20 Noyabr 2024 08:15
428
CƏMİYYƏT
A- A+
İlham Əliyevin “yaşıl Ağdam"ı

İlham Əliyevin “yaşıl Ağdam"ı


Şəhər gününü qeyd edən Qarabağın dilbər güşəsi Azərbaycan Prezidentinin "yaşıl prioritet"lərinə uyğun qurulur


Son 20 gündə BMT-nin COP29 sammitinə qucaq açan Azərbaycan möhtəşəm evsahibliyi ilə bir daha dünyanın diqqətini özünə cəlb etdi. Bəşəriyyətin qlobal problemləri Bakıda müzakirə olundu və Azərbaycan dünyaya özünün "yaşıl gündəliy"ini təqdim etdi. 

Prezident İlham Əliyev dünyanın 196 ölkəsindən gələn 72 min qonağın qarşısında çıxış edərək Azərbaycanın "yaşıl dünya" naminə həyata keçirdiyi layihələri və ölkəmizin bu sahədəki mövcud imkanlarını dəyərləndirdi. Dünya Azərbaycanın ənənəvi enerji ilə yanaşı, "yaşıl enerji" imkanlarına şahidlik etdi. Bu tarixi hadisə Azərbaycan gerçəkliyinin təqdimatı və onun beynəlxalq aləmdə gücünün, qüdrətinin göstəricisi oldu.

İlham Əliyev ölkəmizə gələn qonaqlara işğaldan azad edilən ərazilərimizin "yaşıl enerji" potensialını təqdim edərək Azərbaycanın gələcək əməkdaşlıqlara açıq olduğunu bəyan etdi. 

Hazırda Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" imkanları kifayət qədərdir. Prezident İlham Əliyev bütün iri şəhərləri, qəsəbələri, kəndləri müasir dövrün tələblərinə uyğun yenidən qurur. 

Həmin şəhərlərimizdən biri də bu gün - noyabrın 20-də azadlığının təntənə gününü qeyd edən Ağdamdır. O Ağdam ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl Sərkərdə və diplomat məharəti, prinsipiallığı, dəmir iradəsi ilə bir güllə atılmadan düşməndən geri alınıb. 27 ildən sonra Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı sayılan Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Bu gün isə Ağdamın işğaldan azad olunmasının dördüncü ilini böyük sevinc və qürur hissi ilə bayram edirik. 

İlham Əliyevin bir güllə atılmadan azad etdiyi rayon inkişaf və quruculuğun yeni ünvanına çevrilib.


Ən çox şəhid verən, ən çox küçə döyüşləri aparılan rayon 

 

1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam işğaldan azad ediləndə viranəyə çevrilmiş xarabalıqları xatırladırdı. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırmışlar.

27 il işğalın ağrı-acısı ilə yaşadıq. Hər il o qara günü ürək ağrısı ilə yada saldıq. Ağdam I Qarabağ müharibəsi zamanı hadisələrin episentri idi.  İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonunun 77,4 faizi ermənilərin əlinə keçmişdi. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri darmadağın etmişdilər. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüşdü, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəymişdi. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu və sair olub. 

Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam I Qarabağ müharibəsində 6 mindən çox şəhid verən rayondur. Ağdam hər zaman düşmənə gözdağı olub.


23 iyul - işğal tarixi arxivə getdi, 20 Noyabr - Ağdam Şəhəri Günüdür


27 il bu təqvim günündə təkcə ağdamlıların deyil, bütün xalqımızın qəlbi qan ağladı, nisgilliklə, qəmli notlarla o günləri yada salıb ağrı-acılı tarixi xatırlamaq məcburiyyətində qaldıq. Bütün  anım mərasimlərində bir arzumuz var idi - torpaqlarımız işğaldan azad edilsin, o günlər tarixə qovuşsun, yalnız zəfər günlərimizi böyük təmtəraqla qeyd edək. Və o gün gəldi. Bu gün ağdamlılar üçün 23 iyul işğal tarixi yox, 20 noyabr Ağdamın Zəfər bayramı günü var. 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olub.

Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə düşmənin bir güllə atılmadan geri qaytardığı Ağdam indi yenidən quruculuğun baş meydanına çevrilib.

Dörd il öncə  İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda dediyim kimi, əhali baxımından ən böyük rayondur".


Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır


Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır. 

2021-ci il mayın 28-də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş baş plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Ağdamda 3 kənddə  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Digər kəndlər üzrə isə layihələndirmə işləri aparılır.


Dörd ildə Ağdama 9 səfər

 

İşğaldan azad edildikdən sona Prezident İlham Əliyev Ağdama 9 dəfə səfər edib - 2020-ci il 23 noyabr; 2021-ci il 28 may; 2022-ci il 13 fevral; 2022-ci il 4-5 oktyabr; 2023-cü il 15 oktyabr; 2023-cü il 24 dekabr; 2024-cü il 25 aprel; 2024-cü il 28 may; 2024-cü il 19 sentyabr. 

Bu tarixlərdə gerçəkləşən səfərlərin hər birində çox mühüm tarixi hadisələr yaşanıb. Prezident yeni-yeni layihələrin təməlini qoyub, açılışlar edib və rayon ictimaiyyəti ilə görüşərək Ağdamın gələcək ağ günlərindən söz açıb.  

Qalib Sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən İlham Əliyev 27 ildən sonra şəhərdə Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısı Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam məscidinə bağışladı. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidində dua etdilər. Prezident Ağdam məscidinin qarşısında çıxış edərək erməni vandalizmini bir daha dünyaya nümayiş etdirdi və Ağdamın yenidən cənnətməkana çevriləcəyini bildirdi.  

Növbəti səfər isə 2021-ci il, 28 May Müstəqillik Gününə təsadüf etdi. Bu səfər zamanı  Prezidentin iştirakı ilə Ağdam şəhərinin bərpasının təməl daşı qoyuldu. Şəhərin baş planı təqdim edildi. 

Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada "ağıllı" və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Hazırda 5 kvartaldan ibarət yaşayış massivinin tikintisinə başlanılması üçün hazırlıq işləri görülür. Bu yaşayış massivində hər kvartalda altımərtəbəli olmaqla, 6 yaşayış binasının tikilməsi nəzərdə tutulur. Yaşayış massivində, həmçinin hotelin və bir parkın inşa edilməsi layihələndirilir.

Ağdam şəhərində 15 məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdam şəhərinin nəqliyyat infrastrukturu da əhalinin rahatlığı üçün hesablanıb. Belə ki, küçələrdə piyada, velosiped və ictimai nəqliyyat üçün zolaqlar, eləcə də elektriklə işləyən tramvay xətlərinin salınması nəzərdə tutulub.

Şəhərin yaşıllaşdırılmasına xüsusi diqqət yetiriləcək. Belə ki, burada 4 böyük meşə sahəsi, 23 ədəd şəhər parkı salınacaq. Ümumilikdə şəhərin ərazisinin 20 faizi yaşıllıqla təmin olunacaq. Bu yaşıllıq həm şəhərin ekologiyasına, həm də gözəlliyinə töhfə verəcək. Şəhərin içərisində - su kanalının keçəcəyi ərazidə artıq meşə parkı salınıb.

Yeni salınan yaşayış kompleksləri ilə yanaşı, Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya - şəhər meydanı, Botanika bağı, çəmənlik və meşəlik zonalarına ayrılacaq. Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. 


İlham Əliyev dünya ölkələrinə örnək olacaq Ağdam qurur


Bu gün Ağdam həqiqətən də cənnətməkana çevrilməkdədir. 2021-ci il mayın 28-i, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun" fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda əvvəlkindən də  gözəl rayona çevriləcəyinin nidası oldu. 

Ağdamın strateji əhəmiyyəti, eləcə də acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq məhz buradan başlanması zərurətini yaradırdı. Bu səbəbdən də ilk baş planı təsdiqlənən şəhər də Ağdam oldu. Bir il öncə Prezident şəhərin Baş planına uyğun çox mühüm sosial-iqtisadi infrastrukturların təməlini qoydu. 

Artıq azad edilmiş elə bir ərazi yoxdur ki, orada bu və ya digər formada abadlıq-quruculuq işləri həyata keçirilməsin. İşğaldan azad edilmiş ərazilərdə 15 yol-nəqliyyat infrastrukturunun, digər kommunikasiya xətlərinin salınması, Füzuli və Zəngilan Beynəlxalq aeroportlarının qısa müddətdə tikilib istifadəyə verilməsi, hazırda Laçında  aeroportun tikintisinin davam etdirilməsi, elektrik yarımstansiyalarının istifadəyə verilməsi, su xətlərinin çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulmasına başlanılması, Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşan layihələr misli görünməmiş quruculuq işləridir desək, yanılmarıq. 

Onu da vurğulayaq ki, yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük yaşayış məskəninə çevriləcək. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"


Bakı-Ağdam-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında

02:10
22 Noyabr

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:08
22 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

02:07
22 Noyabr

“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1177-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:06
22 Noyabr

“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:04
22 Noyabr

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması QAYDASI

02:03
22 Noyabr

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:02
22 Noyabr

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib  

23:07
21 Noyabr

 Yeni “Wrangler” nümayiş olunub   

23:03
21 Noyabr

“Jaguar”ın yeni loqotipi təqdim edilib

23:00
21 Noyabr

“Messenger”də yeni funksiyalar təqdim edilib

22:48
21 Noyabr

Braziliya rəsmisi: Meşələrin qorunması yalnız milli maraq deyil, qlobal məsuliyyətdir  

22:45
21 Noyabr

YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 42-ci iclasında iştirak edib  

22:39
21 Noyabr

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə edilib  

22:38
21 Noyabr

COP29-da Ermənistanın ərazilərimizdə törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filminin təqdimatı olub  

22:36
21 Noyabr

COP29-un hindistanlı iştirakçısı: Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır  

22:34
21 Noyabr

Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə görüşüb  

22:33
21 Noyabr

Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib  

22:31
21 Noyabr

Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq, Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu VİDEO  

22:25
21 Noyabr

COP29 çərçivəsində Dəyirmi Masada SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb  

22:22
21 Noyabr

Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirib

22:03
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!