17 Aprel 2026 08:30
174
SİYASƏT
A- A+
Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi


35 ilə yaxındır ki, Azərbaycan dövləti inamla gələcəyə doğru irəliləyir. Əfsuslar olsun ki, müstəqilliyin ilkin mərhələsində (1991-1993-cü illər) Azərbaycan obyektiv və subyektiv amillərin vəhdəti ilə şərtlənən fundamental problemlərlə üzləşdi. Onların arasında Ermənistan-Azərbaycan münaqişəsi ən ağır bir çağırış idi. 1980-ci illərin sonlarında Ermənistanın tarixi Azərbaycan torpaqlarına irredentist ərazi iddiaları ilə başlamış bu münaqişə 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi ilə yekunlaşdı. Ermənistan tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal olundu, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, 20 mindən çox azərbaycanlı isə hərbi əməliyyatlar zamanı həlak oldu.

Bu münaqişənin faciəvi nəticələri daxili siyasi gündəliyə də ciddi təsir göstərməklə müxtəlif siyasi qüvvələr arasında hakimiyyət uğrunda mübarizənin genişlənməsinə səbəb oldu. Eyni zamanda keçmiş ittifaq respublikaları arasında iqtisadi əlaqələrin qırılması nəticəsində iqtisadi fəallığın azalması və qiymətlərin kəskin artması, eləcə də inflyasiya sürətinin yüksək olması ölkədə dərin istehsal böhranına gətirib çıxartdı. Bütün bu çağırışlar Azərbaycanın dövlətçiliyi üçün ciddi risklər yaradır və sonrakı siyasətin əsas istiqamətlərini - suverenliyin möhkəmləndirilməsini, siyasi və iqtisadi sabitliyin təmin edilməsini, ölkənin beynəlxalq arenada subyektliyinin formalaşdırılmasını hökumət qarşısında vacib bir vəzifə kimi qoyurdu. Lakin həmin dövrdə mövcud olan dövlət idarəetmə institutları yetkin deyildi və genişmiqyaslı sistemli çağırışlara adekvat cavab verəcək effektiv strategiyaya da malik deyildi. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi və tədricən hakimiyyətin konsolidasiyası və uzunmüddətli strategiyanın formalaşdırılması prosesi başlandı. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ümummilli gündəliyin əsas prioritetinə çevrildi və bu baxımdan dövlətin bütün səyləri ictimai rəyin konsolidasiyasına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsinə və təbii resurslardan səmərəli istifadəyə yönəldi.

1994-cü ilin may ayında münaqişə tərəfləri arasında atəşkəs rejimi əldə olundu. Həmin ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə aparıcı beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorunda iri neft yataqlarının birgə işlənməsi barədə "Əsrin müqaviləsi" adlı saziş imzalandı. Bir il sonra, 1995-ci ilin noyabrında Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə siyasi sistemin hüquqi əsasları yaradıldı. Eyni zamanda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və müasir ordunun qurulması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilməyə başladı. 

Heydər Əliyevin 1993-2003-cü illərdəki prezidentliyi dövrü daxili siyasi sabitliyin bərqərar olunması, effektiv icra hakimiyyəti sisteminin formalaşması və ölkənin beynəlxalq ictimaiyyətlə fəal inteqrasiyası ilə səciyyələnir. Eyni zamanda neft və qaz ixracından əldə olunan gəlirlərin rasional istifadəsi sayəsində ölkədə sosial-iqtisadi inkişaf tədricən sürətlənərək, əhalinin rifah səviyyəsinin getdikcə yüksəlməsinə səbəb oldu.

Xarici siyasətdə Azərbaycan sərt blok asılılığından imtina edərək, Rusiya, Türkiyə və Qərb tərəfdaşları ilə münasibətləri maraqlar balansı əsasında qurdu, ikitərəfli, regionda isə üçtərəfli əməkdaşlıq formatlarına üstünlük verdi. Bu strategiya birtərəfli asılılıqdan yayınmağa və manevr imkanlarını genişləndirməyə gətirib çıxartdı.

2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi siyasi kursun varisliyini təmin etməklə yanaşı, sürətli iqtisadi inkişaf mərhələsinin başlanğıcını qoydu. 2000-ci illərin ortalarında Azərbaycan dünyada ən yüksək ÜDM artım tempini nümayiş etdirən ölkələrdən biri oldu. Buna yüksək neft qiymətləri və Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iri infra-struktur layihələrinin həyata keçirilməsi təkan verdi. Bu isə öz növbəsində ölkənin Xəzər hövzəsi ilə Türkiyə və Avropa bazarları arasında enerji qovşağı rolunu möhkəmləndirdi. Eyni zamanda karbohidrogen ixracından əldə olunan gəlirlərin əhəmiyyətli hissəsi Dövlət Neft Fondunda toplanaraq həm gələcək nəsillər üçün ehtiyatların qorunmasına, həm də xaricdə investisiya fəaliyyətinin həyata keçirilməsinə yönəldildi.

2010-cu illərin əvvəllərində dünya bazarlarında neft qiymətlərinin düşməsi və qlobal iqtisadiyyatda böhran meyilləri "postneft dövrü" konsepsiyasına keçidi zəruri etdi və Azərbaycan bu mərhələyə nəzərdə tutulduğundan daha erkən daxil oldu. 2015-ci ildən sonra iqtisadiyyatın şaxələndirilməsi, bərpaolunan enerji mənbələrinin perspektivli istifadəsi, nəqliyyat-logistika infrastrukturunun inkişafı və Azərbaycanın Avropa ilə Asiya arasında tranzit qovşağı kimi sərgilənməsi ölkənin yeni inkişaf prioritet istiqamətləri kimi gündəmə gəldi.

2020-ci ilin İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla Cənubi Qafqaz bölgəsinin geosiyasi konfiqurasiyasını ciddi şəkildə dəyişdi. Münaqişənin əvvəlki mərhələlərindən fərqli olaraq, 2020-ci ilin İkinci Qarabağ müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük antiterror əməliyyatının nəticələri 1994-cü ildən sonra formalaşmış status-kvonu tamamilə aradan qaldırdı və həm Azərbaycan, həm də regionun digər dövlətləri üçün yeni reallıq yaratdı.

Siyasi-hüquqi baxımdan Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərqərar etməsi beynəlxalq arenada ölkənin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Eyni zamanda əldə olunan nəticə beynəlxalq hüququn prinsiplərinə tam uyğun olaraq, dövlətin ərazi bütövlüyü uğrunda mübarizəsinin məntiqi yekunu kimi dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edildi.

Regional səviyyədə 44 günlük müharibənin nəticələri tamamilə yeni təhlükəsizlik konfiqurasiyasının formalaşması üçün zəmin yaratdı. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişlər eləcə də birbaşa ikitərəfli danışıqlar, qarşıdurma məntiqindən regionda nəqliyyat, iqtisadi və humanitar əlaqələrin müzakirəsinə keçidi mümkün etdi. Paralel olaraq, Cənubi Qafqazda xarici güclərin rolu və real imkanları yenidən qiymətləndirilməyə başlandı və gələcəkdə sabit təhlükəsizlik arxitekturasının əsasən xarici aktorların dominantlığına deyil, daha çox yerli təşəbbüslərə əsaslanacağı ehtimalını gündəmə gətirdi.

Daxili siyasət baxımından 2020-ci ilin İkinci Qarabağ müharibəsində Azərbaycanın  qələbəsi cəmiyyətin konsolidasiyasını gücləndirdi və hakimiyyətin legitimliyini möhkəmləndirdi. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə dövlət proqramlarının sürətlə həyata keçirilməsi isə milli gündəliyin quruculuq və sülhyönümlü inkişaf mərhələsinə keçdiyini nümayiş etdirir.

Müharibənin hərbi-siyasi aspekti bir daha təsdiqlədi ki, Azərbaycanın qələbəsi yalnız yüksəkdəqiqlikli silahların və pilotsuz sistemlərin geniş tətbiqinin nəticəsi deyil, həm də strateji-operativ planlaşdırmanın, ordunun uzunmüddətli modernləşdirilməsinin və bu sahədə məqsədyönlü beynəlxalq əməkdaşlığın məntiqi nəticəsidir.

Beləliklə, Azərbaycan ötən illər ərzində ərazi bütövlüyünü və suverenliyini yalnız müdafiə qabiliyyətinin mərhələli şəkildə gücləndirilməsi, neft-qaz gəlirlərinin səmərəli istifadəsi və balanslaşdırılmış xarici siyasət sayəsində deyil, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində ictimai rəyin konsolidasiyası hesabına bərpa etmişdir. 44 günlük müharibədə əldə olunan qələbə təkcə Azərbaycanın müasir tarixində mühüm mərhələ deyil, həm də postsovet inkişaf dövrünün yekununu simvolizə edən hadisə kimi qiymətləndirilməlidir.

Nəticə etibarilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasını formalaşdıran fəal aktor kimi çıxış edir və burada əsas vurğu qarşıdurma məntiqindən iqtisadi bağlılığa və transmilli layihələrin həyata keçirilməsinə yönəlir.

Bu xarici siyasət fəallığı ölkənin inkişaf strategiyasının yenilənməsi prosesi ilə ayrılmaz şəkildə bağlıdır. Bu strategiyaya uyğun olaraq, müasir Azərbaycan öz tarixinin keyfiyyətcə yeni mərhələsinə - azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və "postneft" modeli çərçivəsində iqtisadiyyatın dərin şaxələndirilməsi dövrünə qədəm qoyur.

Nəticədə daxili uğurlar və əsas qonşularla qurulmuş münasibətlər sistemi Bakıya özünü müstəqil güc mərkəzi kimi inamla mövqeləndirməyə, qlobal çağırışlara cavab verməklə yanaşı, bütövlükdə region üçün inkişaf gündəliyi təklif etməyə imkan verir.


Gülşən PAŞAYEVA,

Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!