17 Aprel 2026 08:05
338
SİYASƏT
A- A+
Beynəlxalq hüquqa əsaslanan prinsipial siyasət

Beynəlxalq hüquqa əsaslanan prinsipial siyasət


Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin yaydığı birgə bəyanatda bildirilir ki, iki ölkə liderinin  9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində AZAL-a məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Qeyd edilib ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Birgə Bəyanatda həmçinin Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafın bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi bildirilir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin prinsipial mövqeyinin, güclü siyasi iradəsinin və ardıcıl diplomatik fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilən bu razılaşma, eyni zamanda təsdiqləyir ki, dövlət öz vətəndaşlarının hüquqlarını beynəlxalq müstəvidə müdafiə edir və bu istiqamətdə konkret nəticələr əldə edilir: "Qüdrətli Azərbaycan dövləti  vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını beynəlxalq səviyyədə qoruyan əsas təminatçı kimi çıxış edir. Əldə olunmuş razılaşma beynəlxalq münasibətlər sistemində milli maraqların qətiyyətlə müdafiə olunmasının nümunəsi kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyev tərəfindən nümayiş etdirilən qətiyyətli və ardıcıl mövqe xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı hadisənin ilk günlərindən  məsələni diqqətdə saxladı,  ədalətli mövqenin ortaya qoyulmasına çağırışlar etdi. Prezident İlham Əliyevin həmin ərəfədə Azərbaycan Televiziyasına müsahibəsində jurnalistin "Cənab Prezident, bəs ümumilikdə Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir?" sualına cavabını xatırlatmaq istərdik: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırılıb. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək" .

Göründüyü kimi, Azərbaycan dövləti bu məsələdə prinsipial siyasət yürüdür və hər zaman öz vətəndaşının yanındadır. 

V.Rəhimzadə qeyd edib ki, hadisənin obyektiv şəkildə araşdırılması və kompensasiyanın təmin olunması Azərbaycanın əsas və prinsipial tələblərindən idi. Bu yanaşma beynəlxalq hüquqa, müvafiq konvensiyalara əsaslanırdı. Bu prosesdə həm prinsipial mövqe, həm də çevik diplomatiya bir-birini tamamlayaraq nəticənin əldə olunmasına yönəlmişdi. Azərbaycanın bu yanaşması bir daha təsdiqləyir ki, milli maraqların müdafiəsi sistemli və ardıcıl siyasət tələb edir. Burada əsas məqam təkcə mövqenin ifadə olunması deyil, həmin mövqenin beynəlxalq müstəvidə qəbul etdirilməsi və nəticəyə çevrilməsidir. Bu baxımdan dövlətin həyata keçirdiyi diplomatik xətt praqmatizm və prinsipiallığın sintezi kimi çıxış edir.

 Deputat vurğulayıb ki, hər zaman haqq-ədaləti bərpa etməyə qadir olan Azərbaycanın bu hadisənin təfərrüatlarını da təfsilatlı şəkildə öyrənəcəyi şübhə doğurmurdu: "Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət prosesin konkret nəticə ilə yekunlaşmasını təmin etdi. Sözügedən  razılaşma bir daha bu reallığı da təsdiqlədi ki, belə mürəkkəb məsələlər qarşılıqlı hörmət, siyasi iradə və praqmatik yanaşma şəraitində həll oluna bilər. Nəticə etibarilə, əldə olunan razılaşma təsdiqləyir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və prinsipial siyasət, məqsədyönlü diplomatik strategiyası beynəlxalq məsələlərdə həlledici rol oynayır. Bu, həm dövlətin siyasi iradəsinin, həm də beynəlxalq münasibətlərdə yerinin və rolunun, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Azərbaycan beynəlxalq münasibətlər sistemində sabitlik, dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini möhkəmləndirir. Bu razılaşma  regionda sabitliyin qorunması və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".


Əsmər QARDAŞXANOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!