01 Mart 2024 15:18
344
CƏMİYYƏT
A- A+
Yevlaxda Aqrar Biznes Festivalı və kredit yarmarkası keçirilib

Yevlaxda Aqrar Biznes Festivalı və kredit yarmarkası keçirilib

 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi Aqrar Biznes Festivalları davam edir. Növbəti festival Yevlax rayonunda olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Aqrar Biznes Festivalında Yevlax, Bərdə, Tərtər, Goranboy, Şəki, Ağdaş rayonlarından fermerlər iştirak edib.

Festivalda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsullar nümayiş olunub. Festival zamanı fermerlər müxtəlif şirkətlərin təklif etdiyi sertifikatlı toxum, gübrə, pestisid nümunələri, suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar.

Festivalda yüksək iqtisadi gəlir potensialına malik bitkilər də sərgilənib. Fermerlərə səmərəli yetişdirmə üsulları və texnologiyalardan istifadə etməklə bu bitkilərin əkini, yüksək gəlir dəyəri barədə məlumatlar verilib.

Bundan başqa, festivalda kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb.

Festivalın açılış mərasimində çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev regionlarda keçirilən bu cür tədbirlərin fermerlərin maariflənməsinə, kənd təsərrüfatı məhsullarının istehsal vasitələrinə çıxış imkanlarının artırılmasına, sahələrdə yeni texnologiyaların tətbiqinə müsbət təsir göstərdiyini bildirib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, Aqrar Biznes Festivalları kənd təsərrüfatında tətbiq olunan müasir texnologiya, yeniliklər və innovasiyaların fermerlərə çatdırılması üçün nəzərdə tutulmuş platformadır. Bu kimi tədbirlər kənd təsərrüfatı fəaliyyətinin maraqlı tərəfləri olan təchizatçı şirkətlərlə fermerləri bir araya gətirməyə, ikitərəfli əlaqələrin qurulmasına imkan verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, Sahibkarlığın İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov, İstehlak Mallarının Ekspertiza Mərkəzinin direktor müşaviri Elşad Həsənov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə çıxış edərək bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkalarının təşkilini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, belə yarmarkalar fermerlərin dövlət güzəştli kənd təsərrüfatı təyinatlı kreditlər barədə məlumatlılığını təmin edə, eyni zamanda aqrar fəaliyyəti genişləndirmək üçün maliyyə mənbələrinə çıxışını yaxşılaşdıra bilər.

Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aran Regional İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı ilə kredit yarmarkası keçirilib.

Yarmarkada fermerlərə aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, bölgələrdə keçirilən kredit yarmarkasının əsas məqsədi regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığını artırmaq, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırmaqdan ibarətdir.

Kredit yarmarkasında 20-ə yaxın bank və bank olmayan kredit təşkilatı iştirak edib, 10-a yaxın bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kredit əməkdaşlığı barədə məsləhət və tövsiyələr veriblər. Eyni zamanda, fermerlər mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq götürə biləcəkləri kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.

Kredit yarmarkası çərçivəsində “Kənd təsərrüfatı kreditlərinin təşviqi” mövzusunda panel müzakirə də keçirilib. Müzakirələrdə müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

Panel müzakirələrdə fermerlərin sualları cavablandırılıb, onlara aqrar təyinatlı kredit almağa müraciət etmək üçün texniki dəstək göstərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!