Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzində olub
Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “Qordon”, “LB.ua” və digər media qurumları ölkəmizdəki parlament seçkiləri ilə bağlı məqalələr dərc edib.
Məqalələrdə qeyd olunur ki, parlament seçkiləri 125 yer uğrunda 6478 seçki məntəqəsində keçirilir. Bu seçki məntəqələrindən 54-ü ölkənin işğaldan azad edilmiş ərazilərində yerləşir ki, burada 42 mindən çox səsvermə hüququna malik vətəndaş yaşayır. Məntəqələrdə ümumilikdə 6,5 milyondan çox seçki bülleteni var.
Həmçinin vurğulanıb ki, Milli Məclisə seçkilərlə bağlı 51 beynəlxalq qurum və 69 ölkəni təmsil edən 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 112 749 yerli seçki müşahidəçisi qeydə alınıb.
Bundan əlavə, ölkə üzrə 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə qoşulub. Bu addım səsvermənin şəffaflığını təmin etmək üçün atılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzində olub...
02 Sentyabr
Türkiyə XİN: Parlament seçkilərinin bütün Azərbaycanda keçirilməsi tarixi əhəmiyyət kəsb edir...
02 Sentyabr
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb YENİLƏNİB-2...
02 Sentyabr
Parlament seçkilərində ölkə üzrə seçici fəallığı 37,27 faiz olub
02 Sentyabr
Ölkəmizdəki növbədənkənar parlament seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzində olub ...
02 Sentyabr
Rövzət Qasımov: Xeyli sayda müşahidəçinin seçki prosesində iştirakı şəffaflıq baxımından əhəmiyyətli...
01 Sentyabr
Rusiya mətbuatı Azərbaycanda keçirilən Milli Məclisə seçkilərdən yazır
01 Sentyabr
Azərbaycanda keçirilən parlament seçkiləri Türkiyə mediasında geniş işıqlandırılıb
01 Sentyabr
Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var
01 Sentyabr
Serbiyalı müşahidəçi: Seçkinin nəticələri Azərbaycanda demokratik dəyərlərə verilən qiyməti göstərir...
01 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!