12 May 2025 16:43
562
DÜNYA
A- A+
Yenidən nəzərlər İstanbulda - Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində razılıq əldə olunacaqmı?

Yenidən nəzərlər İstanbulda - Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində razılıq əldə olunacaqmı?

Artıq dördüncü ilinə qədəm qoyan Rusiya-Ukrayna münaqişəsinin həlli üçün dünya liderləri prosesə fəal şəkildə qoşulublar. Almaniyanın yeni kansleri Fridrix Mertz, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer danışıqlar üçün mayın 11-də Kiyevə gəliblər. Aparılan müzakirələrdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə birlikdə Ağ evin rəhbəri Donald Trampa zəng edərək, Ukrayna və müttəfiqlərinin 12 maydan etibarən quruda, havada və dənizdə ən azı 30 gün müddətində tam və qeyd-şərtsiz atəşkəsə hazır olduqlarını bəyan edib.

Bunun ardınca Rusiya Prezidenti Vladimir Putin də Kiyevlə danışıqları bərpa etmək istədiyini açıqlayıb və Türkiyənin icazəsi ilə görüş məkanı kimi İstanbulu təklif edib. Uzun çək-çevirdən sonra nəhayət Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi üçün əlverişli şərait yaranıb. Hər iki ölkənin prezidentinin birbaşa görüş ehtimalı gündəmə gəlib və indi bütün diqqətlər 3 gündən sonra İstanbula yönəlib. Görəsən, bu dəfə Rusiya və Ukrayna arasında uzunmüddətli və davamlı atəşkəs əldə olunacaqmı?

Ukraynalı siyasi ekspert Aleksandr Kovalenko AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukrayna heç vaxt Rusiya ilə müharibənin tənzimlənməsi üçün diplomatik, beynəlxalq normalara uyğun danışıqlardan imtina etməyib. “Ukrayna Rusiya ilə istər birbaşa, istərsə müxtəlif formatlarda danışıqlara hazır olduğunu açıq bəyan edib. Sözsüz ki, bu, Ukraynanın sülhpərvər mövqeyini bir daha nümayiş etdirir. Ancaq öz növbəsində Rusiya da sülhə hazır olduğunu nümayiş etdirməlidir. Ukrayna Prezidenti Volodimir Zelenski, Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bir daha bəyan etdilər ki, yalnız tam atəşkəsdən sonra danışıqlardan söhbət gedə bilər. Rusiya tam atəşkəsin əldə olunması üçün hər hansı mövqe göstərmir. Rusiya Pasxa, Qələbə Günü atəşkəsini elan etdi. Lakin atəşkəs olmadı, cəbhədə döyüşlər davam etdi. Hətta mayın əvvəllərində hücum statistikası adi vaxtlarındakından daha çox oldu. Ona görə də ən təhlükəli məqam odur ki, Rusiya vəd etdiyi sözünə əməl etmir. Bunu Vaşinqtonda, Ağ evdə yaxşı anlayırlar”, - deyə ukraynalı ekspert əlavə edib.

Aleksandr Kovalenko hesab edir ki, ona görə də Tramp Administrasiyası üzərinə götürdüyü sülh missiyasının ağırlığını başa düşür və məsuliyyəti digər ölkələrin üzərinə də qoymaq istəyir. İndi problem küncə dirənib. Ağ ev indi problemin tezliklə həllini görmür.

“Ağ ev danışıqların həllini digər ölkədə, Türkiyədə görür. Bu, o Türkiyədir ki, hələ 2022-ci ildə münaqişənin həlli və danışıqların aparılması üçün öz platformasını təqdim etmişdi. Türkiyə 2023, 2024-cü illərdə və bu il də danışıqlar üçün öz vasitəçiliyini, platformasını təklif edib. Bu, Putin üçün həqiqi ədalətli sülhün əldə edilməsi üçün daha bir şansdır. Ukrayna heç zaman əsas iki şərt olmadan danışıqlara getməyəcək. Bunlardan biri tam atəşkəsin əldə edilməsi, ikincisi isə Ukraynanın milli maraqlarıdır. Bu iki şərt olmasa, hər hansı sülhün əldə edilməsindən söhbət gedə bilməz”, - deyə ukraynalı ekspert bildirib.

Onu da qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini mayın 15-də Türkiyədə şəxsən gözləyəcəyini bildirib. “Biz atəşkəs gözləyirik - tam və uzunmüddətli, diplomatiya üçün lazımi baza təmin edəcək atəşkəs. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini şəxsən cümə axşamı Türkiyədə gözləyəcəyəm”, - deyə Zelenski bildirib.

Qarşıdakı cümə axşamının müharibənin gedişatında sülhə doğru dönüş tarixi olacağını isə bütün dünya ümidlə gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!