24 May 2026 10:17
408
İQTİSADİYYAT
A- A+
WUF13 bir çox ilklərə imza atdı 

WUF13 bir çox ilklərə imza atdı 

Son onilliklər, xüsusilə son illər Azərbaycan dünyanın diqqət mərkəzindədir. Möhtəşəm qələbələrimiz, düşmənin  dağıtdığı  yurd yerlərimizi  yenidən quraraq cənnətə çevirmək gücümüz, ən mötəbər beynəlxalq tədbirlərə  misli görünməyən  yüksək səviyyədə evsahibliyi etməyimiz  hamını  heyrətə gətirir.

COP29-dan sonra Azərbaycan WUF13-lə dünyaya səs saldı.Yeri gəlmişkən, elə bu iki  böyük tədbirin arasındakı qısa zaman kəsiyinin özündə də ölkəmiz müxtəlif mövzulu  bir çox beynəlxalq  səssiyalara, konfranslara, forumlara evsahibliyi edib. Hamısı da uğurla keçib. Bir sözlə, Azərbaycan bu qəbildən olan tədbirlərin keçirilməsində elə  zəngin təcrübə toplayıb ki, növbəti,  yeni birinin də uğur qazanacağına əvvəlcədən  heç bir şübhə yaranmır. WUF13-ün də yüksək səviyyədə keçəcəyinə əminlik var idi və belə də oldu!

Bu da bir həqiqətdir ki, Azərbaycanda keçirilən belə tədbirlərin əksəriyyəti hansısa yeniliklərlə yadda qalır. WUF13 də imza atdığı ilklərlə tarixə qovuşdu.O cümlədən forumun yekun sənədi və nəticəsi kimi qəbul edilən “Baku Call to Action“da ( “Bakı Fəaliyyətə Çağırış”)  dünyanın gündəmində olan bir sıra vacib məsələlər öz əksini tapdı.

176 ölkədən 58 mindən çox iştirakçısı olan və  indiyədək keçirilən ən böyük Ümumdünya  Şəhərsalma Forumu kimi   tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə Azərbaycan dövlətinə və xalqına   minnətdarlıq edildi.

Yekun sənəddə həmçinin vurğulanıb ki,  Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq  ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən Liderlər Sammitində 27 dövlət və hökumət başçısı iştirak edib. Forum çərçivəsində 150-dən çox nazir, 130-dan artıq şəhər başçısı, BMT-nin Baş katibinin müavini və bir sıra yüksəksəviyyəli rəsmilər təmsil olunublar. WUF13-ün əsas yenilikləri sırasında Bakı Urban Mükafatı, Biznes və İnnovasiya Hub-ı, WUF Akademiyası kampusu və Təcrübələr Hub-ı xüsusi yer tutub.

WUF13-ün bir özəlliyi də onda idi ki, qələbədən sonra  yurd yerlərini yenidən tikib-quran bir ölkədə keçirilirdi.Təsadüfi deyil ki, bu forum çərçivəsində  “Münaqişədənsonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin kritik rolu” mövzusunda sessiya da  təşkil edildi. Sessiyada postmünaqişə dövründə mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsiri, dayanıqlı şəhər inkişafı və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olundu.Mina təhlükəsinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində bərpa prosesini ləngitdiyi, inkişaf imkanlarını məhdudlaşdırdığı və insanların təhlükəsizliyi üçün ciddi risk yaratdığı bildirildi.  Qeyd edildi ki, Azərbaycan 2020-ci ildən etibarən humanitar minatəmizləmə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. İndiyədək 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 250 mindən artıq mina və partlayıcı qurğu zərərsizləşdirilib. “Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

WUF13 tədbiri çərçivəsində “Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dayanıqlı bərpa, məskunlaşma və inkişaf” mövzusunda panel müzakirəsinin  keçirilməsi də  yerinə düşdü. Bu sessiyada işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, dayanıqlı məskunlaşma, müasir şəhərsalma yanaşmaları və postmünaqişə dövründə şəhər inkişafı məsələləri müzakirə olundu. Qeyd edildi  ki, regionda həyata keçirilən layihələr “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun şəkildə icra olunur. Yeni yaşayış məntəqələrində dayanıqlı infrastrukturun qurulması, “yaşıl enerji” həllərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin edilməsi istiqamətində geniş tədbirlər görülür.

WUF13-ün  daha  bir yeniliyi oldu. Belə ki, Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafatın – Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) rəsmi təqdimetmə mərasimi keçiridli.Qeyd edək ki, bu  mükafat  uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir potensialına malik praktik şəhər həllərinin beynəlxalq səviyyədə təşviqinə yönəlmiş qlobal platforma kimi formalaşdırılır.

Bakı Şəhər Mükafatı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının  əsas qalıcı irsindən biri olacaq. Mükafat forum çərçivəsi ilə məhdudlaşmayaraq, qlobal şəhər gündəliyinin uzunmüddətli təşviqinə xidmət edən beynəlxalq mexanizm kimi nəzərdə tutulur.

Təşəbbüsün  birləşdirilməsini nəzərdə tutduğu üç əsas istiqamət bunlardır: Birincisi - şəhərsalma mütəxəssisləri tərəfindən artıq tətbiq olunan praktik həllər.İkincisi - ekspert bilikləri və elmi əsaslandırılmış yanaşmalar.Üçüncüsü - uğurlu təcrübələrin milli və beynəlxalq siyasətə inteqrasiyası.

Bakı Şəhərsalma Mükafatının təsis olunması Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti təzahürüdür. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərə COP29-a ev sahibliyi, “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)” və “Bakı Davamlılıq Koalisiyası” təşəbbüslərinin irəli sürülməsi, UN-Habitat-ın “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik , eləcə də WUF13-ə Bakının ev sahibliyi etməsi daxildir.

Beləcə, bu dəfə də Bakı evsahibliyi etdiyi daha bir mötəbər tədbirin iştirakçılarını qəlblərindəki xoş təsuratlarla yola saldı. Bu, axırıncı deyil, axarıncı bir tədbir idi. Azərbaycan,Bakı ev sahibi olaraq hələ çox belə tədbirə gələn qonaqların üzünə öz geniş qapılarını açacaq. Elə  bir həftədən sonra  burada beynəlxalq “Bakı Enerji Həftəsi” başlanacaq. Onun da uğurla keçəcəyinə heç bir şübhə yoxdur.

Flora SADIQLI,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!