13 Fevral 2026 19:28
477
SİYASƏT
A- A+
Bahar Özsoy: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir  

Bahar Özsoy: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir  


Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əsas məqsədi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işlərini ölkə səviyyəsində diqqət mərkəzində saxlamaqdır. Həmçinin bu il may ayında Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin müharibədənsonrakı bərpa və quruculuq təcrübəsinin beynəlxalq miqyasda tanıdılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy bildirib.

Ekspertin sözlərinə görə, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və dayanıqlı qayıdışı üçün sistemli tədbirlər həyata keçirilir. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması postmünaqişə dövründə bərpa prosesinin mərkəzləşdirilmiş qaydada idarə olunmasına geniş imkanlar yaradıb. Yenidənqurma prosesi yalnız yaşayış sahələrinin tikintisi ilə məhdudlaşmır – bura, həmçinin genişmiqyaslı yol-nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolları və hava limanları) qurulması, sosial xidmətlərin bərpası, ərazilərin minalardan təmizlənməsi və yaşıl enerji zonası konseptinin tətbiqi daxildir.

“Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir. Xüsusilə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri çərçivəsində rəqəmsal infrastruktur, ekoloji yanaşma və davamlı memarlıq prinsipləri əsas strateji xətt kimi müəyyən edilib. Bu modelin uğurla tətbiq olunduğu ilk məkan Zəngilan rayonunun Ağalı kəndidir. Burada bərpaolunan enerji sistemləri, intellektual idarəetmə infrastrukturu və müasir kənd təsərrüfatı mexanizmləri qurulub”, - deyə Bahar Özsoy əlavə edib.

Onun sözlərinə görə, mədəniyyət paytaxtı Şuşada aparılan restavrasiya işləri şəhərin tarixi simasının qorunması ilə müasir şəhərsalma prinsiplərinin vəhdətini təşkil edir. Şuşanın zəngin musiqi, ədəbiyyat və memarlıq irsi nəzərə alınmaqla, şəhərin özünəməxsus ruhunun bərpası prioritet vəzifə olaraq qalır.

Bölgənin iqtisadi inteqrasiyasını sürətləndirmək məqsədilə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları inşa edilərək istifadəyə verilib. Bu nəhəng infrastruktur layihələri Qarabağın regional və beynəlxalq əlaqələrini gücləndirən əsas investisiya addımları kimi dəyərləndirilir.

"Yekun olaraq, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma siyasətinin həm daxili, həm də beynəlxalq müstəvidə yüksək səviyyədə təqdim olunmasına xidmət edən strateji qərardır", - deyə ekspert vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!