17 Aprel 2026 07:20
438
CƏMİYYƏT
A- A+
AMEA-da "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabının təqdimatı olub

AMEA-da "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabının təqdimatı olub


Aprelin 16-da Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun və professor Tofiq Mustafazadənin "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabının təqdimatı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin Mərkəzi Elmi Kitabxanada bu gün yaradılan "Akademik Yaqub Mahmudovun kitablarından ibarət fond" oxuculara təqdim edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın elmi əhəmiyyətindən danışlıb. O, ictimaiyyətə təqdim olunan bu əsərdə arxiv materiallarına və mühüm sənədlərə əsaslanaraq tariximizin vacib məqamlarına dair mühüm faktların oxuculara çatdırıldığını söyləyib.

AMEA rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində dövlətçilik tariximizə sistemli şəkildə qayıdış baş vermiş, tarixi şəxsiyyətlərimizin elmi əsaslarla yenidən qiymətləndirilməsi prosesi başlanılmışdır. Bu mərhələdə Azərbaycanın inkişafında müstəsna xidmətləri olmuş dahi şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması mühüm ənənəyə çevrilmişdir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, görkəmli dövlət xadimi Nəriman Nərimanovun 100 illik yubileyi Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə qeyd edilmişdir. Heydər Əliyev 28 iyul 1981-ci ildə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi haqqında" qərar imzalamışdır. Bu faktlar şəxsiyyətə qayıdış siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir.

"Müstəqillik illərində tarixi şəxsiyyətlərin irsinin sistemli şəkildə öyrənilməsi və cəmiyyətə təqdim olunması istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və yüksək səviyyədə davam etdirilmişdir", - deyən AMEA rəhbəri son illərdə "İmadəddin Nəsimi ili", "Nizami Gəncəvi ili", "Heydər Əliyev ili"nin elan olunmasının müstəqil Azərbaycanın müasir inkişaf mərhələsində dövlət başçısının milli-mənəvi dəyərlərə və dahi şəxsiyyətlərin irsinə göstərdiyi xüsusi diqqət və qayğının aydın ifadəsi olduğunu diqqətə çatdırıb. 

Akademik İsa Həbibbəyli vurğulayıb ki, görkəmli tarixi şəxsiyyətlərimizin zəngin həyat və fəaliyyətinin elmi əsaslarla araşdırılması daha da genişləndirilməli, onların zəngin irsi gənc nəsillərin milli şüurunun formalaşmasında mühüm rol oynayan davamlı qürur və iftixar mənbəyinə çevrilməlidir.

O, dünya hərb sənətinin dahilərindən biri olan Nadir şah Əfşar haqqında indiyədək əsasən tərcümə mənbələrinə istinad etməklə məlumatların əldə olunduğunu söyləyib. Bildirib ki, akademik Yaqub Mahmudov və professor Tofiq Mustafazadənin həmmüəllif olduqları "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabında Şərq və Qərb mənbələri ilə yanaşı, Rusiya arxiv sənədləri və müxtəlif dillərdə nəşr edilmiş elmi tədqiqatlardakı faktik materiallar əsasında dahi Azərbaycan sərkərdəsinin həyat və fəaliyyətinə obyektiv elmi qiymət verilir. 

Akademik İsa Həbibbəyli kitabın Azərbaycan dövlətçiliyinin öyrənilməsi baxımından mühüm elmi mənbə olduğunu vurğulayıb,  müəlliflərə yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Güntəkin Nəcəfli çıxış edərək nəşrin məziyyətlərindən danışıb, kitabı mühüm elmi-tarixi hadisə kimi yüksək dəyərləndirib. O, indiyədək Qərb və Rusiya tarixşünaslığında Nadir şah şəxsiyyətinə qeyri-obyektiv yanaşıldığını və dahi sərkərdənin xidmətlərinin kiçildildiyini söyləyib. Qeyd edib ki, "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabı bu cür saxtalaşdırılmış yanaşmalara elmi faktlara söykənən tutarlı cavabdır. Əsər müəlliflərin ortaya qoyduğu mükəmməl sənət nümunəsidir.

Güntəkin Nəcəfli vurğulayıb ki, Nadir şah haqqında obyektiv araşdırmaların aparılması və bu kimi nəşrlərin yazılması öz torpaqlarını 30 illik düşmən işğalından azad etmiş bir ölkənin vətəndaşları, xüsusilə də gənc nəsil üçün böyük əhəmiyyət daşıyır. Bu kimi əsərlər gənclərə tarixi şəxsiyyətlərimizi elmi və obyektiv meyarlar əsasında dəyərləndirmək imkanı yaradır. 

Onun sözlərinə görə, kitabda tarixi mənbələr əsasında bir çox qaranlıq məqamlara aydınlıq gətirilib, cəmi  59 il ömür sürmüş, 11 il hakimiyyətdə olmuş Nadir şah Əfşarın obyektiv obrazı yaradılıb. Müəlliflər bu əsəri əziz müəllimləri - görkəmli ziyalılarımız Ədhəm Şahmalıyev, Mehdi Erivanski, Səidə İmanzadə, Əli Sultanlı, Əbdülkərim Əlizadə, Bəxtiyar Vahabzadə və Mehbalı Qasımovun əziz xatirələrinə həsr ediblər. 

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Vasif Qafarov və Cavanşir Feyziyev, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini professor Eynulla Mədətli, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professor-məsləhətçisi, tarix elmləri doktoru Mehman Süleymanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev, Əlyazmalar İnstitutunun şöbə müdiri tarix elmləri doktoru Tahirə Həsənzadə və başqaları nəşrlə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda qeyd olunub ki, ictimaiyyətə təqdim olunan "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabında dahi Azərbaycan sərkərdəsi Nadir şahın hərbi və siyasi  fəaliyyətindən, onun işğal olunmuş Səfəvi torpaqlarını, eləcə də ölkənin paytaxtını yadellilərdən azad etmək uğrunda mübarizəsindən, imperiyanın ərazisini daha da genişləndirməsindən bəhs edilir. Kitabda həmçinin Nadir şah Əfşarın Hindistanı fəth edərək Səfəvi dövlətindən daha geniş ərazili yeni Azərbaycan Əfşarlar imperiyası yaratması, böyük hökmdarın türk dünyasında məzhəb ayrılığına son qoymaq siyasəti də diqqətə çatdırılır. 

Bildirilib ki, bu kimi fundamental elmi tədqiqatlar xalqımızın çoxəsrlik tarixinin və görkəmli şəxsiyyətlərinin mötəbər mənbələr və arxiv sənədləri əsasında, azərbaycançılıq mövqeyindən dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu əsər Azərbaycan tarixşünaslığında Nadir şah şəxsiyyətinə obyektiv və elmi əsaslandırılmış baxış bucağının formalaşmasına sanballı töhfələr verir. 

Sonda nəşrin həmmüəllifi, akademik Yaqub Mahmudov çıxış edərək tədbirin təşkilinə görə AMEA rəhbərliyinə, MEK-ə və iştirakçılara təşəkkür edib, gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib. O, əsərin ərsəyə gəlmə prosesi barədə məlumat verərək bildirib ki, kitabın əsas üstünlüyü məhz ilkin mənbələrə və arxiv sənədlərinə söykənməsidir. Akademik Yaqub Mahmudov MEK-də sərgilənən kitablarını yeni yaradılan "Akademik Yaqub Mahmudovun kitablarından ibarət fond"a hədiyyə edib.

Qeyd edək ki, 472 səhifəlik "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabının elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanov, elmi məsləhətçiləri Dünya Əfşarlar Dərnəyinin başqanı Şərəf Kocakaya və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayevdir.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

23:01
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

22:36
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!