30 Noyabr 2021 00:48
1474
Elm və texnika
A- A+
Yerin ilk modeli

Yerin ilk modeli

 

Yuvarlaq dünyanın üzərinə köçürüldüyü maket olan qlobus ilk dəfə meydana çıxdığı vaxt insanlara planetlə bağlı qaranlıq qalan bir sıra məqamları aydınlaşdırmışdı. Bu prosesə səbəb olan dünyanın ilk qlobusunun adı “Erdapfel” idi. Ən qədim qlobus statusunu daşıyan yerin bu kiçik modeli 1492-ci ilə və Martin Behaimə aiddir.

Tanınmış coğrafiyaçı alim Portuqaliya və Afrikanın qərb sahillərinə səyahət etdikdən sonra doğma Nürnberqə qayıdır və burada şəhər şurasına qlobus hazırlamağı təklif etmişdi. Əslində, o, heç bir köməksiz də layihəni həyata keçirə bilərdi, lakin bu yolda ona peşəkarlar lazım idi. “Erdapfel”in konstruksiyası bugünkü qlobuslardan bir qədər zərifdir. O, gil topun ətrafında əmələ gələn və sonradan bərkimiş kətan zolaqlardan hazırlanıb. Yarımkürələr isə taxta çərçivə ətrafında birləşdirilib.

Yuvarlaq topun üzərinə dünyanı yerləşdirmək üçün illüstrasiya işlərini rəssam Hans Storch ilə Georg Glockendon görüblər. 2000-ə yaxın yer adlarının əlavə edilməsinə dair kartoqrafik məlumatları Behaim verib. O, bunun üçün Ptolemeyin coğrafiya  tarixindən tutmuş Marko Polonun kəşfiyyatlarına qədər bir sıra mənbələrdən olan materiallara əsaslanmışdı. Qlobusda miniatür obyekt və fiqur formasında kiçik illüstrativ detallardan istifadə edilib. Bunlara bayraqlar, heyvanlar, qayıqlar və s. aiddir.

Modeldəki coğrafi obyektlərin yerləşdirilməsi günümüzün standartlarına görə  qeyri-dəqiqdir. Belə ki, Amerika hələ kəşf olunmadığı üçün burada təsvir edilməmişdi. Avropa və Asiya qitələri arasında isə okean və mifik ada olan Saint Brendan yer alır. Məlumdur ki, bu ada ümumiyyətlə yer üzündə heç zaman mövcud olmayıb. Yaponiya isə olduqca nəhəngdir və indiki mövqeyindən kənardadır.

Qlobus hazır olduqdan sonra Nürnberq şəhər şurasına verilsə də, sonradan Behaimin ailəsinə qaytarılıb. Kürəyə laqeyd yanaşan ailə onu anbarda tozlandırıb. Nəhayət, qlobus 20-ci əsrin əvvəllərində Nürnberqdəki Alman Milli Muzeyinə borc kimi verilib. Belə bir mühüm əşyanın ölkədə qalmalı olduğunu düşünən Adolf Hitler onu muzey üçün satın alıb. O vaxtdan bəri Behaimin qlobusu olan “Erdapfel” kartoqrafiyanın ilk yuvarlaq nümunəsi kimi bu muzeydə yaşamağa davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!