02 Sentyabr 2026 10:15
2777
Oxucu məktubları
A- A+
Fərqli məkanlar, fərqli dayanacaqlar

Fərqli məkanlar, fərqli dayanacaqlar


Müasir şəhər mühitinin simasını müəyyən edən ən vacib elementlərdən biri də ictimai nəqliyyat infrastrukturudur. Hər gün minlərlə insanın yolunun kəsişdiyi avtobus dayanacaqları isə bu mühitin həm inkişaf səviyyəsini, həm də mövcud çatışmazlıqlarını nümayiş etdirən real güzgüdür.

Bu gün şəhərin fərqli nöqtələrindəki dayanacaqlara nəzər saldıqda bir-birinə tamamilə zidd iki fərqli mənzərə diqqəti cəlb edir. Bir tərəfdə yenicə quraşdırılmış və ya əsaslı təmirdən çıxmış müasir tipli dayanacaqlar yer alır. Şüşə konstruksiyalı, təmiz və səliqəli bu dayanacaqlar vətəndaşların rahatlığı düşünülərək layihələndirilib. Xüsusilə yay aylarının qızmar istisində sərinlik, qışın şaxtasında isə mülayim hava təmin edən funksional kondisionerli qapalı dayanacaqlar ictimai nəqliyyat standartını xeyli yüksəldir. Rahat oturacaqlar, məlumat lövhələri və komfort həm şəhərə estetik görünüş qatır, həm də avtobus gözləmə prosesini yorucu məcburiyyətdən çıxarır. 

Amma digər tərəfdə, xüsusilə mərkəzdən kənar qəsəbələrdə və ya ikinci dərəcəli yollardakı köhnə dayanacaqları görəndə fərqli mənzərə ilə rastlaşırsan. Dayanacaqların divarlarına və dirəklərinə üst-üstə yapışdırılmış müxtəlif elanlar, zədələnmiş oturacaqlar təkcə sərnişinlərin gündəlik rahatlığına mane olmur, həm də şəhər infrastrukturunun ümumi harmoniyasına xələl gətirir.

Bu təzadlı reallıq davamlı idarəetmənin və ictimai məsuliyyətin vacibliyini ortaya qoyur. Eyni zamanda müasir standartların bütün dayanacaqlara bərabər  tətbiq olunması və aidiyyəti qurumlar tərəfindən vaxtaşırı texniki baxışın aparılmasını zəruri edir. Çünki sivil və rahat şəhər yalnız mərkəzdə deyil, bütün ərazilərdə eyni qayğını hiss etdirəndə bütöv olur.

Ümidvarıq ki, yaxın gələcəkdə şəhərdənkənar yaşayış məntəqələrində də müasir dayanacaqlar quraşdırılacaq. 


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!