Zaman dəyişib, xəyallar reallığa çevrilir
Üç il əvvəl "Ağdama gedirik..." ifadəsini dilimizə gətirsəydik, yəqin ki, buna heç kim inanmayacaqdı. Amma bu gün deyilənlərə və yazılanlara kimsə şübhə etmir. Çünki artıq zaman dəyişib. Daha doğrusu, zaman özü çox şeyi dəyişib. İndi Ağdama, eləcə də, illərcə əvvəl erməni qəsbkarlarının işğalında olmuş başqa şəhər və kəndlərimizə getmək xəyal deyil, reallıqdır. Xəyalları isə reallığa Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusu 44 gün ərzində davam edən Vətən müharibəsində çevirdi.
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlandı. Ordumuzun cəsur zabit və əsgərləri torpaqlarımızın azadlığı uğrunda başlanan bu döyüşlərdə erməni qəsbkarlarına sarsıdıcı zərbələr vurdular. Bu güclü zərbələr qarşısında dayana bilməyən düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 28 ildən bəri erməni qəsbkarlarının tapdağında qalmış torpaqlarımız işğaldan azad edildi. İndi ona görə də, "Ağdama gedirik..." sözünü dilimizə gətirəndə də, yazanda da heç kimə qəribə gəlmir. Çünki artıq torpaqlarımız öz əbədi-əzəli sahiblərinin ixtiyarındadır. Buna görə də tam inamla, qətiyyətlə həm yazır, həm də fəxarətlə deyirik ki, Ağdama gedirik...
2021-ci ilin mart ayı idi. Dörd yol adlanan yerdən həmişəki kimi, Quzanlı qəsəbəsinə deyil, üzü Təzəkənd kəndinə tərəf gedirik. Əvvəlki illərdə ön səngərlərimiz bu kəndin yuxarısında yerləşirdi. Həmin vaxtlar dərin qazılmış səngərlərdən o yana getmək mümkün deyildi. Çünki erməni qəsbkarları 1993-cü ilin isti yay günlərində o yerləri zəbt etmişdilər. Ona görə də doğma ocaqlarımıza əsgərlərimizin dayandıqları səngərlərdən boylanırdıq. Hətta səngərdən irəli göz qoymaq da təhlükəli idi. Çünki pusquda dayanan düşmən snayperi hər an səni vura bilərdi. Amma indi heç bir təhlükə hiss etmədən üzü Ağdama gedirik. Gedirik ki, işğaldan azad olunmuş ərazilərimizi görək, ayağımız doğma torpaqlarımıza dəysin...
Yolboyu gördüyümüz quruculuq işlərindən ürəyimiz açılır. Texnikalar dayanmadan hərəkət edir, üzü Ağdama gedən yollar genişləndirilirdi. Hərəkətlərindən hiss olunurdu ki, xüsusi geyimdə olan fəhlələr həvəslə, yorulmaq bilmədən işləyirlər.
İllər əvvəl bu yerlərdən gecə-gündüz qatarlar ötüb keçmişdi. İşğaldan sonra isə yollar bağlanmış, hərəkət dayanmış, relslər pas atmışdı. Qatarların o gözəl, ritmik səsi illərin arxasında eşidilməz olmuşdu. Çox sevindiricidir ki, artıq bərpa işləri xeyli sürətlənib.
Əvvəllər səngərlərimizin yerləşdiyi, zabit və əsgərlərimizin illərlə dayandıqları əraziyə çatırıq. Bir anlıq burada ayaq saxlayıb ətrafa boylana-boylana arxada qalmış o illəri, günləri xatırlayırıq. Xatırlayırıq ki, o çağlar buradan qabağa nə addım ata, nə də baxa bilirdik. İndi isə heç nədən qorxub çəkinmədən irəli - Ağdama gedirik. Səngərlər olduğu kimi yerində qalıb. Amma zabitlər, əsgərlər gözə dəymir. Sanki bu yerlərdə vaxt ayaq saxlayıb, zaman dayanıb. Elə bil boş qalmış bir əraziyə deyil, illərcə əvvəl çəkilmiş ağ-qara şəkillərə baxırıq. Ötənlər kino lenti kimi qırıq-qırıq gözlərimiz önündən gəlib keçir.
Neytral zona adlandırılan sahəni keçəndən sonra haradasa yüz addım qabağa gedib bir vaxtlar erməni qəsbkarlarının qarşımızda çəkdikləri səngərlərə yaxınlaşırıq. Həmin sahəyə çatanda maşından düşüb ayağımızı astaca Ağdam torpağına qoyub bir vaxtlar düşmənin dayanıb mövqelərimizi, yaşayış məntəqələrimizi atəşə tutduğu səngərlərə, müşahidə məntəqələrinə diqqət yetiririk. Burada da eyni mənzərədir. Dərin qazılmış səngərlər, hündürdə quraşdırılmış müşahidə məntəqələri, daldalanmaq üçün xüsusi qazılmış lağımlar, bir-birinin içindən keçən dolaylanmış dar cığırlar və genişliyə doğru uzanan yollar. Erməni işğalçılarının postlarındakı məişət şəraitinə, yataq yerlərinə baxanda, onların necə də miskin vəziyyətdə yaşadıqlarının şahidi oluruq. Ətrafda ürəkaçan heç nə yoxdur...
Burada çox ləngiməyib yolumuza davam edirik. Dəmir yolu xətti boyunca istehkamçıları da iş başında görürük. Onlar xüsusi geyimlərdə həm dəmir yolunun keçəcəyi xətti, həmçinin yaxınlıqdakı əraziləri minalardan təmizləyirdilər. Ermənilər Ağdamı işğal edəndən sonra relsləri də, relslərin altına döşənmiş tirləri də söküb aparıblar.
İşğaldan azad olunmuş yaşayış məntəqələrinə, ərazilərə baxdıqca ürəyimiz ağrıyır. Erməni qəsbkarları evləri uçurub dağıdıb, kəndləri viran qoyublar. Baxımsızlıq üzündən ağacların çoxu quruyub. Bəzi yerlərdə isə ağacların qol-budaqları vurulmadığından bir-birinin içinə girib, sıxlıq yaranıb. Ərazilərdən keçib getmək çətinləşıb. İnsan sığal-tumarı görməyən təbiət sanki nizamından çıxaraq vəhşiləşib.
Böyük boşluq ərazidən keçirik. Erməni qəsbkarları əvvəlki illər bu yerlərdən poliqon kimi istifadə edib təlim keçiblər. Ərazidə texnikaların hərəkəti üçün xüsusi keçidlər düzəldilib, atış üçün səngərlər qazılıb. Qəsbkarlar illər uzunu torpaqlarımızdan istədikləri kimi istifadə ediblər. Şükürlər olsun ki, bütün bu ürəkdağlayan əməllərə son qoyuldu. Artıq başqa ərazilərimiz kimi, Ağdam da əsl sahiblərinin ixtiyarındadır. Bundan sonra torpaqlarımızı özümüz əkib-becərəcəyik.
Ağrı-acılarla dolu mənzərələrə baxa-baxa Ağdam rayonunun Qızılı Kəngərli kəndinə gəlib çatırıq. Bu yaşayış məntəqəsində evlər uçurulub-dağıdılmayıb. Ermənilər işğal dövründə burada yaşayıblar. Bu kənddə həyatın varlığı hiss olunur. Yəqin ki, düşmən Qızılı Kəngərlidən çıxarkən kəndi yandırmağa vaxt edə bilməyib. Ona gorə də evlər əsasən salamat qalıb.
Qızılı Kəngərlidən sonra üzü Ağdama tərəf gedirik. Yenə də eyni ürəkdağlayan mənzərələrlə üzləşirik. İşğaldan əvvəl bu yollardan çox keçmişəm. Amma kənd-kəsəklər dağıdıldığından, yerlə yeksan olunduğundan heç yeri, heç nəyi tanımaq mümkün deyil. Erməni qəsbkarları bir neçə yerdə dərələrin ətəklərində böyük nar bağları salıblar. Bu bağlar dörd-beş hektar ərazini əhatə edir.
28 il gözəl Ağdam şəhərimiz düşmənin işğalı altında qalmışdı. Həmin müddət ərzində qəsbkarlar Ağdamı Xirosimanın gününə salmışdılar. Məntiqlə yanaşanda belə çıxır ki, erməni qəsbkarları atom bombasından da təhlükəli və dağıdıcıdırlar. Daşı daş üstə qoymayıblar. 1993-cü ilin yaz günlərində tərk etdiyimiz Ağdamdan heç bir əsər-əlamət qalmamışdı. Şəhər və kəndlər erməni vandalları tərəfindən darmadağın edilmişdi. Bununla belə hiss edirəm ki, "Qafqazın Xirosiması"nın ürəkdağlayan mənzərələrindən sabahlara gur işıq düşür. Bu işıqda yeni tikilmiş kəndlər, yeni salınmış şəhərlər görünür.
İşğaldan azad olunmuş başqa şəhər və kəndlərimiz kimi, Ağdamda da bərpa və quruculuq işləri aparılır, bir sıra vacib layihələr həyata keçirilir. Ümid edirik ki, xalqımızın birliyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində ermənilərdən təmizlənmiş ərazilərimizdə quruculuq işləri çox sürətlə gedəcək.
Ürək odlayan mənzərələrə baxa-baxa zabit və əsgərlərimizin dayandıqları yerlərə gəlib çatırıq. Artıq Ağdamda Azərbaycan əsgərinin addım səsləri eşidilir. Bu səsdən torpağın da, daşın da üzü gülür. Sanki birdən-birə 28 il əvvələ qayıtmışıq. Hərbçilərimizlə görüşüb söhbət edirik. Onlar deyirlər ki, İkinci Qarabağ müharibəsində zabit və əsgərlərimiz böyük hünər göstərərək erməni işğalçılarına sarsıdıcı zərbələr vurdular. Bu zərbələr nəticəsində torpaqlarımız erməni qəsbkarlarından azad olundu. Ağdamın bu cür yerlə yeksan edildiyini gördükcə erməni qəsbkarlarına nifrətimiz daha da artır. Hərbçilərimizin uçurulmuş divarlardan birinin üstündə üçrəngli bayrağımızı dalğalandırdıqlarını gördük. Çox qürurverici mənzərə idi. Belə gözəl mənzərəni görəndə bir daha əmin olduq ki, indən sonra üçrəngli bayrağımız Qarabağda əbədi dalğalanacaqdır.
Ətrafdakı Qiyaslı, Xıdırlı, Yeddi Xırman, Şelli və başqa kəndlər də ermənilər tərəfindən darmadağın edilib. Uçurulmuş evlərin ətrafı yaşıllıqla əhatə olunub. Aşağı əyilib torpağa yaşıl xalı kimi döşənmiş otlardan öpürük. Ondan torpağın, Vətənin qoxusunu alırıq.
Bundan sonra Ağdam torpağında ümumilikdə yalnız və yalnız çəmənliklər bitəcək, bu çəmənlikdə güllər açacaq, çiçəklər bitəcək. Belə kövrək anlarımda dodaqlarımdan bu sözlər süzülür: "Ağdam, biz sənin isti qoynuna qayıtmışıq. Səni ermənilərdən azad etmişik. İndən sonra bir daha sənin qoynunda qan tökülməyəcək, torpaqlarında yalnız çiçəklər bitəcək. Bir daha bu yerlərə düşmənlərin ayağı dəyməyəcək".
Bu fikirlərlə başımızı qaldırıb səmaya boylanırıq. Torpaqlarımızın işğaldan azad olunmasından sanki göyün də üzü gülür.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DSX: 27 kiloqrama yaxın narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
05 Dekabr
Ceyhun Bayramov: Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq məkanına çevriləcək
05 Dekabr
Hərbi qulluqçularla bağlı bir sıra qanunlara dəyişikliklər edilir
05 Dekabr
Ramil Həsən: Qərbi Azərbaycan İcması möhkəmliyin və sarsılmaz ruhun göstəricisidir
05 Dekabr
COMCEC-in iclasında təşkilata üzv ölkələrlə əməkdaşlıq perspektivləri müzakirə olunub
05 Dekabr
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
05 Dekabr
Nazir: Beynəlxalq enerji şirkətləri ilə 19 QVt həcmində güclərin yaradılmasını planlaşdırırıq...
05 Dekabr
Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb
05 Dekabr
Nazim Mustafa: Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb...
05 Dekabr
Azərbaycanda halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub...
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!