27 Dekabr 2024 10:57
206
İQTİSADİYYAT
A- A+
Ağdam Sənaye Parkına rezidentlər tərəfindən 95 milyon manata yaxın investisiya yatırılıb

Ağdam Sənaye Parkına rezidentlər tərəfindən 95 milyon manata yaxın investisiya yatırılıb


Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə, Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir.

Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.

O bildirib ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 95 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb.

Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Bu müəssisələr elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar.

Sənaye Parkının rezidentlərindən bir çoxunda layihələndirmə, tikinti-quraşdırma işləri gedir. 2025-ci ildə Sənaye Parkında tütün məmulatlarının, müxtəlif metal elektrik dirəklərin istehsalı və sair müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulur.

E.Kazımovun sözlərinə görə, sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes platformasıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb. Belə ki, sənaye zonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sahibkarlar “Plug and Play” prinsipindən istifadə etməklə sənaye zonalarında öz biznes layihələrini həyata keçirə bilərlər.

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 501 milyon manatdan çox, cari ilin 11 ayında isə 40,68 milyon manat vəsaitə qənaət ediblər.

“İşğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir”, – deyə Elçin Kazımov bildirib.

Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərə köçürüləcək əhalinin məşğulluğunun təmin olunmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Xiaomi”dən superkompüter

10:51
28 Dekabr

DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub

10:43
28 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:16
28 Dekabr

Azərbaycanın Kubadakı səfirliyində başsağlığı kitabı açılıb

10:00
28 Dekabr

Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub YENİLƏNƏCƏK

09:30
28 Dekabr

Niyə bəzi insanlar daha çox xəstələnirlər?

09:20
28 Dekabr

Gəncə və Şəmkirin 3 sakini qəzaya uğramış təyyarədə olmuşdur

09:15
28 Dekabr

O, kətana duyğularını köçürürdü

09:10
28 Dekabr

Su və kanalizasiya problemimiz həll olunmamış qalır

09:05
28 Dekabr

Kəndimizin tibb məntəqəsində həkim yoxdur

09:00
28 Dekabr

Yolumuz bərbad vəziyyətdədir

08:55
28 Dekabr

Kiçik bağçanın böyük sorağı

08:50
28 Dekabr

Təhlükə aradan qaldırıldı

08:45
28 Dekabr

Kənd məktəbi təmir olunub

08:40
28 Dekabr

Tək ailəsinin yox, bütün elimizin qüruru

08:35
28 Dekabr

Azərbaycan sürətlə inkişaf edən sənaye ölkəsinə çevrilir

08:30
28 Dekabr

Hüquqların müdafiəsindən ədalətə gedən yol

08:25
28 Dekabr

Aviaqəza ilə bağlı bütün lazımi tədbirlər görüləcək

08:20
28 Dekabr

Son ümid, son nəfəs, son uçuş...

08:15
28 Dekabr

Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib

08:10
28 Dekabr

Hərbi çağırış prosesi təkmilləşdirilir

08:05
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!