01 Sentyabr 2024 23:42
132
SİYASƏT
A- A+

Azərbaycanda keçirilən parlament seçkiləri Türkiyə mediasında geniş işıqlandırılıb

 

 

Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri Türkiyə mediasında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, “Milliyet”, “Cumhuriyyet”, “Son dakika”, “Haberler.com”, “Ensonhaber”, “Son dakika”, “Haber Global” kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və video xəbərlər hazırlayıb.

“Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkilərində səs verdilər”, “Azərbaycan Prezidenti Əliyev Milli Məclis seçkilərində səs verdi”, “Azərbaycan seçki prosesində: Qarabağda seçki keçirilir”, “YSK sədri Ahmet Yener: Azərbaycanda seçkilər nizamlı və şəffaf şəraitdə keçirilib”, “Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk”, “30 il aradan sonra Azərbaycan bütün torpaqlarında seçki keçirir”, “Qardaş ölkə Azərbaycan seçki prosesində” kimi bir çox sərlövhələrlə yayımlanan xəbərlərdə builki seçkilərin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.

Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrində də seçki qutuları yaradılıb ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirilib.

Qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi beynəlxalq qurumlardan çox sayda müşahidəçinin iştirak etdiyi seçkilər üçün ölkədə 125 seçki dairəsi üzrə 990 namizəd mübarizə aparıb. Azərbaycan parlament üzvlərini müəyyən etmək üçün yeddinci dəfə seçki keçirir.

Xəbərlərdə, həmçinin Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Ahmet Yenerin qardaş ölkə mediasına verdiyi müsahibəsi yer alıb. Bildirilib ki, YSK sədri müsahibəsində sentyabrın 1-nin Azərbaycan demokratiyası və tarixi üçün mühüm bir gün olduğunu vurğulayaraq deyib: “Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra ölkədə ilk dəfə parlament seçkiləri bütün torpaqlarda keçirilir. Seçkilərin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzulayıram. Seçkilərin nizamlı və şəffaf şəraitdə keçdiyini, azərbaycanlı qardaşlarımızın seçkiyə böyük əhəmiyyət verdiyini görürük. Bunu görmək bizim üçün sevindiricidir. Seçici fəallığı çox yüksəkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video