23 Dekabr 2025 08:05
222
SİYASƏT
A- A+
"Zəfərdən quruculuğa: Prezident İlham Əliyevin liderlik missiyası"

"Zəfərdən quruculuğa: Prezident İlham Əliyevin liderlik missiyası"


Dekabrın 22-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə "Zəfərdən quruculuğa: Prezident İlham Əliyevin liderlik missiyası" adlı tədbir keçirilib.

Tədbirdən öncə universitet ərazisində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova diqqətə çatdırıb ki, dövlət idarəçiliyində liderin rolu təkcə inkişafın təmin olunması ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətdə sabitliyin möhkəmlənməsi və milli tərəqqinin davamlı xarakter alması baxımından mühüm əhəmiyyət kəsb edir: "Xalqa verdiyi sözlərə sadiqliyini əməli fəaliyyəti ilə təsdiqləyən, hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edən cənab İlham Əliyevin fəaliyyəti ölkəmizin gücünün daha da artmasına yönəlmiş ardıcıl strateji xətt üzərində qurulub. Dövlət başçısı Azərbaycanın inkişafını təmin etməklə xalqın dərin etimadını qazanıb. Milli maraqları daim prioritet hesab edən dövlət başçısının siyasəti xalqımızın birliyini daha da möhkəmləndirib".

G.Məmmədova vurğulayıb ki, dövlət başçısının düşünülmüş siyasəti ölkənin sosial-iqtisadi inkişafında, eləcə də milli maraqların qorunmasında öz ifadəsini tapır: "Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada nüfuzlu dövlət, tolerantlıq nümunəsi, mühüm beynəlxalq tədbirlərin keçirildiyi etibarlı tərəfdaş kimi tanınır".

Dövlət başçısının təhsilin inkişafını daim diqqət mərkəzində saxladığını vurğulayan rektor ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin də müasir Azərbaycanın gələcəyinə xidmət etdiyini söyləyib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında qeyd edib ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır: "Ulu Öndərin milli maraqlara əsaslanan uzaqgörən siyasəti Azərbaycanın müstəqil dövlət kimi tərəqqisini təmin edib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ümummilli Liderin dövlətçilik irsini müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək uğurlu siyasət həyata keçirməklə ölkəmizə tarixi nailiyyətlər qazandırıb".

Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm Zəfərə imza atıb: "Ölkəmizin ərazi bütövlüyü və tam suverenliyinin bərpası Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir. Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli Lider - Prezident 

İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər bəxş edəcəkdir".

Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Sonda bədii hissə təqdim olunub və xatirə şəkli çəkdirilib.


 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib  

21:03
28 Dekabr

Naxçıvana 35 santimetr qar yağıb  

19:44
28 Dekabr

Şuşaya mövsümün ilk qarı yağıb

17:54
28 Dekabr

Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycan idmanını tarixi zirvələrə yüksəldib

17:04
28 Dekabr

Türkiyə dünya aviasiya tarixində ilkə imza atıb  

16:47
28 Dekabr

Laçında qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır VİDEO  

15:42
28 Dekabr

Polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar  

15:26
28 Dekabr

Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir

14:36
28 Dekabr

Yol polisi dağlıq ərazilərdə mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

14:13
28 Dekabr

Cəbrayıl şəhərinə və Horovlu kəndinə mövsümün ilk qarı yağıb  

13:47
28 Dekabr

Laçın şəhəri ağ örpəyə bürünüb, qarın hündürlüyü 5 santimetrə çatıb 

13:30
28 Dekabr

Sabahın hava proqnozu – bəzi rayonlara qar yağacaq

13:16
28 Dekabr

Azərbaycan bəstəkarının əsərləri Ankarada Atatürkün xatirəsinə həsr olunmuş konsertdə səsləndirilib

12:41
28 Dekabr

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib  

11:48
28 Dekabr

Bu gün vəkillərin peşə bayramı günüdür  

11:31
28 Dekabr

Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb 

11:02
28 Dekabr

Xankəndiyə ilk qar yağıb

10:48
28 Dekabr

Kəlbəcərdə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib

10:28
28 Dekabr

Peruda güclü zəlzələ qeydə alınıb  

10:16
28 Dekabr

Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib  

10:01
28 Dekabr

Media: ABŞ deportasiyaları sürətləndirmək üçün Venesuela ilə müharibə ehtimalını araşdırır  

09:37
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!