17 Aprel 2026 08:45
556
Mədəniyyət
A- A+
Ömrünü torpağa həsr etmişdi

Ömrünü torpağa həsr etmişdi


Bəzi insanlar torpaq kimidir  - səssiz, təmkinli, lakin sonsuz bərəkət mənbəyi. Onlar mövcudluqları ilə ətraflarına həyat nəfəsi, mənəvi dayaq və işıq bəxş edirlər. Belə şəxsiyyətlərin ömrü illərin hesabı ilə deyil, qoyduqları iz, yetişdirdikləri nəsillər və toxunduqları qəlblərlə ölçülür. Akademik Məmmədtağı Cəfərov məhz bu mənəvi ucalığın, vətəndaş təmkininin, elmi və insani kamilliyin parlaq təcəssümü idi.

Onun ömrü bütöv bir elmi məktəbin salnaməsi, zəhmətin və məsuliyyətin təntənəsi kimi tarixə həkk olundu. Məmmədtağı Cəfərov həyatının hər addımında torpağı, elmi və insanı eyni dəyərin ayrılmaz halqaları kimi qəbul edirdi. Onun üçün elm yalnız bilik məcmusu deyil, xalqın sabahına işıq saçan müqəddəs missiya idi. Uzun illər ərzində torpaqşünaslıq, aqrar elmlər və ekologiya sahəsində yüzlərlə tələbəyə bilik verdi, onlarca elmi tədqiqatın istiqamətini müəyyənləşdirdi. Elmi müzakirələrində torpağın dilini insan əməyinin hikməti ilə vəhdətdə şərh edərdi. O, tez-tez deyərdi: "Torpaq da insan kimidir, qayğı və diqqət istəyir. Onu sevənə bərəkətini, etinasız olana isə küskünlüyünü göstərir." Bu fikir  akademikin  elmi fəlsəfəsinin, həyat baxışının və insan anlayışının əsasını təşkil edirdi.

Əslində, o, təkcə alim deyildi,  həm də həyat müəllimi idi. Məmmədtağı müəllim tələbələrə, sadəcə, dərs deməz, onları formalaşdırardı. Hər sözü, hər baxışı, hər səmimi nəsihəti gənclərin yaddaşında ömürlük dərsə çevrilirdi. Onun üçün tələbə gələcəyin daşıyıcısı, xalqın ümid çırağı idi. Bu ümidi doğrultmaq isə müəllim üçün ən böyük məsuliyyət sayılırdı. Tələbələrinin hər uğuruna ürəkdən sevinər, yeni elmi nailiyyətləri şəxsi qələbəsi kimi qəbul edərdi. Çünki o, yaxşı bilirdi ki, əsl alim yalnız öz adını deyil, ardınca gələnlərin yolunu işıqlandıran şəxsdir. 

Məmmədtağı müəllim torpağı, sadəcə, elmi obyekt kimi deyil, xalqın varlığı və milli yaddaşı kimi dərk edirdi. Onun üçün torpaq həm həyatın başlanğıcı, həm də gələcək nəsillər qarşısında məsuliyyət idi. O deyirdi ki, torpaq insanın xarakterinə bənzəyir,  kim ona necə yanaşırsa, o da həmin münasibəti qaytarır.  Elmi araşdırmalarında bu sevgi və bağlılıq duyğusu  aydın şəkildə hiss olunurdu. Məmmədtağı müəllim üçün hər elmi nəticə statistik göstərici olmaqdan daha çox milli sərvətin qorunmasına xidmət edən dəyər idi.

Akademikin  həyat yoluna nəzər saldıqca aydın olur ki, bu insanın ömrü yaşadığı illərlə deyil, yaşatdığı mənəvi dəyərlərlə ölçülür. Elə insanlar var ki, onların həyatı kitab kimidir, səhifələrini çevirdikcə elm, əxlaq, vətənpərvərlik, sadəlik və səmimiyyətlə dolu bir mənəvi xəzinə ilə qarşılaşırsan. Akademik Məmmədtağı İbrahim oğlu Cəfərov məhz belə şəxsiyyətlərdən idi. O, ömrünü xalqına, torpağına, elmə və dövlətinə həsr etmiş vətəndaş-alim və həyat müəllimi idi. Onun bütün həyatı  yalnız görkəmli bir alimin deyil, bütövlükdə Azərbaycan ziyalısının mənəvi portretidir.

1936-cı ildə İrəvan mahalının Amasiya rayonunun Oxçuoğlu kəndində dünyaya gələn Məmmədtağı Cəfərov sözün əsl mənasında torpaqdan doğulmuş, torpaqla nəfəs almış bir insan idi. "Mən torpaq oğluyam"  deyən bu müdrik alim torpağın sirrini, nəfəsini və hikmətini dərindən anlayırdı. Torpaqşünaslıq onun üçün yalnız elm sahəsi deyil, vətən sevgisinin mənəvi ifadəsi idi. Kökü torpaqdan gələn, ömrünü torpağa xidmətə həsr edən alim məhz buna görə insanların qəlbində xüsusi yer tuturdu.

1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indi Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə diplomu ilə bitirən alim elmi fəaliyyətinin ilk günlərindən torpaq problemlərinin tədqiqinə başladı. 1964-cü ildə "Azərbaycanın əsas torpaq tiplərində fosfor birləşmələri", 1973-cü ildə isə "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" mövzularında dissertasiyalar müdafiə edərək əvvəlcə kənd təsərrüfatı elmləri namizədi, sonra doktoru alimlik dərəcəsi aldı. Elmi nailiyyətləri onu 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü zirvəsinə yüksəltdi. Onun elmi fəaliyyəti yalnız nəzəri tədqiqatlarla deyil, torpağın məhsuldarlığını artıran praktiki nəticələrlə də yadda qaldı. Zaqatala və Xızı rayonlarında torpaq islahatlarının ilkin modellərinin hazırlanması onun elmi uzaqgörənliyinin bariz nümunəsidir.

Məmmədtağı Cəfərov həm də böyük təşkilatçı və pedaqoq idi. İki dəfə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru təyin olunması onun elmi və təhsil sahəsində qazandığı nüfuzun göstəricisi idi. Milli aqrar təhsil modelinin formalaşmasına rəhbərlik etdi, onlarca gənc alim yetişdirdi. Yazdığı "Torpaqşünaslıq", "Torpaq fondu və ondan səmərəli istifadə" dərslikləri bu gün də aqrar elmin fundamental mənbələri hesab olunur. Tələbələrinə yalnız bilik deyil, dürüstlük, təvazökarlıq və əməyə hörmət kimi ali dəyərləri də aşılardı.

Məmmədtağı Cəfərov elm və ictimai-siyasi fəaliyyət sahələrində də yüksək nüfuz qazanmışdı. Müstəqil Azərbaycanın ilk illərində dövlətçiliyin qorunmasında fəal iştirak etmiş, 1993-cü ilin taleyüklü dövründə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını dəstəkləyən "91-lər" sırasında yer almışdı. Bu addımı onun dövlətə sədaqətinin və vətəndaş mövqeyinin parlaq ifadəsi idi. Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, partiyanın Siyasi Şurasının üzvü və uzun illər Gəncə şəhər təşkilatının sədri kimi fəaliyyət göstərmişdi. Siyasətdə də, elmdə olduğu kimi, prinsipial, təmkinli və məsuliyyətli idi.

Məmmədtağı müəllim azərbaycançılıq ideologiyasının sadiq daşıyıcısı idi. Onun həyat fəlsəfəsində vətənə sevgi, torpağa bağlılıq, elmə inam və insana hörmət əsas yer tuturdu. Universitetdə hər bir əməkdaşa - vəzifəsindən asılı olmayaraq  - eyni diqqət və qayğı ilə yanaşması onun yüksək mənəviyyatının göstəricisi idi. 1988-ci il deportasiyaları zamanı köçkün ailələrə göstərdiyi qayğı onun humanizminin ən parlaq nümunələrindən biri oldu. O, etdiyi yaxşılıqları heç vaxt dilə gətirməzdi, lakin hər kəs onu "həyat müəllimi" kimi xatırlayırdı.

Azərbaycanlı alimin elmi fəaliyyəti beynəlxalq miqyasda da yüksək qiymətləndirilmişdir. Bir neçə nüfuzlu beynəlxalq akademiyanın həqiqi üzvü seçilmiş, nüfuzlu mükafat və medallarla təltif olunmuşdur. Yüzlərlə elmi məqalə, dərslik və monoqrafiyanın müəllifi kimi  aqrar elmin inkişafına əvəzsiz töhfələr vermişdir. Məmmədtağı Cəfərovun həyatı bir həqiqəti təsdiqlədi: alim olmaq üçün bilik, ziyalı olmaq üçün vicdan, vətəndaş olmaq üçün cəsarət lazımdır. Bu üç dəyər onun şəxsiyyətində vəhdət təşkil edirdi. 

Akademik Məmmədtağı Cəfərov ömrünü şərəf və məsuliyyətlə yaşadı, geridə isə işıqlı və əbədi bir iz qoydu. Bu gün onun adı Azərbaycan elminin və ziyalılıq mühitinin mənəvi simvolu kimi çəkilir. Onun həyatı və fəaliyyəti vətənə, elmə və insanlığa sədaqətin canlı nümunəsidir. Məmmədtağı müəllim torpaq kimi bərəkətli, ağac kimi barlı, su kimi saf və şəffaf ömür yaşadı. Əziz xatirəsi minlərlə insanın qəlbində yaşayır və yaşayacaq.  Dövlətinə sədaqətli siyasi xadim, zirvələri fəth etmiş alim və sadə, səmimi müəllim kimi torpağa qovuşaraq torpağın yaddaşına həkk olunub.


Ramiz QULİYEV,

kənd təsərrüfatı elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

Müasir müstəqil Azərbaycanın memarına böyük ehtiram

13:51
10 May

Tbilisi və Rustavi şəhərlərində Ulu Öndərin abidəsi ziyarət olunub

13:49
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

13:06
10 May

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

12:47
10 May

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

12:02
10 May

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

11:53
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!