23 İyul 2026 10:05
3227
Oxucu məktubları
A- A+
Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua


Azərbaycan idmanının son illər əldə etdiyi uğurlar sırasında paraidmançıların nailiyyətləri xüsusi yer tutur. Dövlətimizin idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində paralimpiya hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoyub.

Berlində keçirilən paraüzgüçülük üzrə dünya seriyasının növbəti mərhələsi Azərbaycan idmançıları üçün uğurlu sınaq olub. Yarışda ölkəmizi təmsil edən yeniyetmə paralimpiyaçı Əli Vəliyev əzmkarlığı, peşəkarlığı və yüksək hazırlığı ilə fərqlənərək beynəlxalq arenada növbəti uğur səhifəsini yazıb. Gənc idmançı S10 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulu ilə üzmə yarışında 1 dəqiqə 03,42 saniyə nəticə göstərərək gənclər arasında bürünc medala layiq görülüb. Bununla kifayətlənməyən Əli 400 metr məsafəyə sərbəst üzmə növündə 4 dəqiqə 37,18 saniyə nəticə ilə finişə çataraq gənclər arasında gümüş medal qazanıb.

Sevindirici haldır ki, Berlin hovuzunda nümayiş etdirilən uğurlar yalnız medallarla məhdudlaşmayıb. Əli yarış ərzində üç fərqli üzmə növündə şəxsi rekordlarını yeniləyərək idman inkişafında yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib. Bu nəticələr bir daha sübut edir ki, Azərbaycan paraüzgüçülüyü beynəlxalq arenada sözünü deməyə qadirdir. Gənc idmançıların əldə etdikləri nailiyyətlər gələcəkdə dünya və paralimpiya oyunlarında daha böyük uğurların qazanılacağına əsaslı ümidlər yaradır.


Faiq ƏSGƏROV, 

üzgüçülük idman növü üzrə paraüzgüçülük yığma komandasının məşqçisi, Sumqayıt  yığma komandasının baş məşqçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub  

10:20
21 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb

10:14
21 Sentyabr

Neft ucuzlaşır

10:06
21 Sentyabr

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb  

09:37
21 Sentyabr

Bu gün Beynəlxalq Sülh Günüdür  

09:03
21 Sentyabr

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!