13 Fevral 2026 08:50
787
İQTİSADİYYAT
A- A+
Bakının növbəti qardaşı Əbu-Dabi olacaq

Bakının növbəti qardaşı Əbu-Dabi olacaq


Azərbaycan və BƏƏ paytaxtları arasında bu barədə Anlaşma Memorandumu imzalanıb


Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında dostluq getdikcə daha da möhkəmlənir və əməkdaşlıq genişlənir. Ali səviyyədə qarşılıqlı səfərlər, ölkələrimizin parlamentlərinin, ayrı-ayrı nazirliklərinin və digər təşkilatlarının nümayəndələrinin görüşləri, birgə reallaşdırılan sanballı layihələr əlaqələrin daha sıx və faydalı olmasına təkan verir.

Bütün bunlar hər iki ölkədə yüksək dəyərləndirilir. Elə bu ayın əvvəlində Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı ona "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim olunması dövlətimizin başçısının yeritdiyi uğurlu siyasətə verilən yüksək qiymətin təzahürüdür. 

Prezident İlham Əliyev dəfələrlə bu ölkəyə səfərlərə gedib. BƏƏ-nin lideri də Azərbaycanda səfərlərdə olub. Xüsusilə də BƏƏ-nin Prezidentinin keçən ilin sentyabrında işğaldan azad olunmuş ərazilərimizə səfər etməsi mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, Prezidentimiz onu Füzuli Beynəlxalq Hava Limanında qarşılamışdı. 

Şuşada isə Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi keçirilmişdi. BƏƏ Prezidenti Daşaltı kəndini, Cıdır düzünü görmüş, Milli Xalça Muzeyinin Şuşa filialında olmuşdu. Azərbaycan və BƏƏ arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi də hər iki Prezidentin iştirakı ilə Şuşada keçirilmişdi. Bunların sırasında "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında Azərbaycan Respublikasının "yaşıl enerji" zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında "Cənub qaz dəhlizi"ndə investisiya haqqında Anlaşma Memorandumu" da vardı.

Yeri gəlmişkən: son illər ərzində Azərbaycan-BƏƏ iqtisadi əlaqələri də yüksələn xətlə inkişaf edir. Bu, enerji əməkdaşlığında özünü daha aydın göstərir. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib.

230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salınıb. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək. Bir sözlə, ölkəmizin öz "yaşıl gündəlik" prioritetlərinə doğru atdığı inamlı və uğurlu addımlardan biri də məhz BƏƏ ilə əməkdaşlığımızın bəhrəsi olan "Qaradağ"ın tikintisinin başa çatdırılıb istifadəyə verilməsidir. 

2024-cü il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı zamanı Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlləri qoyulub. İndi bu "yaşıl enerji" layihələri özlərinin icrasının müxtəlif mərhələlərindədir.

Azərbaycan-BƏƏ əməkdaşlığı getdikcə şaxələnir, daha çox sahələri əhatə etməyə başlayır. Bu günlərdə BƏƏ-nin paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın nümayəndə heyətinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşü də deyilənləri bir daha təsdiqləyir. 

Görüşdə Bakı haqqında məlumat verən Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bu prosses uğurla davam edir. 

Azərbaycan və BƏƏ arasında uzun illərdən bəri davam edən dostluq münasibətlərinə toxunan Məhəmməd Əli Əl-Şorafa qeyd edib ki, ölkəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verilir. Bakı şəhərinin sürətli inkişafını, şəhər idarəçiliyinin effektivliyini xüsusilə qeyd edən qonaq iki paytaxt şəhərin bir-birindən çox şeyi öyrənəcəyinə ümidvar olduğunu bildirib. O deyib: "Bu mənim şəhərinizə ilk səfərimdir və gördüklərimi nəzərə alaraq sonuncu olmadığına əminəm". 

Bu, belə də olacaq - paytaxtlarımız arasında gediş-gəliş daha da çoxalacaq. Çünki sözügedən görüş çərçivəsində Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Odur ki, bu şəhəri yaxından tanıyaq: Əbu-Dabi BƏƏ-nin paytaxtı və ən böyük əmirliyidir. Şəhərin özündə və ətrafında yaşayan əhalinin sayı ümumilikdə 1,5-2 milyon nəfər təşkil edir. Burada səhra iqlimi hökm sürür, yəni hava çox isti və qurudur. 

Coğrafi yerləşmə isə xeyli maraqlıdr. Belə ki, şəhər Fars körfəzinin sahilində yerləşir və əsasən ada üzərində qurulub, körpülərlə materikə birləşdirilib.   

Qədimdə Əbu-Dabi balıqçılıq və mirvari dağçılığı ilə tanınırdı. Keçən əsrin 50-60-cı illərində burada neftin tapılması şəhərin sürətli inkişafına təkan verdi. Nəticədə Əbu-Dabi ölkənin ən böyük və zəngin əmirliyinə çevrildi. 

Lakin şəhərin gəlir mənbəyi təkcə neft və qaz deyil. Bu sırada turizm, tikinti və daşınmaz əmlak, maliyyə və investisiya, aviasiya sahələri də dayanır. Ümumiyyətlə, Əbu-Dabi dünyanın ən varlı bölgələrindən sayılır. 

Şəhərin bir çox görməli yeri və memarlıq abidəsi də var. Ən məşhur simvolu isə Şeyx Zayed Böyük Məscididir. Burada müasir göydələnlər, geniş yollar da göz oxşayır. Şəhərin çoxsaylı parkları, sahil bulvarları, lüks hotelləri və böyük ticarət mərkəzləri həmişə izdihamlıdır. 

Nəqliyyat vasitəsi kimi Əbu-Dabidə taksi geniş yayılıb. Avtobus sistemi də mövcuddur, metro isə nisbətən zəifdir. Əbu-Dabi Dubaya nisbətən sakit və "rəsmi" şəhərdir.

Bu, bir müsəlman şəhəridir. Lakin çoxmillətlidir və turistlər üçün çox rahatdır. Burada açıq-saçıq geyimlərdən uzaq durmağa üstünlük verilir. İctimai yerlərdə sərxoş olmaq qadağandır. Davranışlarda mədəni olmaq vacibdir. 

Əbu-dabililər Bakını çox bəyənirlər. Bunu şəhərin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə dediyi sözlər də təsdiqləyir.     


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın Naxçıvana dronlarla hücumu Azərbaycanın suverenliyinə qarşı yönəlmiş terror aktıdır

13:37
07 Mart

İrandan təxliyə davam edir: 16 Çin vətəndaşı Azərbaycana keçdi

13:28
07 Mart

Zelenski: Ukraynaya 29 raket və 480 dron atılıb

13:26
07 Mart

Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün müasir xidmət şəraiti yaradılıb

13:24
07 Mart

“Fitch Ratings” Fransanın kredit reytinqini A+ səviyyəsində saxlayıb, lakin xəbərdarlıq edib

12:21
07 Mart

Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirib

11:23
07 Mart

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

11:19
07 Mart

Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

11:01
07 Mart

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

10:38
07 Mart

Prezident İlham Əliyev prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidentinə minnətdarlığını bildirib

10:27
07 Mart

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycan ərazisinə qarşı əsassız hücumları pisləyib

10:19
07 Mart

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!