18 Sentyabr 2026 09:30
351
Mədəniyyət
A- A+
Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir


Sentyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində "BƏƏ və Azərbaycanın muzeyləri zəngin keçmiş və perspektivli gələcək haqqında hekayəni əks etdirir" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi tədbir iştirakçılarını salamlayaraq bildirib ki, mədəniyyət və irs xalqlar arasında ortaq dil rolunu oynamaqla yanaşı, dövlətlər arasında əlaqələrin inkişafına, ünsiyyət körpülərinin qurulmasına və ölkələrin bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

Məhəmməd əl-Bluşi BƏƏ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin hər iki dost ölkənin rəhbərlərinin səyləri və uzaqgörən siyasəti nəticəsində qarşılıqlı etimad, hörmət və davamlı inkişafa dair ortaq baxışa əsaslanan nümunəvi tərəfdaşlıq modelinə çevrildiyini söyləyib.

O BƏƏ-də muzeylərin yalnız tarixi eksponatların mühafizə edildiyi məkanlar olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu müəssisələr keçmişin zəngin irsini gələcəyin iddialı hədəfləri ilə birləşdirən bilik və mədəniyyət mərkəzləridir.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanla BƏƏ arasında muzey işi sahəsində əməkdaşlığın genişləndirilməsinin və gələcək perspektivlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Səadət Yusifova Azərbaycan və BƏƏ muzeyləri arasında əlaqələrin genişləndirilməsinin hər iki ölkənin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına şərait yarada biləcəyini söyləyib. Qarşılıqlı sərgilərin təşkili, muzey əməkdaşları arasında təcrübə mübadiləsi, birgə elmi və təhsil proqramlarının həyata keçirilməsi, kurator və mütəxəssislər arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də rəqəmsal layihələr və muzey idarəçiliyi üzrə təcrübə mübadiləsi perspektivli istiqamətlər kimi qeyd olunub.

Zayed Milli Muzeyinin katibi Fatimə Abdulla əl-Həmmadi isə çıxışında muzeyləri tarixi və mədəni irsin qorunduğu məkan olmaqla yanaşı, insan yaddaşının daşıyıcısı kimi xarakterizə edib. Onun sözlərinə görə, muzeylər aid olduqları məkanın hekayəsini danışır, nəsillər boyu toplanan bilikləri qoruyaraq gələcəyə çatdırır.

Fatimə Abdulla əl-Həmmadi Əbu-Dabinin müxtəlif ərazilərində yerləşən muzeylərin ölkənin tarixinin və mədəni irsinin ayrı-ayrı səhifələrini təqdim etdiyini bildirib. O qeyd edib ki, Zayed Milli Muzeyi Birləşmiş Ərəb Əmirliklərinin torpağının və xalqının hekayəsini nəql etməklə yanaşı, ölkənin qurucusu mərhum Şeyx Zayed bin Sultan əl-Nəhyanın irsini və onun əsasını qoyduğu dəyərləri yaşadır.

Zayed Milli Muzeyinin katibi BƏƏ ilə Azərbaycan arasındakı münasibətlərin möhkəm dostluq və əməkdaşlıq təməllərinə söykəndiyini, mədəniyyət və incəsənətin isə bu əlaqələrə daha dərin insani və sivilizasiya məzmunu qazandırdığını qeyd edib.

Daha sonra Əbu-Dabinin muzey mənzərəsinə həsr olunmuş film nümayiş etdirilib. Ekran əsərində ölkə tarixinin müxtəlif mərhələlərini əks etdirən mühüm mədəni məkanlar təqdim olunub, muzeylərin irsin qorunması, tədqiqat, təhsil, ictimaiyyətlə əlaqələr və mədəni mübadilə istiqamətlərində fəaliyyəti göstərilib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova rəhbərlik etdiyi muzeyin ölkənin aparıcı mədəniyyət ocaqlarından biri olduğunu və Azərbaycanla yanaşı, dünya incəsənətinin zəngin kolleksiyasını qoruyub saxladığını bildirib.

O diqqətə çatdırıb ki, muzeyin kolleksiyasında 18 mindən çox əsər mövcuddur. Ekspozisiyalar Azərbaycan incəsənətinin qədim və Orta əsrlərdən başlayaraq müasir dövrədək keçdiyi inkişaf yolunu izləməyə imkan verir.

"Eyni zamanda muzeyimizdə Qərbi Avropa, Rusiya, İran, Türkiyə, Çin, Yaponiya, Hindistan və digər ölkələrin sənət nümunələri Azərbaycan incəsənəti ilə eyni məkanda təqdim olunur. Lakin bu gün muzey üçün yalnız zəngin kolleksiyaya sahib olmaq kifayət deyil. Əsas məqsədlərimizdən biri ziyarətçi ilə davamlı əlaqə yaratmaqdır. Bu məqsədlə müxtəlif layihələr, ustad dərsləri, mühazirələr, eləcə də uşaqlar və ailələr üçün xüsusi proqramlar təşkil edirik", - deyə Şirin Məlikova vurğulayıb.

Tədbir bədii proqramla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!