22 Sentyabr 2023 11:57
595
DÜNYA
A- A+
BMT-nin Baş katibi: Bəşəriyyət artıq “cəhənnəmin qapılarını” açıb  

BMT-nin Baş katibi: Bəşəriyyət artıq “cəhənnəmin qapılarını” açıb  

 

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə hərəkətləri problemin miqyasına görə cılızdır: bəşəriyyət artıq “cəhənnəmin qapılarını açıb” və “təhlükəli və qeyri-sabit dünyaya” doğru irəliləyir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Baş katibin sözlərinə görə, heç nə dəyişməsə, dünya 2,8 dərəcə Selsi temperatur artımına yaxınlaşacaq. O əlavə edib: “Dəhşətli istilər dünyaya fəlakətli təsir göstərir. İndi insanlar qorxu içində sel və daşqınların pərişan fermerlərin məhsulunu məhv etdiyini, isti temperaturun xəstəliklər törətdiyini və tarixi yanğınların meşələri yandırıb kül etdiyini izləyirlər”.

Antonio Quterreş qazıntı yanacaqlarından milyardlar qazananların xəsisliyi ucbatından itirilmiş vaxtı kompensasiya etməyə çağırıb. O, təklif edib ki, bu yanacaq növlərindən ən çox faydalanan ölkələr emissiyaları azaltmaq üçün daha çox iş görsünlər.

Ötən ilin noyabrında Quterreş bildirmişdi ki, son səkkiz il tarixdə ən isti il olub. Onun sözlərinə görə, iqlim dəyişikliyi ildırım sürəti ilə baş verir və planetimiz “fəlakət siqnalı göndərir”. “Bəşəriyyət cəhənnəm iqliminə aparan yolda addımlayır”, -deyə Baş katib vurğulayıb.

Bu il martın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli Quterreşin “bəşəriyyətin sağ qalması üçün bələdçi” adlandırdığı hesabatında qlobal istiləşmənin sənaye dövründən əvvəlki dövrlərlə müqayisədə 1,5 dərəcə Selsi səviyyəsində qalmasının daha çətin olduğunu bildirib. Bunun səbəbi son illərdə istixana qazı emissiyalarının davamlı artmasıdır. Hesabatın müəllifləri istixana qazları tullantılarının azaldılması və planetin antropogen iqlim dəyişikliyinə mümkün qədər tez uyğunlaşdırılması üçün tədbirlər görməyə çağırıblar.

Bununla belə, “Exxon Mobil” neft şirkətinin illik proqnozunda bildirilir ki, istixana qazı emissiyalarının azaldılması səyləri 2050-ci ilə qədər qlobal temperatur artımını 2 dərəcədən aşağı salmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!