Şəhid oğlumun xatirəsinə daim ehtiram göstərilir
44 günlük Vətən müharibəsində mənim oğlum Seymur Bəylərov da əsl igidlik göstərərək qəhrəmancasına şəhid olmuşdur.
Ölkə başçımız onu göstərdiyi qəhrəmanlığa görə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edib. Oğlumun şəhid olmasından 4 ilə yaxın vaxt keçir. Rayon rəhbərliyi digər şəhidlər kimi onu da heç vaxt unutmur. Keçirilən tədbirlərdə onu yad edir, göstərdiyi igidlikləri dönə-dönə yada salır.
Bu günlərdə oğlumun doğum günü idi. Rayon ictimaiyyəti, eləcə də icra hakimiyyəti nümayəndələri oğlumun məzarını ziyarət edərək, onun haqqında xoş sözlər söylədilər. Bütün bunlar bir ata kimi məndə qürur hissi yaratdı. Oğlumla bir daha fəxr etdim. Vətən uğrunda canından keçən oğullarımıza göstərdikləri diqqət və qayğıya görə ailəmiz adından məmnunluğumuzu ifadə edirəm.
Səlyəddin BƏYLƏROV,
Samux rayonu Qarayeri
qəsəbə sakini, şəhid atası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı mərkəzə baxış keçirilib
16 Avqust
Yunis Hüseynov: “Sabah” mərhələni keçməli idi
16 Avqust
Azərbaycan Moskvadakı turnirdə 7 idman növündə təmsil olunacaq
16 Avqust
Daha dörd terrorçu məhv edildi - “Fırat kalkanı”
16 Avqust
Şok xəbərdarlıq: Bu dənizi itiririk
16 Avqust
Çində valideynlər 37 illik axtarışdan sonar övladlarını tapıblar
16 Avqust
İranın yüksək rütbəli şəxslərə sui-qəsd planı - XƏBƏRDARLIQ
16 Avqust
AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib
16 Avqust
Ağdam Sənaye Parkında led işıqların istehsalı müəssisəsi yaradılır
16 Avqust
Qəbələdə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb
16 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!