"Azərbaycan" qəzetinin 7 sentyabr 2024-cü il tarixli sayında dərc edilmiş "Tarixi mədəniyyət abidələrimizi göz bəbəyimiz kimi qorumalıyıq" sərlövhəli yazıda Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisindəki 4483 nömrəli bağ sahəsinin cənub-qərbində,
35-ci dalanın sonunda yerləşən tarixi qəbirlər, qədim yaşayış yeri və kurqanların dağıdılması barədə redaksiyanızın müraciətinə aidiyyəti üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır.
Sözügedən əraziyə baxış keçirilmiş, qəbir daşlarından təxminən 40-50 metr kənarda yerləşən və 1,3 metr dərinlikdə 6 kvadratmetrlik sahənin qazıldığı müəyyən edilmişdir. Ərazinin qorunmasının təmin edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmışdır.
Qeyd edək ki, sözügedən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə edilən daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında yer almamışdır. Eyni zamanda həmin siyahıya daxil edilməsi üçün ərazidə yerləşən tarixi, arxeoloji əhəmiyyət kəsb edən obyektlər qeydə alınıb və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Səbinə HACIYEVA,
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb
Ukrayna ordusunda kosmik qüvvələr yaradılır
Azərbaycanda Ramazan bayramıdır
ABŞ-da təyyarə yaşayış binasına düşüb
Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib
Premyer Liqa: “Neftçi” və “Sumqayıt”ın oyunları heç-heçə ilə yekunlaşıb
Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib
Azərbaycan mütəxəssisləri Qazaxıstanda robot texnikası üzrə məharətlərini nümayiş etdirir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!