24 May 2026 12:59
306
CƏMİYYƏT
A- A+
Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İrlandiyaya səfəri çərçivəsində bir sıra rəsmilərlə görüşlər keçirib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İrlandiya Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan İrlandlılarla İş Departamentinin direktoru Karl Qardner ilə keçirilən görüşdə Azərbaycan və İrlandiya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin tarixi müzakirə olunub, bu əlaqələrin daha da inkişafında diasporun roluna xüsusi diqqət yetirilib.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin dünya azərbaycanlılarının həmrəyliyini möhkəmləndirməklə yanaşı, müasir Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına da əvəzsiz töhfələr verdiyini vurğulayıb. Xaricdə yaşayan azərbaycanlıların, o cümlədən İrlandiyadakı soydaşlarımızın ölkəmizin imicinin yüksəldilməsində və mədəniyyətimizin təbliğində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni nəsil azərbaycanlılara yönəlik genişmiqyaslı layihələri Azərbaycanın dünya səviyyəsində nüfuzunun və təsir imkanlarının artmasına, ölkəmizi gələcəkdə dünya miqyasında təmsil edə biləcək daha güclü bir icmanın formalaşdırılmasına yönəlib.

Azərbaycan diasporunun çoxşaxəli fəaliyyətinə dair geniş məlumat alan Karl Qardner, xüsusilə xaricdəki Azərbaycan Evləri və bu evlərin nəzdindəki həftəsonu Azərbaycan məktəblərinin təcrübəsinin öyrənilməsinin vacibliyini söyləyib.

Tərəflər müzakirələrin sonunda Azərbaycan və İrlandiya diasporunun gələcək inkişaf perspektivləri barədə faydalı nəticələrin əldə ediləcəyinə əminliklərini bildiriblər.

Daha sonra İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş baş tutub və diaspor sahəsində ortaq layihələrin həyata keçirilməsi imkanları, eləcə də strateji əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti müzakirə olunub.

Görüşdə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu qorumaq, onları vahid platformada birləşdirmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə aparılan uğurlu işlərin nəticələrindən danışılıb. Qeyd edilib ki, Azərbaycan icmasının İrlandiyada fəaliyyəti və ölkəmizə dost münasibəti bəsləyən irlandlılarla qurulan güclü əlaqələr daim diqqət mərkəzində saxlanılır.

Toni Makkormak isə ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini və bu prosesdə diasporun mühüm rol oynadığını qeyd edib. O, bu ilin aprel ayında Azərbaycana səfərini xatırlayaraq, Zəfər Parkına, həmçinin Şuşa və Xankəndi şəhərlərinə etdiyi ziyarətlərin ona böyük təsir bağışladığını ifadə edib.

Görüşdə iştirak edən Azərbaycanın İrlandiyadakı fəxri konsulu Terri Leyden ölkəmizə olan dərin sevgisini bildirərək, müstəqillikdən sonra əldə edilən böyük uğurları vurğulayıb. İrlandiya Parlamentinin üzvləri ölkəmizə dost münasibətlərini bildirib, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini dilə gətiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!