Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin zəngin tarixə malik olduğu, ortaq mədəni irsə, eyni etnik və dini köklərə sahib olan xalqlarımız arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslandığını qeyd edən Z.İbrahimov iki ölkə arasında bütün sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlığın da yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin uzun illərdən bəri gələn ənənələrə uyğun sıx dostluq əlaqələrinin bu inkişafın təməlində dayandığını qeyd edib, dövlətlərarası əlaqələrin günü-gündən gücləndiyini, qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndiyini bildirib.
İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, QSC-nin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında danışıb. Z.İbrahimov Azərbaycanda dağ-mədən sahəsinin neft-qaz sənayesi ilə müqayisədə yeni sahə olmasına baxmayaraq, son illər xüsusilə qızıl hasilatında böyük uğurlar əldə edildiyini qeyd edib. İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin qızıl yataqları üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırmağa nail olduğunu, yeni əlvan və qara metal yataqlarının istismarına hazırlıq işlərini uğurla davam etdirdiyini bildirib.
Z.İbrahimov “AzerGold” QSC-nin hazırda 3 mədən layihəsi – “Çovdar”, “Mərəh” və “Tülallar” qızıl yataqlarının istismarını, “Daşkəsən” dəmir yataqları qrupu, “Filizçay” polimetal, “Ortakənd” qızıl mədəni kimi irimiqyaslı layihələrin icrası ilə bağlı fəaliyyətini uğurla davam etdirdiyini, sözügedən yataqların QSC-nin xarici investisiyaya açıq layihələri olduğunu qeyd edib. İdarə Heyətinin sədri işğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürləri sahəsi ilə bağlı geoloji tədqiqatların davam etdirildiyini, işğal dövründə həmin ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirildiyi üçün prosesin sürətlə icrasının mümkün olmadığını, vaxt itkisinin qarşısının alınması üçün tədqiqatlarda innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçirildiyini qeyd edib.
“AzerGold” QSC-nin Azərbaycanda uğurlu mədənçilik fəaliyyəti həyata keçirməklə yanaşı, ölkə hüdudlarından kənarda da əməkdaşlıq əlaqələri quraraq, fəaliyyətini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran Z.İbrahimov qızıl ehtiyatlarına görə dünyanın ilk 10-luğuna daxil olan qardaş Özbəkistan Respublikasında bu sahədə birgə əməkdaşlıq əlaqələrinin yaradılması üçün tərəflər arasında həyata keçirilmiş qarşılıqlı səfərlər, işgüzar görüşləri xatırladıb. O, 2023-cü ilin 24 fevral tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “AzerGold” və Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi və qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması haqqında imzalanan Anlaşma və Razılaşma Memorandumu ilə bu istiqamətdə əlaqələrin üst səviyyəyə qaldırılmasından məmnunluğunu ifadə edib.
Öz növbəsində, Azərbaycanın Özbəkistan üçün vacib tərəfdaş olduğunu qeyd edən B.Aşrafxanov ölkəsində yeni əlvan metal yataqlarının öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. İki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi, dağ-mədən sahəsində müştərək fəaliyyətin təşkil edilməsinin əhəmiyyətini qeyd edən səfir həm geoloji kəşfiyyat, həm də mədənlərin istismarı sahəsində böyük təcrübəyə malik “AzerGold” QSC ilə birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına diqqət çəkib.
Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?
Mahir Emreli: "Vurduğum qol mənə böyük motivasiya verdi"
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib YENİLƏNİB
Səfirlik nümayəndəsi: Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər
Azərbaycanla Belçika arasında minatəmizləmə ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib
FHN: Bakı şəhəri və Abşeron rayonunda su basmış ərazilərdən 31 vətəndaş təxliyə edilib
Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb
Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər
Azərbaycan neftinin qiyməti artıb
Azərbaycan parlamentində 19 məsələnin müzakirəsinə başlanılıb
Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb
Mask aksiya iştiraçkısına 1 milyon dollarlıq çek verdi
Venesuelada keçmiş sənaye naziri həbs edilib
"Ayaks" bu hücumçunu Bakıya gətirmir - AÇIQLANDI
“Crew Dragon”-un Yerə qayıdışı yenidən təxirə salınıb
Mask ABŞ-nin gələcəyi ilə bağlı proqnoz verdi
Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Ölkə ərazisində müşahidə olunan faktiki hava
Ağ Evdən açıqlama: BRİKS bizim üçün təhlükə deyil
FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib
DİN: Hava şəraiti ilə əlaqədar xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!