm töhfə verəcək. 

Daha sonra hər iki şirkətə "SOCAR Trading" də qoşulub və tərəflər arasında karbon kreditlərinə dair üçtərəfli sənəd imzalanıb. Sənədə əsasən, "Ansaldo Energia" şirkəti Kəlbəcər rayonunda "Azərenerji" tərəfindən tikilərək istismara verilən "Çıraq-1", "Çıraq-2", "Soyuqbulaq", "Qamışlı" və "Meydan" kiçik su-elektrik stansiyalarında istehsal edilən sıfır emissiyalı elektrik enerjisi üzrə gələcəkdə yaradılacaq karbon kreditlərini almaq niyyətini təsdiqləyib. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

COP29 və "yaşıl enerji" ixracı

08:20
24 Noyabr

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

08:15
24 Noyabr

COP29 energetiklər üçün də səmərəli oldu

08:10
24 Noyabr

COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

08:05
24 Noyabr

COP-ların Azərbaycan zirvəsi

08:00
24 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib

05:49
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!