02 Sentyabr 2026 10:15
2784
Oxucu məktubları
A- A+
Xəzərin nəfəsi və isti qum nağılı

Xəzərin nəfəsi və isti qum nağılı


Son vaxtlar dəniz sahilində salınmış çimərliklər  təkcə şəhər sakinlərinin deyil, respublikamızın müxtəlif bölgələrindən gələn insanların da ən çox üz tutduğu istirahət məkanlarındandır. Bir vaxtlar yalnız sənaye şəhəri kimi tanınan Sumqayıt indi abadlaşan bulvarı, yenilənən sahilboyu əraziləri və müasir istirahət imkanları ilə tamam başqa sima qazanıb. Bu dəyişikliklərin ən canlı ünvanlarından biri də məhz yeni açılan çimərliklərdir.

Sahilboyu addımladıqca həyatın müxtəlif rəngləri göz önündə canlanır. Bir tərəfdə dənizə baş vuran uşağın sevinc dolu qışqırıqları eşidilir, digər tərəfdə illərin dostları kölgəlikdə oturub söhbət edirlər. Bir qədər aralıda gənclər voleybol oynayır, yaşlı bir kişi isə sakitcə oturub üfüqə baxır. Hər kəsin məqsədi fərqlidir, amma hamını birləşdirən ortaq məkan Xəzərin sahilidir.

Corat çimərliyinə gələnlərin sayı artmaqdadır. Bu da səbəbsiz deyil. Dövlət Turizm Agentliyi tərəfindən cari ildə Novxanı və Coratda hər birinin ərazisi 3 hektar olmaqla ümumilikdə 12 hektar sahəni əhatə edən 4 ictimai çimərlik yaradılıb. Bu ictimai çimərliklərdə istirahət üçün lazımi şərait yaradılıb.  

Əhalinin asudə vaxtının səmərəli təşkili üçün yaradılan bu ictimai çimərliklərdə səliqə-sahmanın, təmizliyin, keyfiyyətli xidmətin davamlı olması daim nəzarətdə saxlanılır. Çünki burada həm dəniz var, həm də bulvar. 

Axşama doğru çimərliklərin ən gur vaxtı hesab edilir. FHN-nin xilasediciləri müşahidə məntəqələrində diqqətlə ətrafı izləyir, xidmət personalı sahilin təmizliyinə nəzarət edir. Günəş nə qədər yandırıcı olsa da, dənizdən əsən meh istini bir qədər yumşaldır. Sahildə fəaliyyət göstərən kiçik iaşə məntəqələrində sərin içkilər, dondurma və müxtəlif qəlyanaltılar alan insanların növbəsi uzanır.

Axşamüstü günəş qərbə əyildikcə çimərliklər tamam başqa rəng alır. Səma narıncı, çəhrayı və bənövşəyi çalarlarla bəzənir. Dənizin səthində yaranan işıq zolaqları sanki rəssam fırçasından çıxmış tablo təsiri bağışlayır. İnsanlar tədricən evlərinə qayıtsalar da, sahil boşalmır. 


İlhamə MƏMMƏDOVA,

Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!