30 Noyabr 2021 21:31
769
Elm və texnika
A- A+
Yüksək Texnologiyalar Parkı “MDB-yə üzv dövlətlərin alimlərinin III Forumu”nda təmsil olunub  

Yüksək Texnologiyalar Parkı “MDB-yə üzv dövlətlərin alimlərinin III Forumu”nda təmsil olunub  

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) icraçı direktoru Zaur Nəhmətov Belarusun Minsk şəhərində keçirilən “MDB-yə üzv dövlətlərin alimlərinin III Forumu”nda iştirak edib.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Belarus Milli Elmlər Akademiyasının İdentifikasiya Sistemləri Mərkəzində texniki direktor Qennadi Volnisti və onun müavini Aleksandr Reşetnyak ilə görüş keçirilib. Görüş zamanı mərkəzdə aparılan innovativ tədqiqatlar, identifikasiya texnologiyaları və bu texnologiyaların elektron ticarətdə istifadə imkanları barədə məlumat verilib, eləcə də mərkəzdə yeni yaradılmış elektron identifikasiya vasitələrinin Azərbaycanda tətbiqi, AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri ilə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru Sergey Lemeşevskiy ilə görüş keçirilib.

Görüşdə Riyaziyyat İnstitutunda son illərdə əldə edilmiş nailiyyətlər, AMEA YT Park ilə qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Forum çərçivəsində Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında “İnnovativ elmi tədqiqatlar” mövzusunda dəyirmi masa keçirilib. AMEA YT Parkın icraçı direktoru tədbirdə “Elmi-texniki tərəqqi və innovativ inkişaf dövlət strategiyasının prioritetləri kimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, son zamanlar ölkəmizdə yüksək texnologiyaların inkişafına prioritet sahələrdən biri kimi xüsusi diqqət yetirilir. Bu məqsədlə Azərbaycanda ölkənin innovativ inkişafının stimullaşdırılmasına yönələn dövlət strategiyaları, proqramlar qəbul edilib. Ölkədə innovasiya-texnologiya mərkəzləri, biznes-inkubatorlar, texnologiyaların transferi, elmi işlərin kommersiyalaşdırılması istiqamətlərinin inkişafına dövlət tərəfindən dəstək verilir. Bu gün Azərbaycanda texnoparkların təşkili informasiya texnologiyaları sənayesinin əsas inkişaf istiqaməti kimi müəyyənləşdirilib. AMEA son illərdə elm, istehsal və sahibkarlığın birgə inkişafı yoluna qədəm qoyub. AMEA nəzdində YT Parkın yaradılması elmi, innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılmasını nəzərdə tutur.

Forum çərçivəsində, həmçinin Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qırğız və Tacikistan respublikalarından olan nümayəndə heyətləri ilə görüşlər təşkil edilib.

Belarus Yüksək Texnologiyalar Parkında qurumun direktor müavini Kiril Zaleski və texnoparkın Qlobal Kooperasiya ofisinin direktoru Lyubov Mayorova ilə görüş keçirilib. Görüşdə Belarus Yüksək Texnologiyalar Parkının tarixi və bu günü, imkanları, innovativ layihələr, tətbiq edilən güzəştlər, rezidentlər, statistik göstəricilər barədə məlumat verilib. AMEA YT Park və Belarus Yüksək Texnologiyalar Parkının əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.

Görüşdə AMEA YT Parkın fəaliyyətini əks etdirən geniş təqdimat nümayiş olunub, görülmüş işlər barədə məlumat verilib.

Sonda Belarus Yüksək Texnologiyalar Parkında hazırlanmış innovativ məhsullara baxış keçirilib, texnoloji yeniliklər nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!