28 Sentyabr 2025 09:55
19739
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Mülkiyyətimdə olan torpağı barter yolu ilə dostuma məxsus torpaqla dəyişmək istəyirəm. Sonra həmin torpağı bacıma hədiyyə etməyi düşünürəm. Bu hallarda məndən vergi tutulacaqmı?


Həsən ƏHMƏDOV,

Bakı şəhəri


- Azərbaycan Respublikasının Mülki və Vergi məcəllələrinə əsasən, tərəflər arasında əmlakların dəyişdirilməsi mümkündür və bu alqı-satqı müqaviləsi formasında rəsmiləşdirilir. Bu halda hər iki tərəf  həm satıcı, həm də alıcı qismində çıxış edir. Əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, dəyişdirilən daşınmaz əmlakların bazar qiyməti arasında fərqin müəyyən edilməsi və tərəflərin vergi öhdəliklərinin müəyyənləşdirilməsi məqsədilə həmin əmlakın qiymətləndirilməsi aparılır. Bu əməliyyatın həyata keçirilməsi üçün aşağıda sadalanan sənədlər lazım olacaq:


* əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, 

* əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış,

* mülkiyyətçi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi, 

* əmlakın dəyişdirilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı, yaşayış yeri üzrə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin  notariat qaydasında təsdiq edilmiş razılığı.

Sualınızın ikinci hissəsinə gəldikdə isə qeyd olunmalıdır ki, bacınıza bağışlayacağınız əmlakla bağlı sizin hər hansı vergi öhdəliyiniz yaranmayacaqdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən, ailə üzvündən alınan hədiyyə, maddi yardım və miras gəlir vergisindən azaddır.


- Üç ildir boşanmışam, lakin indiyədək soyadımı və şəxsiyyət vəsiqəmi dəyişdirməmişəm. Bilmək istəyirəm, bu, hər hansı  problem yarada bilərmi?


Şəhla MƏMMƏDLİ,

Çiçək qəsəbəsi


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxs boşandıqdan sonra evli olduğu vaxt həyat yoldaşının götürdüyü soyadını dəyişmək vəzifəsi daşımır. Yəni bu, məcburi deyil. Əgər sizin şəxsiyyət vəsiqəniz köhnə nəsil vəsiqələrdəndirsə, boşandıqdan sonra  ailə vəziyyətinizin cari halını təsbit etmək üçün "ASAN xidmət" mərkəzinə müraciət edərək şəxsiyyət vəsiqəsi məlumatlarınızda müvafiq dəyişiklik etməklə yeni nəsil şəxsiyyət vəsiqəsi əldə edə bilərsiniz. Soyadınızın dəyişdirilməməsi halında hər hansı problemlə qarşılaşa biləcəyiniz məsələsinə gəldikdə isə, qeyd olunmalıdır ki, soyadın dəyişdirilməməsi sizin üçün heç bir hüquqi problem yarada bilməz.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!