06 Mart 2026 12:23
756
İQTİSADİYYAT
A- A+
ABŞ neftinin qiyməti son 20 ayın ən yüksək səviyyəsinə çatıb

ABŞ neftinin qiyməti son 20 ayın ən yüksək səviyyəsinə çatıb

Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazından nəqliyyatın dayanması fonunda ABŞ neftinin qiyməti son 20 ayın ən yüksək səviyyəsindədir.

AZƏRTAC xəbər verir ki, “Light” markalı xam neftin bir barelinin qiyməti 2024-cü ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Hazırda birjalarda “Light”ın qiyməti 80 dollar/barel, “Brent” neftinin qiyməti isə 85 dollar/barel civarındadır.

Yaxın Şərqdəki münaqişə qlobal enerji bazarlarını və təchizat zəncirlərini təhdid etməkdə davam edir, o cümlədən enerji bazarında qlobal neft axınlarına mane ola biləcəyi ilə bağlı narahatlıqları artırır. Münaqişə əsas alıcılara yönələn xam neft axınlarını pozduğuna dair əlamətlər də güclənir. Belə ki, qlobal neft ticarətinin təxminən beşdəbirinin keçdiyi kritik bir nöqtə olan Hörmüz boğazında mümkün uzunmüddətli dayanma ilə bağlı artan narahatlıqlar potensial dayanmadan daha az təsirlənən xam neft növlərinə tələbatı artırıb. ABŞ neftinə tələbatın artması isə yükdaşımalarının tariflərinin yüksəldiyi və Birləşmiş Ştatlar neftinin daşınmasının daha bahalı olduğu bir vaxtda baş verir. ABŞ-də neft emalı zavodlarında aparılan mövsümi təmir işləri də daxili tədarükü azaldıb və qiymətlərin artmasına dəstək olub.

Bundan başqa, emal olunmuş yanacaq bazarında da artım müşahidə edilir. Avropada etalon dizel fyuçersləri bir barel üçün 150 dollardan yuxarı qalxaraq 2022-ci ilin sonlarından ən yüksək səviyyələrə çatıb. Həmçinin dünyanın ən böyük neft idxalçısı olan Çinin yanacaq istehlakını azaltdığı da bildirilir.

Bütün bu proseslər fonunda ABŞ tərəfi qlobal neft tədarükünü qorumaq üçün Hindistan neft emalı zavodlarına Rusiya nefti almağa icazə verən 30 günlük müvəqqəti güzəşt tətbiq edib. Beynəlxalq Valyuta Fondu (BVF) isə Yaxın Şərqdəki gərginliklə bağlı artan qeyri-müəyyənlik fonunda iqtisadi şoklarla üzləşən üzv ölkələri dəstəkləməyə hazır olduğunu açıqlayıb.

İnvestorlar isə Yaxın Şərqdə qlobal xam neft axınlarına mane ola biləcək uzunmüddətli müharibə riskini getdikcə daha çox qiymətləndirirlər. Ekspertlərin fikrincə, bir il ərzində enerji qiymətlərinin 10 faiz artması qlobal inflyasiyanı 40 baza bəndi artırmasına səbəb ola bilər. Eyni ssenaridə qlobal iqtisadi artımın 0,2 faiz yavaşlayacağı da proqnozlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!