05 Oktyabr 2024 08:45
1028
İQTİSADİYYAT
A- A+
Zaqatala təkcə qızıl güllər diyarı deyil

Zaqatala təkcə qızıl güllər diyarı deyil


Bu yerin çayı da təmizliyinə və tamına görə seçilir


- Zaqatala çayını həmişə ya fabrikin özündən, ya da dükanlarından alıram. Ona elə öyrəşmişik ki, başqa çaylardan həmin dadı, ləzzəti ala bilmirik. Amma gərək dəmləmə müddətini uzadasan, rəng deyil axı, əsl çaydır.

- Hə, mən də evə 2 kilo almışdım, bacım zəng elədi ki, onunçün də götürüm. Çətinliklə tapdım.

Zaqatalanın şəhərdaxili avtobusunda iki nəfərin bu söhbətinə təsadüfən qulaq yoldaşı oldum. Xəyal məni 35 il öncəyə - rayon qəzetində çalışdığım vaxtlara apardı. O zaman Zaqatalada ucsuz-bucaqsız çay plantasiyaları vardı. Çay Emalı Fabrikinə də Abdulməcid Şabanov adlı zəhmətkeş, işgüzar şəxs rəhbərlik edirdi. Ötən əsrin 70-80-ci illərində respublikamızda 38 min hektarda çay yetişdirilirdi. 35 min tona yaxın quru çay istehsal olunurdu. Keçmiş SSRİ-nin çaya ehtiyacının 12-15 faizini Azərbaycan ödəyirdi. Çayçılığın vətəni Lənkəran, Astara, Masallı, Zaqatala, Balakən sayılırdı. Sonralar kollektiv təsərrüfatların ləğvi və digər səbəblərdən bu sahə baxımsız qaldı, çay plantasiyaları otlaqlara çevrildi, pay torpaqları kimi əhali arasında bölüşdürüldü. Nəzərə alsaq ki, çay bitkisi əkiləndən 13-15 il sonra məhsul verir, barlı-bəhərli plantasiyaların məhv edilməsinin nə demək olduğu daha aydın təsəvvür edilər. 

Nə yaxşı ki Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aqrar sektorda da geriləməyə son qoyulmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, eləcə də "Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı" isə çayçılığın inkişafına təkan vermiş, Azərbaycan çayının şöhrətini qaytarmaq üçün subtropik zonada və şimal-qərb bölgəsində müəyyən tədbirlər həyata keçirilməyə başlamışdır.

Zaqatalada da sözügedən yöndə müəyyən işlər həyata keçirilib. Amma daha miqyaslı kompleks tədbirlərə ehtiyac hələ də qalır. İndi təqaüddə olan Abdulməcid müəllim deyir ki, vaxtilə Zaqatala ərazisində 90 hektar məhsuldar çay plantasiyaları mövcud olub və həmin plantasiyalardan hər il orta hesabla 250 tona yaxın yaşıl çay yarpağı yığılıb: "Zaqatala Çay Emalı Fabrikində istehsal olunan quru çayın həcmi ümumilikdə 65-70 tona çatırdı. Ancaq zaman keçdikcə plantasiyaların həcmi azalaraq 30 hektara düşdü. İndi rayonun yalnız "Qazangül" adlanan ərazisində 13 hektarlıq sahə qalıb. Çay plantasiyalarının bərpası və genişləndirilməsi üçün irihəcmli investisiyaların qoyulmasına ehtiyac var".

Bu gün A.Şabanovun işini oğlu Pərviz davam etdirir. Ata təcrübəsindən bəhrələnən övladın təşəbbüskarlığı sayəsində Zaqatalada çay yarpağı tədarükü və istehsalı ilbəil artır. Bu yerdə qeyd edək ki, Zaqatalada ilk çay bitkisi 1946-cı ildə əkilib. 11 il sonra, yəni 1957-ci ildə rayonda çay fabriki tikilib. Pərviz Şabanovun rəhbərlik etdiyi "Zaqatala Çay" MMC rayonda çayın becərilməsi və emalı ilə məşğul olan yeganə müəssisədir. MMC-nin 13 hektarlıq çay plantasiyası var. Müəssisədə cari il 4,5 ton çay yarpağı emal olunub ki, bu da ötən ildəkindən yarım ton çoxdur. Hər hektarın məhsuldarlığı 2 tondan artıqdır. 

67 yaşlı müəssisənin sexlərini gəzdik. Hər yandan ətirli çay qoxusu gəlirdi. Yaş  çay kütləsinin qəbulu məntəqəsindəki əşyalardan tutmuş, soluxdurma kameraları, qurutma sobaları, çeşidləmə lenti və toruna qədər nə vardısa hamısı son məhsuldan - keyfiyyətli Zaqatala çayından xəbər verirdi. P.Şabanov söyləyir ki, fabrikin avadanlıqlarının yenilənməsinə ehtiyac olsa da, çalışırlar ki, hələlik bu, istehsal prosesinə və keyfiyyətə təsirsiz ötüşsün: "Müəssisəmizdə 5 növ - ""Buket", "Ekstra", "Əla növ", "Yarpaq əla" və "Yarpaq" çayları istehsal edilir. Məhsulumuzun 90 faizi istehsaldan əvvəl satılır. Çünki tələbat çoxdur. Odur ki, çay plantasiyalarını genişləndirmək və müasir texnologiyaların tətbiqi ilə istehsalı artırmaq istəyirik".

Onu da qeyd edək ki, müəssisədə Ziyafət Nağdəliyeva, Tünzalə Əhmədova, Akif Mirzəliyev, Gültəkin Fətəliyeva, Nəzakət Məmmədova, Kamran Şabanov, Mətanət Hüseynova kimi təcrübəli çayçılar çalışırlar. Söz ki çaylardan düşdü, Zaqatalada yaşayan ağsaqqal, təcrübəli çayçıların sözlərinə istinad etmək istərdik. Ağsaqqallar deyirlər ki, rayonda çayçılığın bu vəziyyətə düşməsinin bir səbəbi də plantasiyaların "qocalması" ilə əlaqədardır. Onların sözüdür: "75-78 il əvvəl əkilmiş çay kollarından yüksək məhsuldarlıq gözləməyin mənası yoxdur. Əvvəlki vaxtların anomal istiləri bu bitkiyə də təsirsiz ötüşməyib. Çay kollarının xeyli hissəsi quruyub sıradan çıxıb. Qonşu Balakən və Qax rayonları ərazisində də çay plantasiyaları salınmışdı. Qaxda sahələr məhsuldar olmasa da, Balakəndə hər il 40 ton çay toplanırdı. 4 kq yaşıl kütlədən 1 kq quru çay alınmasını nəzərə alsaq, bu, təxminən 10 ton çay demək idi. Son illər yağıntıların miqdarının normal olması məhsuldarlığa ümidləri artırır. Amma maliyyəyə ehtiyac var, uzunmüddətli güzəştli kredit ayrılarsa, yenidən Zaqatala çayının şöhrətini qaytarmaq mümkündür. Bir hektar çay plantasiyasının salınması və becərilməsinə 30 min manat tələb olunur. Çayçılığın inkişafı eyni zamanda iş yeri deməkdir. Ailə üzvləri ilə birlikdə dərim dövrü bir günə 80-100 kq çay təhvil verənlər var. Bu, bir ailənin gündə 100-150 manat, hətta daha çox qazanması deməkdir". 


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi Bakıda Fransaya məğlub olub - YENİLƏNİB - 4  

23:21
16 Noyabr

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Özbəkistan səfərindən paylaşım edib  

22:24
16 Noyabr

Bakıda Qlobal Gənclər Sammiti keçirilib YENİLƏNİB 

21:16
16 Noyabr

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı  

21:11
16 Noyabr

İtaliya Prezidenti: Təcavüzkar müharibə cinayətdir  

20:13
16 Noyabr

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb  

19:58
16 Noyabr

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb  

19:41
16 Noyabr

Belçikanın Bruj şəhəri Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi  

19:17
16 Noyabr

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!