Zəfər ardınca zəfər
1949-cu ildə Gədəbəy rayonunun Qaraməmmədli kəndində ziyalı ailəsində doğulmuşam. 1971-ci ildə keçmiş Azərbaycan Politexnik İnstitutunu tikinti mühəndisi ixtisası üzrə bitirdikdən sonra 3 il indiki Bişkekdəki "Qırğızyollayihə" İnstitutunda layihəçi mühəndis işləmişəm.
Sonra Vətənə - Azərbaycana qayıdıb uzun müddət dəmir yolu sistemində işləmişəm. Azərbaycanın Fəxri dəmiryolçusuyam. Amma məqsədim özümü təqdim etmək deyil. Bu məktubu "Azərbaycan" qəzetinə yazmaqla son illər ölkəmizdə baş verən qürurlu hadisələrə münasibət bildirmək, ürək sözlərimi çatdırmaqdır.
Təcavüzkar Ermənistanın hiyləgərliyi, riyakarlığı, "böyük Ermənistan" yaratmaq xülyası, nəhayət, ona çox baha başa gəldi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Silahlı Qüvvələri mənfur düşmənin "yenilməz ordu"sunu darmadağın etdi. 30 il ərzində erməni separatçılarının işğal etdikləri ərazilərimizdə yaratdıqları hərbi bazalardan, yeraltı tunellərdən, istehkamlardan əsər-əlamət qalmadı. Bununla əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi, Ali Baş Komandanın uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tarixi ərazilərimiz işğalçıların tapdağından azad olundu, üçrəngli bayrağımız qədim və əzəli torpaqlarımızda dalğalandı.
Mən bu yaşda qürur hissi keçirirəm ki, müstəqil Azərbaycanın bütün ərazisində ilk dəfə keçirilən prezident seçkisində iştirak etdim. Etiraf edim ki, indiyə qədər iştirak etdiyim seçkilərin heç birində fevralın 7-də gördüyüm qədər qələbəliyin şahidi olmamışdım. Gədəbəylə əlaqə saxladım, dedilər orada da əhali seçkiyə kütləvi surətdə qatılıb. Bu, əsl xalq dəstəyi, xalq həmrəyliyi idi. Həmin dəstəyin ünvanı, həmrəyliyin səbəbkarı isə qalib Prezident İlham Əliyevdir. Amma bu qələbə təkcə İlham Əliyevin deyil, bütün xalqımızın, ölkəmizin, dövlətimizin qələbəsidir. Bu, Zəfər ardınca zəfərdir.
Ələddin ŞİRİNOV,
Azərbaycanın Fəxri dəmiryolçusu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə telekanalı: Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır
27 Iyul
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Iyul
İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb
27 Iyul
İranın yeni seçilən prezidenti sabah and içəcək
27 Iyul
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!