01 Sentyabr 2024 22:40
105
SİYASƏT
A- A+

Serbiyalı müşahidəçi: Seçkinin nəticələri Azərbaycanda demokratik dəyərlərə verilən qiyməti göstərir

 

Azərbaycanda növbədənkənar parlament seçkiləri yüksək demokratik standartlara uyğun baş tutdu. Məxfilik qorunurdu və bu da seçkilərin legitim olduğunu deməyə əsas verir. Seçki prosesinə mane olacaq heç hal aşkar edilmədi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Serbiya Milli Assambleyasının üzvü Jivota Starçeviç səsləndirib.

“Mərkəzi Seçki Komissiyasının peşəkar işinin nəticəsi olaraq proses seçki məcəlləsinin tələblərinə uyğun və qanunlar çərçivəsində təşkil edilmişdi. Məntəqələrə materiallar lazımi şəkildə çatdırılmışdı və səsvermə prosesi tam vaxtında başladı. Xarici ölkənin nümayəndəsi kimi, məntəqələrdə bütün sənədlərlə tanış ola bildim”, - deyə serbiyalı deputat bildirib.

Beynəlxalq müşahidəçi vurğulayıb ki, seçkinin nəticələri Azərbaycanda demokratik dəyərlərə, prinsiplərə verilən qiyməti göstərir.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video