02 Sentyabr 2026 10:05
2847
Oxucu məktubları
A- A+
Əsrləri yaşadan kənd - Xınalıq

Əsrləri yaşadan kənd - Xınalıq


Xınalıq Böyük Qafqaz dağlarının zirvəsində qədim bir kənddir. O, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə olduğu üçün ölkənin ən hündür yaşayış məntəqələrindən biri hesab olunur. 

Kəndin 5000 ildən çox tarixi, öz dili, mədəniyyəti və adətləri var.  Xınalıqda evlər daşdan tikilir və maraqlısı budur ki, üst mərtəbənin döşəməsi aşağı mərtəbənin damı olur, lap çoxmərtəbəli binalardakı kimi. İqlimi çox sərtdir - yayda sərin, qışda isə qalın qar və duman olur. 

Son illər Xınalıq turistlərin ən çox ziyarət etdiyi yerlərdən birinə çevrilib, çünki bura həm tarixi, həm də mənzərəlidir. Üstəlik, Xınalıq qonaqpərvərliyi  ilə də məşhurdur. Kəndə gələn qonaq heç vaxt burada çörək kəsməmiş yola salınmır. 

Xınalıqlıların toy adətləri də çox maraqlıdır. Toylar 3 gün 3 gecə davam edir. Toy günü zurna-nağara səsi kəndin hər yerinə yayılır, cavanlar yallı gedirlər. Bəy tərəf gəlinə nişan payı aparır. Gəlin köçəndə isə bütün kənd camaatı bu mərasimdə iştirak edir. Gəlin ər evinə əl işi olan xalça, corab və gəbə gətirir. Bu cehizlər qızın sənətkarlığının göstəricisi sayılır. 

Xınalıqlılar qədim sənətkarlıq ənənələrini davam etdirirlər. Ən çox yun corab, xalça və palaz toxumaqla məşğuldurlar. Onların toxuduğu corablar və xalçalar təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tanınır. Kəndin mətbəxi də özünəməxsusdur. Toy və bayramlarda mütləq kətə və tərə bişirilir. Bayram günlərində kişilər papaq, qadınlar isə rəngarəng milli geyimlər geyinirlər. Bir sözlə, Xınalıq öz adətləri, toy mərasimləri və mədəniyyət nümunələri ilə Azərbaycanın dağlarda qorunub saxlanılan nadir kəndlərindən biridir.


Abutalıb TURABOV,

Quba

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!