22 Noyabr 2024 22:40
170
İQTİSADİYYAT
A- A+
Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük  

Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük  

Bakıda keçirilən COP29 Liderlər Zirvəsində ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinin qorxuducu həddə çatdığını bir daha yaxından gördük. Ötən əsrdə bir damla nefti, axan insan qanından daha dəyərli sayan materialist zehniyyət dünyamızın çox əzab çəkməsinə səbəb oldu. Afrikadan Asiya, Latın Amerikasına qədər getdiyimiz hər bölgədə gözünü pul, qızıl və gümüş bürümüş anlayışın arxasında qoyduğu dərin ağrılara rast gəlirik. Müstəmləkəçilər yalnız insanları qətlə yetirmədilər. Onlar milyonlarla məsum insanla bərabər, böyük bir ətraf mühit qətliamı da törətdilər. “Yeddi bacı” adı ilə tanınan neft şirkətlərinin I Dünya müharibəsi başda olmaqla, son əsrdə bəşəriyyətin üzləşdiyi bir çox müharibə, çevriliş, münaqişə və qətliamda əlləri olduğu məlum bir həqiqətdir. Diktatorlar, çevrilişçilər və zülmkarlar tərəfindən enerji mənbələri idarə edilərkən, insan həyatı, azadlıqlar və ədalət heç sayıldı. XXI əsrdə istismara və tamaha əsaslanan bu amansız sistemin davam etməsi mümkün deyil. İnsana və ətraf mühitə lazım olan dəyər verilmədən, dünyada sülh və əmin-amanlıq təmin oluna bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Enerji, nəqliyyat və rabitənin, xüsusilə birlikdə inkişafın lokomotivi olduğunu vurğulayan Ərdoğan kifayət qədər keyfiyyətli və təmiz enerjinin uyğun qiymətlərlə kəsintisiz təmin edilməsinin bütün ölkələr üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb.

“Yaxın tarixdə bölgəmizdə baş verən böhranlar, enerji təchizatı təhlükəsizliyinin ölkə iqtisadiyyatları üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini bir daha xatırlatmışdır. Rusiya-Ukrayna arasında mininci gününü geridə qoyan müharibə, xüsusilə enerji sahəsində xarici asılılığın risklərini göstərdi. Türkiyə müharibə edən hər iki tərəflə qurduğu balanslı əlaqələr sayəsində bu çətin dövrü ən rahat keçirən ölkələrdən biri oldu. Bunun əksinə, avropalı dostlarımız müharibənin yaratdığı enerji böhranını birbaşa hiss etdi və çox ciddi çətinliklərlə üzləşdilər”, - deyə Türkiyə Prezidenti bildirib və əlavə edib ki, hər nə qədər bu gün enerji təchizatında bir böhran yaşanmasa da, bu sahədə təhlükəsizliyin təminatına hər zaman hazır olmaq vacibdir. Türkiyə enerji siyasətini bu anlayışla, təbiətə zərər verməmək üzərində qurub.

Ölkəsinin təbii ehtiyatları və enerji sahəsi üzrə ötən ilin statistik rəqəmlərinə toxunan Prezident Ərdoğan deyib: “2023-cü ildə xam neft və neft məhsulları idxalımız 49 milyon tona, təbii qaz idxalı isə 50 milyard kubmetrə çatıb. Bütün bu resurslar üçün ödədiyimiz məbləğ təxminən 70 milyard dollar təşkil edir. Türkiyə son 20 ildə il ərzində orta hesabla 5,4 faiz artım əldə edib. Gələcək dövrdə də böyüməyə davam edəcəyik. Mədən sektorunun ümumi daxili məhsuldakı payını 4 dəfə artıraraq 2023-cü ildə 270 milyard lirəyə çatdırdıq. Son 22 ildə mədən ixracatımız 7 dəfə artaraq 5,7 milyard dollara yüksəldi. Biz dünya bor ehtiyatlarının 73 faizinə sahibik. Bu sahədə 60 faizdən çox bazar payı ilə qlobal miqyasda liderliyimizi qoruyuruq. Qızıl mədənində yalnız ölkəmizdə deyil, xaricdə də axtarış fəaliyyətləri aparırıq. Niğdədəki qızıl sahələrindən birində 2025-ci ildə istehsala başlamağı planlaşdırırıq. Sakarya Qaz Sahəsində gündəlik istehsalımız 7 milyon kubmetrə çatdı. Digər sahələrimizlə birlikdə ümumi daxili istehsalımızı gündəlik 8 milyon kubmetrə yüksəltdik. 2026-cı ildə gündəlik istehsalımızı 20 milyon kubmetrə çatdıracağıq”.

Çıxışında Türkiyənin dünyada ədalətsizliklə ən çox mübarizə aparan ölkələrdən olduğunu, enerji istismarının da bu ədalətsizliyin bir parçası olduğunu qeyd edən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə enerjidə xarici asılılığı azaltmaq, mənbə müxtəlifliyini artırmaq, enerji mərkəzinə çevrilmək, enerji təhlükəsizliyinin təmini, böyük ölçüdə öz mənbələrindən istifadə, bərpaolunan enerjidə qabaqcıl ölkələrdən olmaq və təhlükəsiz şəkildə nüvə enerji mənbəyinə çatmaq istiqamətində nəhəng addımlar atıb.

Tədbirdə çıxış edən energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin 2035-ci ilədək bugünkü külək və günəş enerjisindəki mövcud gücünü dörd dəfə artırmağı hədəflədiyini deyib.

Xatırladaq ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.T.Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında

02:11
23 Noyabr

"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

02:10
23 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:10
23 Noyabr

"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə

02:08
23 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

02:05
23 Noyabr

Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası”nın təsdiq edilməsi haqqında

02:03
23 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:02
23 Noyabr

Qazaxıstan COP29-da karbon neytrallığına nail olmaq planlarını təqdim edib  

23:05
22 Noyabr

“COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı olub  

23:03
22 Noyabr

Qubada lll İdman Festivalının təntənəli açılış mərasimi olub YENİLƏNİB 

23:01
22 Noyabr

Xankəndi şəhərində ilk solo konsert keçirilib

22:59
22 Noyabr

Eduardo Reyes: Ümid edirəm ki, biz COP29-da meşələr üzrə mühüm razılıq əldə edəcəyik VİDEO  

22:57
22 Noyabr

COP29-un pakistanlı iştirakçısı: İqlim dəyişikliyinə görə hava şəraitinin ekstremal dəyişməsi müşahidə olunur  

22:56
22 Noyabr

Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb  

22:55
22 Noyabr

Çində keçirilən Dünya İnternet Konfransında Azərbaycanın yaşıl inkişafından danışılıb  

22:49
22 Noyabr

Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük  

22:40
22 Noyabr

COP29-un nigeriyalı ekofəalı: Gənclər iqlim prosesində qərarların verilməsində iştirak etməlidirlər VİDEO

22:03
22 Noyabr

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək  

21:41
22 Noyabr

Keniyalı mütəxəssis: COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verir  

21:36
22 Noyabr

Steysi Çesok: Azərbaycan COP29 konfransının təşkilində yüksəksəviyyəli yanaşma nümayiş etdirir

21:12
22 Noyabr

Novelli Ottavio: COP29 əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq üçün yaxşı platformadır  

20:51
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!